“Həmin gün gecə səhərə qədər sevincimdən ağladım”.
Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Cabir Abdullayev “Günaydın Azərbaycan” verilişində deyib.
O, həyatıboyu unutmadığı bir hadisəni xatırlayıb:
“Səsimi itirmişdim. Bu hadisədən sonra heç kim mənimlə maraqlanmadı. Məni əlləri üstə toylara aparan adamlar heç məni görəndə saya da salmırdılar. Çox əziyyət çəkirdim. Hərbi xidmətdə olanda rəngsazlıq edirdim. Divara boya çəkə-çəkə başladım oxumağa. Gördüm, əvvəlki səs açıldı, inana bilmədim. Məni ağlamaq tutdu. Həmin gün gecə səhərə qədər sevincimdən ağladım”.










