"Mən keçən il ingilis dili kursu axtarırdım. Instagramda “London Education Center” adlı bir təhsil mərkəzi diqqətimi çəkdi. Orada işləyən Ayan Aslanova (Ayan Aslan) adlı bir müəllimənin bilik və bacarıqlarını yoxlamaq istədim (çünki bunun üçün tam haqqım var! Əgər insan hansısa xidmətə pul ödəyirsə, o xidmətin keyfiyyəti haqqında əvvəlcədən məlumatlı olmalıdır. Heç kim pulu asanlıqla qazanmır ki, sonra onu havaya xərcləsin).
Bu məqsədlə mən həmin müəllimənin Instagram hesabını tapıb ona bir-iki sual verməyə qərar verdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Shahin Karim adlı istfiadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Qeyd edim ki, bu müəllimə sosial şəbəkələrdə kifayət qədər tanınır, həm Instagram, həm də TikTok-da yetərincə izləyicisi var. Mənim verdiyim suala tamamilə arqumentsiz cavab verərək məni inandıra bilmədi, hətta deyərdim ki, ümumiyyətlə inandırmaq niyyətində belə deyildi.
Ondan bilik və bacarıqlarını təsdiqləyən sənədi və ya beynəlxalq dərəcəli sertifikatı olub-olmadığını soruşanda, mənə nalayiq cavab verdi.
Məncə, öz bilik və bacarığına əmin olan biri istənilən sual və ya istənilən tənqidə hazır olmalı və adekvat reaksiya göstərməlidir.

Bu barədə rəhbərliyə — Şamxal adlı şəxsə — yazanda isə məni yola verdi, özünü tələsik, işgüzar insan kimi göstərib, məni təxribatla günahlandırmağa çalışdı (işçisinin davranışına görə üzr istəmək əvəzinə, onu müdafiə etdi).
Görünən odur ki, bu şirkət müştərini dəyərləndirmir və yeni müştərilər cəlb etmək marağında deyil. Bu səbəbdən heç kimə bu mərkəzə müraciət etməyi tövsiyə etmirəm! Bu gün mənə dəyən zərbə, sabah sizə dəyə bilər!
Təəssüf ki, bu gün bir çox gənc sahibkar Şamxal kimidir — pulu reklama tökürlər, amma keyfiyyət isə hələ də axsamaqdadır..."