Azərbaycan-Türkiyə müştərək müəssisəsi olan "KASPİ YILDIZ" şirkətinin vergi borcu üzə çıxıb.
32gun.az-ın məlumatına görə, şirkətin dövlət büdcəsinə 1 milyon 408 min 514 manat 77 qəpik həcmində vergi borcu mövcuddur.
Şirkətin qanuni təmsilçisi kimi Ramiz Məmmədov Fərman oğlu qeyd olunub.
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara əsasən, "KASPİ YILDIZ" sabiq deputat, Milli Məclisin VI çağırış üzvü olmuş İqbal Məmmədovun ailə şirkəti kimi tanınır. Şirkətlə bağlı daha öncə də bir sıra iqtisadi mübahisələrin gündəmə gəldiyi bildirilir.