Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                     Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj .....                     II Qaregin həbs oluna bilər .....                     Canlı yayımda gərgin anlar .....                     Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu .....                     Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir .....                     Problem həll olunsa da, sakinlər güvənmir... .....                     Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı .....                     AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! .....                     İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" .....                     “Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” .....                     Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır .....                     Qayıbovun BATIRDIĞI SAHƏ... .....                     Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur .....                     "Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" .....                     Azərbaycanda şirkət torpağını satışa çıxarır .....                     "4 övladımı itirdim" .....                     "İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " .....                     Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... .....                     "Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" .....                     "Yaradıcı insan üçün diqqət önəmlidir" .....                     “Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi .....                     Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? .....                     Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı .....                     Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı .....                     Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib .....                     "Bu şirkətin sahibi kimdir, axı?" .....                     Maliyyə Nazirliyinin jurnalı bağlanır .....                     Azərbaycanın mebel şirkəti səhmdarlarını .....                     Bakıda həkim iş başında qəfildən vəfat etdi .....                     “Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək .....                     Aİ Paşinyanın “qələmini qırdı” .....                     Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... .....                     Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... .....                     Şərurun baş həkimi rəsmən özbaşına qalıb... .....                     8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi .....                 

Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Tarix: Dünən, 17:58 | Çap et

Ukrayna savaşı uzandıqca, Qərb siyasi dairələrində Rusiyanın faciəvi sonluğu barədə versiyalar daha intensiv müzakirə olunur. ABŞ prezidentinin keçmiş müşaviri, amerikalı tədqiqatçı-strateq Tomas Qrem Kreml “tam qələbə”də israr etdikcə, Rusiyanın uzunmüddətli tükəndirmə savaşında hərbi-siyasi və iqtisadi gücünü itirəcəyini iddia edib. Onun fikrincə, Rusiya 2030-cu illərin ortalarınadək, hətta böyük nüvə arsenalını qorusa belə, “böyük güclər içində ən zəif bəndə” çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda Kremlin ətrafında yaranmış belə qəliz situasiyada Rusiyanın gələcək taleyi ilə bağlı Tomas Qremin iddiaları indi daha böyük maraq doğurur. Çünki onun fikrincə, prezident Vladimir Putinin yerində başqa sağlam düşüncəli strateq olsaydı, Ukraynada simvolik qələbə elan edib, müharibəni mütləq dayandırardı. Ona görə ki, Kreml sahibinin “tam qələbə” israrı Rusiyanın hərbi və iqtisadi resurslarını "yeyir", manevr sahəsini daraldır.

Ona görə də, Ukrayna savaşının uzanması Rusiyanın deyil, məhz onun mövcud və potensial rəqiblərinin xeyrinədir. ABŞ və Avropa Birliyi minimum xərclə Rusiyanın hərbi potensialını zəiflətməyə nail olur. Potensial rəqiblərin sırasına daxil olan rəsmi Pekin isə Rusiyanın iqtisadi‑texnoloji və geopolitik istiqamətlərdə Çindən asılılığının artmasından tamamilə məmnundur.

Avropa Birliyi hərbi-siyasi cəhətdən daha sıx birləşir müdafiə qabiliyyətini artırır. Bu isə Rusiyanın yaxın çevrəsində sərt güc oyununu Kreml üçün daha da riskli edir. Ona görə də, Qərbdə hesab edirlər ki, növbəti onilliyin ortalarında Rusiya yeganə ciddi üstünlüyü – nüvə arsenalı istisna olmaqla, böyük güclər arasında "ən zəif halqa"ya çevrilə bilər. Hər halda, hazırda Kremlin məhkum qaldığı müharibə iqtisadiyyatı Rusiyada mülki sərmayəni sıxışdırır, innovasiyanı zəiflədir.

Digər tərəfdən, Kremlə qarşı texnoloji məhdudiyyətlər, eləcə də, sanksiyalar və ixrac nəzarətləri Rusiyada iqtisadi keyfiyyət standartlarını da sıradan çıxarır. Müttəfiqlik defisiti isə Rusiya diplomatiyasının manevr sahəsini daraldır. Enerji satışında qiymət endirimləri, məhdud alıcı çevrəsi və alternativ ödəniş sistemləri Kreml üçün ciddi maliyyə-iqtisadi kollaps yaradır.

Rusiyanın tükənmə prosesi ABŞ və Avropa Birliyi ilə yanaşı, Çin də ciddi şəkildə maraqlıdır. Çünki rəsmi Pekin “kiçik tərəfdaş” Rusiyaya İkitərəfli gündəmi daha rahat diktə edəcək, Mərkəzi Asiya və Arktik marşrutlarında Çinin hegemoniya rıçaqları artacaq. Ukrayna savaşı ABŞ və Qərbin resurslarını Avrasiya cəbhəsində saxlayaraq, rəsmi Pekinə Hind‑Sakit okean arealında əlavə vaxt qazandırır.

Rusiyanın dünya bazarlarından təcrid olunması rəsmi Pekinə neft‑qaz, kömür, metallarda aşağı qiymətlər təmin edir və Çin sənayesinin xərc bazasını ciddi şəkildə azaldır. Qərb şirkətlərinin çəkilməsi fonunda Çin brendləri Rusiya bazarında olduqca böyük iştirak payı qazanır. Və bu baxımdan, rəsmi Pekin üçün hazırda narahat ola biləcəyi əsas problem Rusiya ilə iqtisadi-ticari münasibətlər ucbatından məruz qalacağı sanksiyalardır.

Bütün bunlar onu göstərir ki, Çinə də sərfəli olan Ukrayna savaşı ABŞ və Avropa Birliyi üçün geostrateji hədəflərin reallaşdırılma məkanıdır. Qərbdə hesab edirlər ki, Ukrayna savaşı Rusiyadan gözlənilən hərbi təcavüz riskini minimuma endirənə qədər davam etməlidir. Buna paralel olaraq, NATO üzvü olan Avropa dövlətləri öz hərbi‑sənaye potensialını yüksəltmək, enerji və tədarük zəncirlərini təhlükəsizləşdirmək niyyətindədir.

Bu baxımdan, Ukrayna savaşı və Rusiya ətrafında yaranmış indiki situasiya bir neçə ssenari üzrə inkişaf edə bilər. Birinci ssenariyə görə, savaş uzandıqca, Rusiya daha da demilitarizasiyaya məruz qalacaq. Çin Rusiya üzərində asimmetrik geostrateji üstünlük qazanacaq. Və Avropa Birliyi ölkələri müdafiə sənayesini gücləndirərək, daha etibarlı təhlükəsizlik sistemi qurmağa imkan tapacaqlar.

Digər ssenariyə görə isə 2030-cu ilə qədər Rusiya nüvə silahından istifadə cəsarətindən məhrum, hətta öz sərhədlərinin toxunulmazlığını təmin etmək imkanları məhdudlaşmış nəhəng coğrafi areala çevriləcək. Rusiya geniş ərazili zəif dövlət kimi Qərbin və Çinin maraqları arasında çarəsiz qalacaq. Ən əsası isə bu, baş verərsə, Rusiya coğrafiyası, təbii resursları ABŞ və Qərblə Çin arasında "nifaq alması"na çevrilə bilər. Və bu halda, Rusiyanın təbii sərvətləri uğrunda qlobal güclərin qarşıdurması qaçılmaz xarakter alar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Bu gün, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Bu gün, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Bu gün, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Bu gün, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Bu gün, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Bu gün, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Bu gün, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Bu gün, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Bu gün, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Bu gün, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Bu gün, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Bu gün, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Bu gün, 10:38
Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Bu gün, 10:33
Qayıbovun BATIRDIĞI SAHƏ... - Təcili müdaxilə olmazsa...
Bu gün, 10:25
Naxçıvan bələdiyyəsinin nəzdində yaradılmış şirkət ləğv olunur
Bu gün, 10:21
"Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir" - Tramp Medvedevə xəbərdarlıq edib
Bu gün, 10:18
Azərbaycanda şirkət torpağını satışa çıxarır - YIĞINCAQ
Bu gün, 10:16
"4 övladımı itirdim"
Bu gün, 10:14
"İki abituriyentdən biri universitetə düşməyəcək, ona görə ki... " - Təhsil ekspertindən ŞOK AÇIQLAMA
Bu gün, 10:05
Ölkəyə milyardlar qazandıran neftçilər BİT-BİRƏ İÇİNDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:02
"Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!" - NARAZILIQ VAR...
Bu gün, 09:56
"Yaradıcı insan üçün diqqət önəmlidir"
Bu gün, 09:45
“Azərterminalkompleks” Birliyinin tenderi ləğv edildi
Bu gün, 09:41
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 09:36
Bu şirkətin İdarə Heyətinin sədri işdən çıxdı
Bu gün, 09:31
Zəngəzurun statusu dəyişdi: İrəvanın dostu razılaşdı – “Dəhlizə o ölkə nəzarət edəcək”
Bu gün, 09:28
Azərbaycan banklarının adından saxta profillər açaraq kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
"Bu şirkətin sahibi kimdir, axı?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:17
Maliyyə Nazirliyinin jurnalı bağlanır
Bu gün, 09:06
Azərbaycanın mebel şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 09:03
Bakıda həkim iş başında qəfildən vəfat etdi - FOTO
Bu gün, 09:02
“Tərtər Kəndkimya” ATSC-nin rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 08:59
Aİ Paşinyanın “qələmini qırdı” - yerinə onu gətirirlər
Bu gün, 08:49
Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
Bu gün, 08:40
Rəsmi İrəvanın “Artsaxbank” üzərindən yeni HOQQABAZLIĞI... - Görünəni odur ki...
Bu gün, 08:29
Şərurun baş həkimi rəsmən özbaşına qalıb... - MÜRACİƏT
Bu gün, 08:26
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO
Bu gün, 08:16
Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur - NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 08:14
Trampın Rusiya ilə əlaqələrinə dair gizli sənədlər tapıldı - İLGİNC
Bu gün, 07:04
Azərbaycanda uniforma biznesi – dövlət tenderlərini kimlər udur
Bu gün, 07:03
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru