Əsas Səhifə > Güney Press > Ağdamdakı İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə 32 milyonluq müqavilə bağlayıb
Ağdamdakı İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə 32 milyonluq müqavilə bağlayıbBu gün, 09:30 |
|
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə nəhəng müqavilə bağlayıb. Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib. Müqavilədə Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 31 milyon 934 min 173 manat müəyyənləşib. Qeyd edək ki, 2016-ci ildə təsis edilmiş “Diler İnşaat” QSC şirkəti tikinti materiallarının satışı və distribusiyası, eləcə də tikinti işlərinin icrası ilə məşğuldur. Geri qayıt |