Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında kadr islahatları aparılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Firdovsi Sarıyev və baş həkim Etibar Hüseynov işdən çıxarılıblar.