“Mingəçevir Mexanikləşdirmə-5” ASC-nin növbədənkənar iclası keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, iclas avqustun 29-na çağırılıb.
İclasda ASC-nin İdarə Heyətinin sədri Nəsimi Məmmədovun öz xahişi ilə işdən çıxması barədə müraciətinin müzakirəsi və yeni sədrin seçilməsi məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, “Mingəçevir Mexanikləşdirmə-5” ASC 2000-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 87 080 manatdır