“Nənə kimi nəvələrimin toyunu görmək istəyirəm. İndi bilmirəm, hansının toyunu Allah qismət edərsə... Bilmirəm.. Bunu zaman göstərəcək”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra sənətlə bağlı arzularından danışıb:
“Bu dəqiqə ən böyük arzum və istəyim yalnız mənim özümün gücüm çatacaq yükü qaldırmaqdır. Mən 53 ildir sənət sahəsindəyəm. Bəs qədər oynamışam da, ürəyimdən tikan da çıxarmışam. Yaradıcı insan üçün diqqət önəmlidir. Əlbəttə, ən böyük arzum əmin-amanlıqdır, xalqımızın vəziyyətinin gündən-günə daha da gözəlləşməsidir. Xalqımın rifahı naminə görülən işlərin səbəbkarlarına təşəkkür edirəm” deyə sənətkar bildirib.
Xalq artisti bir müddət əvvəl planlaşdırılan “İstintaq” tamaşasının müvəqqəti olaraq saxlanıldığını bildirib:
“Bu tərcümə bir əsər idi. Ssenari müəllifi Pərviz Seyidlidir. Hələ ki, saxlamışıq. Sonra götür-qoy edib, baxacağıq” deyə sənətkar bildirib.