Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                 

Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Tarix: Bu gün, 12:11 | Çap et

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin və Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçerin apellyasiya şikayətlərinə baxılır.

Musavat.com xəbər verir ki, bu gün, sentyabrın 18-də hakim Murad Məmmədovun sədrliyi ilə şikayət üzrə araşdırmalar davam edəcək. Ötən prosesdə Konstantin Kuçerin vəkili Elşad Əliyev çıxış edib. Vəkil deyib ki, Konstantin Kuçerə dələduzluq ittihamı verilsə də, bu ittiham birinci instansiyada sübut olunmayıb. Onun sözlərinə görə, müvəkkilinə verilmiş digər ittiham - silahdan istifadə etməklə xuliqanlıq etmə istintaqın uydurmasıdır. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, iş üzrə müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib. Konstantin Kuçer də vəkili ilə razı olduğunu bildirib. Oleq Bakinskinin vəkil Xeyransa Babayeva çıxışında bildirib ki, müvəkkilinə verilən cəza ilə razı deyil. O da Oleq Bakinskiyə bəraət istəyib. Oleq Bakinski isə çıxışında deyib ki, onu şərləyiblər. Ona böhtan atıldığını deyən Oleq Bakinski barəsində bəraət qərarının çıxarılmasını xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib. Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub. Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb. Qeyd edək ki, ittihama görə iş üzrə zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriy Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb. Oleq Bakinski, Konstantin Kuçer və Valeriy Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Valeriy Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə Valeriy Zaxarenko zərərçəkmiş kimi tanınıb. Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib. Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi, 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb. “Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”, - deyə Oleq Bakinski müsahibələrindən birində qeyd etmişdi. Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başlatdığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə həmyerlilərimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərilməsində də fəal iştirak edib. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz. Maraqlı qüvvələrin səyi nəticəsində 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib. Oleq Bakinski ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edir və bəraət verilməsini istəyir. Konstantin Kuçer də eyni mövqedədir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru