Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda çalılşan işçilər əməkhaqqılarını ala bilməmələrindən gileylənirlər. "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən sıravi işçilər keçən ayın maaşını hələ ala bilmədiklərini iddia edirlər.
Onların müraciətində deyilir:
"Keçən aydan bəri maaş ala bilmirik. Əslində, hər zaman əməkhaqqını vaxtında almışıq. Bu dəfə nəsə baş verib. Deyilənə görə, rəhbərlik maaşımızı digər dövlət qurumlarında olduğu kimi banklara qoyaraq faiz götürür. Bu belədirsə, o zaman onlar barəsində hüquqi tədbir görülməlidir.
Əksəriyyətin krediti, aylıq ödənişləri var. Gecikmə olanda bilirik ki, faiz gəlir. İndi bizim maaşları yubadırlar... özləri qazanırlar... Bəs, bizə əlavə olaraq yüklənən faizləri kimin ayağına yazaq? Niyə biz artıq xərcə düşməliyik? Deməli, onların qazandıqları bizim itirdiklərimizdir..."










