"Toxunulmazlar..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edərək əlaqədar qurum və şəxsləri vəzifə borclarını yerinə yetirməyə, təcili müdaxiləyə səsləyib.
Tanınmış hüquq müdafiəçisi daha sonra bildirir: "Ölkə qanunvericiliyini dəfələrlə pozan Samir Mollayev niyə cəzasız qalıb. Benrfisiar sahibi toxunulmazdır?

ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər, bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
SOCAR AQŞ rəhbəri cənab Samir Mollayev və
benefisiar sahibi!

İşçi bildirir ki, üçuncü aydır ki, SOCAR AQŞ yenə hələ də onların əmək haqlarını ödəməyib.
Bu halda qurum ARƏM Maddə 178. 1. əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməidir..."
"DİA-AZ" qeyd edir ki, SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib.
Tərəflər və iştirak payları :SOCAR-13.38% , #NobelOilLtd., - 73.77% , Abşeron Qazma MMC -12.85%
Onu da əlavə edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə, eləcə də əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların düzgün yerinə yetirilməsinə dövlət nəzarətini həyata keçirmək və ya sahədə qərarlar qəbul etmək aşağıdakı qurumlar tərəfindən həyata keçirilir;