"Şikayətim Kontakt Home mağazasındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nərgiz Qasımzadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: " "Kontakt Home"un "Xalqlar dostluğu" filialında yerləşən mağazanızdan seçib sifariş etdiyimiz divanla evə gətirilən divan arasında rəng fərqi var. Mağazada açıq bej tonlu model göstərilmişdi, lakin evə gələn divan boz rəngdədir və bu, sadəcə işıq fərqi ilə izah oluna bilməz.
Müqayisəli fotoşəkili əlavə edirəm – hər iki divan eyni model olsa da, rəng tonları açıq-aşkar fərqlidir.
Əməkdaşınızın "Eyni divandi. Bizim vitrində projektor işıqdı, ona görə elə görünür" cavabını qəbul etmirəm.
Zəhmət olmasa, məsələ ilə bağlı izahat verin və uyğun şəkildə düzəliş edilməsini (düzgün rəngin göndərilməsi və ya başqa həll) təmin edin. Əks halda istehlakçı hüquqlarımı qorumaq üçün müvafiq orqanlara müraciət edəcəyəm..."