Bu ilin yanvar-iyun ayları üzrə ödənişlər bazarının ümumi artımı 21,4% olsa da, bu artım şirkətlər arasında çox qeyri-bərabər paylanıb.
Dinamika reytinqinin lideri ötən dövrdə olduğu kimi yenə "Meqa Həyat Sığorta" olub. Şirkətin ödənişləri ötən ilin cəmi 117 min manatlıq göstəricisindən 24,7 dəfə artaraq 2,9 milyon manata çatıb. Yüksək artım həmçinin "Atəşgah" 9,3 milyon manat, başqa sözlə 92,1% və "Qala Sığorta" 5,8 milyon manat və ya 86,7% şirkətlərində də qeydə alınıb.
"Aqrar Sığorta" şirkətində 1,6 milyon manat və ya 55,8% artım baş verib.