"Mütamadi olaraq Azərbaycanın əmək qanunvericiliyini pozan,ancaq heç vaxi cəzalanmayan bu şirkətin sahibi kimdir? Con Harkinsin?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sonra belə davam edir:
"Bəlkə neftin Azərbaycan dövlətinə məxsus olduğunu, orda çalışan işçilərin Azərbaycan vətəndaşı olduğunu, və ən əsası bu şirkətdə ölkəmizin pozulan qanunvericiklərinə hörmətlə yanaşıb ciddi araşdırma aparasınız ????
Bahar ƏŞ -dən yenə şikayət daxil olub. Şirkəti iyulun axırıdır, ancaq hələ də
iyun ayının əmək haqları ödənilməyib. Əmək haqlarını gecikdirdiyi üçün işəgötürən ARƏM 172.5 uyğun olaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir.

Qeyd edim ki, “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib..."