Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq .....                     Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun .....                     Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı .....                     Arvadını öldürən Həmid .....                     “Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış .....                     Axmaqlara xitab edənlər və Azərbaycan .....                     Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib .....                     Kreml Trampın sülh təklifini niyə rədd edir? .....                     Kilsə-hakimiyyət qarşıdurması .....                     Fəhlənin əli amputasiya edildi, obyekt sahibi cəzalandırıldı .....                     Milyonluq tenderlərin “ovçusu”: “Az-Tex-İmport” MMC .....                     Zəngəzur Pezeşkianın şansı, Vilayətinin qırmızı xəttidir .....                     Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb? .....                     Rusiya benzin ixracına qadağa qoydu .....                     "Mən azərbaycanlıyam və çox çayxoram" .....                     Paşinyan məzuniyyətdən qayıtmaya bilər? .....                     Bakıda təmir olunan yollar niyə çökür? .....                     Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var .....                     “Azəriqaz”ın əməkdaşını qız söhbətinə görə döyən şəxslə bağlı .....                     “061 Rent a Car”ın işçisi vətəndaşları necə aladadır? .....                     Rusiyanın gizli “qəhrəmanı” geri çəkilir? .....                     İrandan Zəngəzur açıqlaması: .....                     “VOLT Azərbaycan” alıcını aldadır? .....                     Ağdamda yeni binalar tikilir, 40 milyonluq tikinti tenderlərini kimlər uddu? .....                     Biabırçılığın baş verdiyi NDU-da TƏMİZLƏMƏ BAŞLADI... .....                     Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldı .....                     Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı .....                     Rusiya Ermənistana bu silahları daşıyır .....                     Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb .....                     “Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al” .....                     Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB... .....                     "Dollar Rüstəm"in evinə basqın edən daha bir şəxslə bağlı qərar çıxarıldı .....                     Rüşvətə görə cəzası ağırlaşdırılan sabiq bələdiyyə sədri: .....                     "Bu nə arxayınçılıqdır?" .....                     Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır .....                     “Keçmiş məmurlar nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə vəsait qoysalar, onlardan haqq-hesab tələb olunar” .....                     “Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR .....                     Sərdar Cəlaloğlu məhkəməyə verildi .....                     Sifariş etdiyin məhsulu da doğru-dürüst ala bilmirsən... .....                     İsrailin yeni səfiri Azərbaycana gəlib .....                 

Qara dəniz səmasında toqquşma: ABŞ və Rusiya qarşı-qarşıya - GƏLİŞMƏ
Tarix: 16-03-2023, 15:28 | Çap et
Qara dəniz səmasında toqquşma: ABŞ və Rusiya qarşı-qarşıya
Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-a məxsus dronu batırıb. Yayılan məlumata görə, Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Səhər saatlarında “Su-27”-lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb. Toqquşmadan öncə Rusiya qırıcıları PUA-nın önündə “ağılsız manevrdə” uçub.

“Bizim “MQ-9” dronumuz beynəlxalq hava məkanında adi əməliyyatlar yerinə yetirərkən Rusiya təyyarəsi tərəfindən ələ keçirilib və vurulub ki, bu da qəzaya yol açıb və “MQ-9”-un tam itkisi ilə sonuclanıb. Rusiyalıların bu cür təhlükəli və qeyri-peşəkar davranışı az qala hər iki təyyarənin qəzasına yol açacaqdı”, - deyə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı, Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekker bildirib.

O, həmçinin vurğulayıb ki, ABŞ və müttəfiqlərinin təyyarələri belə bir insidentə baxmayaraq, beynəlxalq hava məkanında əməliyyatları davam etdirəcək. Rusiyanın ABŞ-dakı səfiri Dövlət Departamentinə çağırılıb və ondan baş vermiş hadisəyə görə izahat tələb olunub.

Bu arada Çin, Rusiya, İran və digər ölkələrin Hərbi Dəniz Qüvvələri Oman körfəzində birgə təlimlər keçirəcəkləri barədə razılıq əldə ediblər. İddia olunur ki, üç ölkənin birgə təlimləri dünyada mövcud olan qütbləşməni dərinləşdirəcək. Qərb və anti-Qərb mövqeyində olan qüvvələr arasında düşmənçiliyi daha da artıracaq.

DİA.AZ bildirir ki, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukraynanın maliyyə nazirinin müşaviri Azər Xudiyev AYNA-ya müsahibəsində Rusiya qırıcısının ABŞ dronu ilə toqquşması və digər mövzular ətrafında fikirlərini bölüşüb.

- Rusiya qırıcısı Qara dəniz üzərində ABŞ-ın dronuna çırpılıb. Baş verən hadisə ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Sizcə, bu toqquşma təsadüfdür, yoxsa qəsd?

- Bu qəzanın hansı səbədən baş verdiyinə dair dəqiq məlumat yoxdur. Tərəflər hər biri öz mövqeyini müdafiə edir və qarşı tərəfi ittiham edir. Sadəcə müəyyən ehtimallar irəli sürmək olar. Tamamilə mümkündür ki, ABŞ təyyarələri kəşfiyyat məlumatları əldə etmək üçün həmin ərazidə olub. Ukraynaya son dövrlər müasir silahlar verilməsini nəzərə alsaq, Ukraynaya məxsus qırıcının da olması ehtimalı istisna edilmir. ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı qeyd edir ki, onlara məxsus “MQ-9” dronu beynəlxalq hava məkanında Rusiya təyyarəsi tərəfindən vurularkən rutin əməliyyatlar həyata keçirib. Rəsmi Vaşinqtonun açıqlamasına görə, təyyarələri beynəlxalq hava məkanında əməliyyatlarını davam etdirəcək və Rusiyanı öz əməliyyatlarını peşəkar və təhlükəsiz şəraitdə aparmağa təşviq edəcəklər.

Ağ Evin rəsmisi isə Moskvanın ittihamlarına cavab olaraq bildirib ki, Qara dənizin üzərindən uçarkən ruslarla əlaqə saxlamağa məcbur deyillər. Rusiya Ukraynaya qarşı təcavüzə başlayandan sonra ABŞ və müttəfiqləri Ukraynaya açıq dəstək verirlər və bunu gizlətmirlər. Bu səbəbdən ABŞ-a məxsus hərbi təyyarələrin ərazidə manevr etməsi gözləniləndir. Rusiya qırıcısının ABŞ dronuna çırpılması təxribat cəhdi versiyasına daha çox uyğun gəlir.

- Çin, Rusiya və İran Oman körfəzində birgə təlimlərə hazırlaşır. Bu təlimlər Qərb və anti-Qərb bloku arasında mübarizənin növbəti mərhələsi kimi qiymətləndirilir. ABŞ və rəqibləri döyüş meydanında qarşılaşa bilərmi?

- Hesab etmirəm ki, Çin, Rusiya, İran və müttəfiqlərinin Oman körvəzində həyata keçirəcəkləri təlimlər Üçüncü Dünya müharibəsinə gətirib çıxarsın. Son dövrlər Üçüncü Dünya müharibəsi, nüvə müharibəsi kimi terminlərdən geniş istifadə olunur. Lakin bu versiya inandırıcı deyil. Çünki hər iki ehtimal, istər Üçüncü Dünya, istərsə də nüvə müharibəsi dünyanın sonunu gətirəcək və bundan hər kəsə pay düşəcək.

Burada çox güman ki, müəyyən mesajların verilməsindən söhbət gedir. Rəqibləri Amerikaya və müttəfiqlərinə mesaj verirlər ki, istənilən məqamda birləşə bilərlər. Çin müharibə tərəfdarı deyil, o, daha çox iqtisadi qüdrətini artırmağa çalışır. Rusiyanın isə başı özünə qarışıb. İrana gəldikdə, cənub qonşumuzun elə bir gücü yoxdur ki, ABŞ və Qərbə qarşı cəbhə açsın. Burada Orta Asiyaya nəzarət, ABŞ və Qərbin təzyiqləri qarşısında birləşmək niyyəti aydın görünür. Mövcud şəraitdə anti-Qərb qüvvələrinin ABŞ və müttəfiqləri üzərində üstünlük əldə etməsi inandırıcı deyil.

- Yaz aylarında Rusiya ilə Ukrayna arasında müharibənin şiddətlənəcəyi barədə məlumatlar dolaşır. İddialara görə, hər iki dövlət həlledici döyüşə hazırlaşır...

- Məlumdur ki, Ukraynada qış fəsli sərt keçir. Yaz aylarında havaların qızması ilə həm Rusiyanın, həm də Ukraynanın hərəkətə keçəcəyi gözləniləndir. Hər iki tərəf rəsmi olaraq bunu təsdiq edir. Açıq şəkildə söyləmək olar ki, Rusiya və Ukrayna həlledici döyüşə hazırlaşır. Ukrayna müasir silahlarla təchiz edilib. İnformasiya çıxışı çox yüksəkdir. ABŞ və Qərb dövlətlərindən əhəmiyyətli dəstək alır. Rusiya isə bütün mənalarda tükənmək üzrədir. Çoxvektorlu sanksiyalar, müharibə nəticəsində itirilən canlı qüvvə və hərbi texnika, informasiya çıxışının zəif olması Rusiyanın məğlubiyyətini şərtləndirir. Rusiya mövcud şəraitdə bütün mənalarda Ukraynaya uduzur – həm müasir silahlar, həm informasiya təminatı, həm də daxili dəstək baxımından.

Bu baxımdan hesab edirəm ki, aprel ayında başlayacaq əks-hücum əməliyyatları müharibənin növbəti mərhələsi olacaq. Ukrayna böyük hərbi üstünlüklər qazanacaq. Bundan sonra isə Rusiyanın məğlub olacağı qaçılmaz görünür. Bu məğlubiyyətdən sonra Rusiyanın daxilində təlatümlər başlayacaq və yekunda ABŞ və Qərb öz məqsədinə nail olacaq. Martın axırından Rusiya geriyə saymağa başlayacaq və sona doğru sürətlə irəliləyəcək.

- Ukrayna maliyyə nazirinin müşavirisiniz. Bu ölkədə yaşayırsınız. Hazırda Ukraynada vəziyyət necədir? Əhali müharibənin davam etdirilməsini, yoxsa dayandırılmasını istəyir?

- Müharibə özü ilə bərabər problemlər də gətirir. Bu baxımdan Ukraynada da sosial-iqtisadi problemlər mövcuddur. İş yerlərinin sayı azalır, özəl müəssisələrin fəaliyyətində müəyyən fasilələr yaranır, devalvasiya baş verir. Ukrayna hökuməti əlindən gələni edir ki, biznes subyektləri çökməsin. Müəyyən yadrımlar, ciddi vergi güzəştləri tətbiq edilir. Qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları da bu prosesdə fəal iştirak edir.

Ukrayna əhalisi inamlı və ümidlidir. Burada müharibə təbliğatı çox yüksək səviyyədə aparılır. Dövlət və vətəndaş birliyi ən yüksək səviyyədədir. Ukraynalılar müharibədə qalib gəlmək üçün bütün məhrumiyyətlərə hazırdır. Anlayırlar ki, qələbə qurbanlar tələb edir. Müharibənin ilkin dövrlərində əhali arasında müəyyən təşviş olsa da, artıq bu təşviş də aradan qalxıb. Həyat öz axarında davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - KİV
Bu gün, 12:51
Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
Bu gün, 12:45
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı - YENƏ DƏ DEDİYİNİ DEYİR...
Bu gün, 12:42
Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...
Bu gün, 12:37
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış - “Seçilən işçilərdən olmuşam”
Bu gün, 12:34
Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Bu gün, 12:33
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib - Rusiya DİN
Bu gün, 12:30
Kreml Trampın sülh təklifini niyə rədd edir? - “Atlantik Şura”
Bu gün, 12:21
Kilsə-hakimiyyət qarşıdurması yeni MƏRHƏLƏDƏ
Bu gün, 12:17
Fəhlənin əli amputasiya edildi, obyekt sahibi cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:15
Milyonluq tenderlərin “ovçusu”: “Az-Tex-İmport” MMC - İcazə verin, şübhələnək...
Bu gün, 12:08
Zəngəzur Pezeşkianın şansı, Vilayətinin qırmızı xəttidir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb? - AKTUAL
Bu gün, 12:00
Rusiya benzin ixracına qadağa qoydu – Azərbaycanda qiymətlər arta bilərmi?
Bu gün, 11:59
"Mən azərbaycanlıyam və çox çayxoram" - FOTO
Bu gün, 11:54
Paşinyan məzuniyyətdən qayıtmaya bilər? - Bakıdan baxış
Bu gün, 11:52
Bakıda təmir olunan yollar niyə çökür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:47
Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var
Bu gün, 11:36
“Azəriqaz”ın əməkdaşını qız söhbətinə görə döyən şəxslə bağlı QƏRAR
Bu gün, 11:13
“061 Rent a Car”ın işçisi vətəndaşları necə aladadır? - VİDEO
Bu gün, 11:08
Rusiyanın gizli “qəhrəmanı” geri çəkilir? – Vəziyyət dəyişdi, dünya nəhəngini qorxuya salan həmlə
Bu gün, 11:03
İrandan Zəngəzur açıqlaması: - Putin və Ərdoğana bildirmişik ki...
Bu gün, 11:01
“VOLT Azərbaycan” alıcını aldadır? – Göstərilən qiymətlə ödəniş uyğun gəlmir
Bu gün, 10:42
Ağdamda yeni binalar tikilir, 40 milyonluq tikinti tenderlərini kimlər uddu? - ŞİRKƏTLƏR
Bu gün, 10:38
Biabırçılığın baş verdiyi NDU-da TƏMİZLƏMƏ BAŞLADI... - BƏS HƏBSLƏR NECƏ... OLACAQMI?!!
Bu gün, 10:36
Dəfətərxana malları alınacaqdı, satınalma dəftərinə “ləğv" yazıldı - DETALLAR
Bu gün, 10:32
Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı - ƏMR
Bu gün, 10:30
Rusiya Ermənistana bu silahları daşıyır - Azərbaycan hazırlıq içində
Bu gün, 10:18
Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb - KİV
Bu gün, 10:16
“Əgər Bakıda öləcəksənsə, qabaqcadan qəbir yeri al” - MALƏSƏF... BU BELƏDİR...
Bu gün, 10:14
Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB... - bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 10:11
"Dollar Rüstəm"in evinə basqın edən daha bir şəxslə bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rüşvətə görə cəzası ağırlaşdırılan sabiq bələdiyyə sədri: - “O pullar “Çiyələk festivalı” və başqa kütləvi tədbirlərə xərclənib”
Bu gün, 10:03
"Bu nə arxayınçılıqdır?" - ETİRAZ VAR!
Bu gün, 09:53
Bakının iki şərtinə əməl olunsa, sülh sazişi realdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:41
“Keçmiş məmurlar nəyəsə görə çəkinirlər ki, hansısa kəndin təmirinə vəsait qoysalar, onlardan haqq-hesab tələb olunar” - Tahir Kərimli
Bu gün, 09:38
“Azəriqaz” əməkdaşından rəhbərliklə bağlı ŞOK FAKTLAR - "“Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil..."
Bu gün, 09:31
Sərdar Cəlaloğlu məhkəməyə verildi
Bu gün, 09:28
Sifariş etdiyin məhsulu da doğru-dürüst ala bilmirsən... - AXI NİYƏ?
Bu gün, 09:21
İsrailin yeni səfiri Azərbaycana gəlib
Bu gün, 09:14
Putinin “sağ əli” məşhur oyuncağı hədəfə aldı, “müharibə” başladı – Azərbaycanlılar da bilir
Bu gün, 09:12
Fars irqçi-şovinistlərin Pezeşkian sancısı - İranda türkləri təhqir edənlərin hədəfi
Bu gün, 09:07
Hüquq müdafiəçisini həbs etdirən vəkil danışdı - Barışıq mümkündürmü?
Bu gün, 09:02
Dövlətimiz vətəndaşının yanında NİYƏ DAYANA BİLMİR? - SUAL BUDUR!!!
Bu gün, 09:01
Şəhərdə uşaq meydançaları niyə ödənişlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:53
Müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı - NƏ BAŞ VERİR?
Bu gün, 08:48
ADSEA-da "qudalar" işin suyunu çıxardıb... - "Varlılar yaşayan məhəllələrə daha çox su verilir"
Bu gün, 07:31
“Hilltop Heaven”də kriminal aləmin RƏSMİ TƏBLİĞATI - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:25
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır - Agentliyin anlaşılmaz açıqlamaları
Bu gün, 07:16
Öncə xalası oğlu həbs olundu, indi isə... - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru