Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.
Müqavilədə Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 31 milyon 934 min 173 manat müəyyənləşib.
Qeyd edək ki, 2016-ci ildə təsis edilmiş “Diler İnşaat” QSC şirkəti tikinti materiallarının satışı və distribusiyası, eləcə də tikinti işlərinin icrası ilə məşğuldur.










