“Hansısa bank işçisinə bu səlahiyyətləri kim verir ki, kimisə işdən çıxarsın?!”
Bunu Yenicag.az-a şikayətində Könül Mustafazadə deyib.
O, “AccessBank” QSC-nin əməkdaşı Elmar Allahverdiyev ailə üzvlərinə zəng edərək təhdidlə danışması barədə şikayətini dilə gətirib.
K. Mustafazadə bildirib ki, ödənilməli olan məbləği bir neçə gün ərzində bitirəcəyini desə də, bank əməkdaşı onun ailə üzvünə zəng edib.
“Əməkdaş bacıma zəng edərək 1 saat ərzində borc ödənilməsini istəyib. Bacım isə anama zəng edib məlumat vermək istəsə də, Elmar Allahverdiyev mənim işdən çıxarılmağımla bağlı onu təhdid edib. Yəni mənimlə əlaqə saxlamaqlarını istəməyib. Hansısa bank işçisinə bu səlahiyyətləri kim verir ki, kimisə işdən çıxarsın?! Bankın saytına məsələ ilə bağlı dəfələrlə şikayət yazsam da, baxılmayıb. Əlavə olaraq hüquq-mühafizə orqanlarına da həmin şəxslə bağlı şikayətimi bildirmişəm”, – deyə o, qeyd edib.