İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                     Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." .....                     Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub .....                     Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? .....                     Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı .....                     Məhkəmədə qalmaqal: .....                     Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır .....                     "AZƏRSU", YOXSA "AZƏRYEZİD"? .....                     Dilqəm Məhərrəmovun adı siyahıda olmadı .....                     Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi .....                     Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                     Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır .....                     Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                 

Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Tarix: Bu gün, 15:55 | Çap et

Bakının Suraxanı rayonunda 49 yaşlı qadın ögey qızına xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1976-cı il təvəllüdlü Əsmər 2021-ci ilin dekabrın 31-dən birgə yaşadıqları Qaraçuxur qəsəbəsindəki evdə 2004-cü il təvəllüdlü ögey qızı Elmiraya əsəbləşib.

O, soyuducudan götürdüyü hindquşu ilə Elmiranı vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş həyat yoldaşının ilk evliliyindən olan qızıdır, onun anası xərçəng xəstəliyindən vəfat edib: “Mən uşaqların heç birinə ögey münasibət bəsləməmişəm. Öz övladlarıma necə olmuşamsa, onlara da o cür yanaşmışam. Öz uşaqlarıma əsəbləşib ərk etdiyim kimi onlara da ərk eləmişəm.

Elmiranın dediyi kimi buzluqdan hinduşqa çıxararaq onu vurmamışam. Əgər onu vursaydım, beyni parçalanardı”.

“Xalası işə qarışdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmiranın dedikləri, orada yazılanların çoxu yalandır: “Onu nə səbəbə vurduğum yadımda deyil. Nəsə hadisə olmuşdu, tam xatırlamıram.

Buzluqdan hinduşqa çıxarmışdım. Həmin vaxt Elmiradan niyə belə hərəkət etdiyini soruşdum. O isə yaxşı elədiyini dedi. Mən də onu əlimdəki hinduşqa ilə itələdim. Bundan sonra onun xalası məsələyə qarışdı, onlar ev istədilər, mənim maşınımı satdılar. Onun bütün dərdi puldur, evdir.

Mən öz uşağımı da tənbehləyirəm. İki övladım var. İlk evliliyim Səmədlə olub, uşaqlarımın atası odur. 10 ildir Elmira ilə birlikdə yaşayırıq. Ailə quranda Elmira 2-ci sinfə, qardaşı isə 5-ci sinfə keçirdi. Biz mehriban yaşamışıq, ana-bala kimi olmuşuq.

Bir dəfə sinə nahiyəsindən itələmişəm, başından aldığı zərbələri mən etməmişəm. İttiham aktında göstərildiyi kimi əlini yandırmamışam”.

“Bu hadisədən sonra ayrıldım”

Əsmər bildirib ki, dekabrın 31-də Elmiraya bir dəfə xəsarət yetirib, sonra heç nə etməyib: “O, qardaşı ilə daim dalaşır. Həmin ərəfədə qardaşı ilə dalaşdı, qardaşı onun əməliyyat olunmuş burnuna vurdu.

Hazırda onlar mənim yanımda deyillər. Ona xəsarəti də mən yetirməmişəm. Elmira qardaşı ilə tez-tez dava-dalaş salır, mən də onları çox vaxt buna görə tənbeh etmişəm. Ərimlə rəsmi boşanma olmayıb, sadəcə o, digər uşaqları ilə yaşayır. Mən də öz uşaqlarım ilə qalıram.

Ərim uşaqlarını tək qoymaq istəmədiyini bildirdi, bizdən ayrı onlarla birlikdə yaşamağa başladı. Bu hadisədən sonra mən ayrıldım, hazırda evdar qadınam, işləmirəm. Etdiyim əməldən peşmanam”.

“Ögey anamın təzyiqi altında olmuşam”

İş üzrə zərərçəkmiş Elmiranın sözlərinə görə, ögey anası Əsmərlə yaşadığı evdə çox əziyyət çəkib:

“Evimizdə işləyən təmizlikci qadın da mənim vəziyyətimi görüb. Həmin qadın Əsmərin ögey anam olduğunu, mənə şiddət edib-etmədiyini soruşdu. Mənim vəziyyətimi görüb ağladı, məni qucaqladı, niyə harasa müraciət etmədiyimi soruşdu. Mən ayağımdakı yaraları, bədənimdəki göyərtiləri göstərdim.

Ögey anamın təzyiqi altında olmuşam. Onun hərəkətləri barədə kiməsə desəm, döyməklə qorxudub, atama desəm, daha şiddətlə məni döyəcəyini deyib. Təmizlikci qadın yaralarımı, göyərtiləri çəkdi, polisə göstərəcəyini bildirdi. Mən isə təzyiq altında olduğum üçün kim məndən soruşsa, yenə də onun etmədiyini deyəcəyimi bildirdim”.

“Atam vurulmağımı görməyib”

Zərərçəkmiş qeyd edib ki, hətta ögey anası ona əlilik sənədi alıb, əvvəlcə isə məktəbdən çıxarıb. Onun sözlərinə görə, təmizlikçi qadının polisə müraciət elədiyini ögey anası biləndə ona bir daha döyməyəcəyini, daha yaxşı olacağını, hətta onu oxutduracağı vədlərini verib:

“Dekabrın 31-də evdən qaçmazdan əvvəl Əsmər məni təhdid elədi. Həmin vaxt atam işdəydi. Hinduşqa ilə vurulmağımı atam görməyib, qardaşım isə başqa otaqda idi. Döyüldüyüm günün ertəsi, günorta evdən qaçdım. Özüm evdən tək Göyçaya dayımgilə getdim. Əsmərin əziyyətinə dözmədiyim üçün bunu çoxdan planlayırdım. Orada hinduşqa məsələsini danışdım, polisə gedərək ifadə verdim”.

Elmira deyib ki, hadisə olandan sonra atası dəfələrlə ona təzyiq göstərib, Əsmərlə barışmağını istəyib: “Mən isə onun etdiklərini bağışlamağın mümkün olmadığını demişəm. Hazırda da barışmamışıq, Əsmərdən şikayətçiyəm. Əsmər atamın puluna görə onunla evlənib”.

“Mənə heç nə deməyib”

İş üzrə ifadə verən zərərçəkmiş Elmiranın atası Mehdinin sözlərinə görə, ilk həyat yoldaşı 2012-ci ildə xərçəng xəstəliyindən vəfat etdikdən sonra Əsmərlə ailə qurub, bu nikahdan 2 övladı dünyaya gəlib:

“Həmin vaxt birici evliyimdən olan qızım və oğlum orta məktəbdə ibtidai təhsil alırdılar. Onlara ailə üzvlərimdən kimsə baxmadığı üçün məcbur qalaraq evləndim. 10-12 il ailəli olduq, hətta ailədaxili münaqişələrimiz olanda uşaqlarım Elmira və Asim Əsmərin tərəfini saxlayırdılar.

Kərbala ziyarətindən gələndə Elmiranın Göyçaya qaçdığını öyrəndim. Onu gətirmək istədim, nənəsigil vermədilər. Sonradan dayısı barışıq üçün 50 min manat istədi. Göyçaydan gələndən sonra polisə çağırılanda Elmiradan baş verənlərlə bağlı niyə mənə və ya əmisinə demədiyini soruşdum.

Elmira Göyçaydan gələndən sonra əmisi ilə və ya mənimlə tək qalanda ona verilmiş işgəncə barədə bizə deyə bilərdi. Amma o mənə heç nə demədi”.

“Qızımın fikirlərini qarışdıran xalasıdır”

Mehdi qeyd edib ki, dekabrın 31-də evdə olub, hər şey normal idi: “Səhər 9-da evdən çıxırdım, axşam saat 8-9-da qayıdırdım. Evə gələndə övladlarımı görürdüm.

Əsmərlə bağlı kimdənsə nəsə soruşmamışam, mənə məlumat verilməyib. Elmiranı ciddi məsələyə görə bir dəfə cəzalandırmışam. Rəfiqələri ilə ad günü keçirib, oradan gecə saat 4-ə işləmiş gəldiyi üçün əsəbləşmişəm, ona bir şillə vurmuşam. Bu hadisə ötən illərdə olub.

Qızımla münasibətim yaxşıdır, ata kimi daim oğlumun da, onun da arxasında olmuşam. Sadəcə qızımın fikirlərini qarışdıran xalası Ülkərdir.

Hazırda Əsmərlə münasibətlərim yaxşı deyil. Səbəb qızımla rəftarıdır”.

Analığın cəzası nə oldu?

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Əsmər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Amma cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməyib, cinayət təqibinə xitam verilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin barəsində Suraxanı Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli qərarı cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir.

Dövlət ittihamçısı qeyd edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, həmin əməlin baş verdiyi vaxtdan 2 ildən artıq bir müddət keçməsini nəzərə alıb: “Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində cinayət təqibinə xitam verməli idi. Lakin məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin etməməklə cinayət təqibinə xitam verib. Beləliklə, məhkəmə cinayət qanununun normasının düzgün tətbiq etməyib”.

Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti prokurorun protestini təmin ediblər.

Suraxanı Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli qərarı dəyişdirilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Suraxanı Rayon Məhkəməsinin qərarının nəticə hissəsinin birinci abzasındakı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməməsi, cinayət təqibinə xitam verilməsinə dair müddəalar qərardan xaric edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Bu gün, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Bu gün, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Bu gün, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Bu gün, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Bu gün, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Bu gün, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Bu gün, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Bu gün, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Bu gün, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Bu gün, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Bu gün, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Bu gün, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Bu gün, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Bu gün, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Bu gün, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Bu gün, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru