" "Unibank" məni məhkəməyə verib... artıq 4 aydır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Hüquqşünaslar" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Keçən ayın 1-də birinci məhkəmə iclası olub. Bu ayın 12-də ikinci məhkəmə. İddia ərizəsində göstərilən məbləğ ümumi 6522 manatdır. "Unibank"ın tətbiqində isə hər gün artır borc faizi... Artıq bu rəqəm şişib 7152 manat olub..."
"DİA-AZ" bildirir ki, əslində vətəndaşa "Unibank" tərəfindən əsassız faiz yükü əlavə olunur. Bu barədə açıqlama verən hüquqşünas Məmmədov Səlimov məsələyə belə aydınlıq gətirir:
"Əslində məhkəməyə müraciət edilən gündən faiz hesablanması dayandırılmalıdır. Vətəndaş məhkəməyə bankın əsassız faiz yazdığı üçün vəsatət verməlidir ki, borc yenidən hesablansın, yekun qərar iddia tələbindəki 6522 manata görə veriləcək".