Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin havalandırma sistemləri üçün kompressor avadanlıqlarının alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin dəyəri 65 136 AZN olub.