Ermənilərlə NƏ ETMƏLİ .....                     Taleh Qaraşov abadlıq işlərinə 1.4 milyon xərclənəcək .....                     Adil Kərimlinin kantoru BURDA DA ADİLLİKDƏN UZAQDIR... .....                     “Kanal 13”ün rəhbəri Əziz Orucov azadlığa buraxıldı .....                     Zəngəzur dəhlizi ONLAR ÜÇÜN DƏ MÜHÜMDÜR... .....                     Fuad Nəcəflinin kadrları... BİR-BİR `VURULACAQ`... .....                     O, atasına büst qoyduran YEGANƏ İCRA BAŞÇISIDIR .....                     II Qaregin tezliklə vəzifəsindən uzaqlaşdırılacaq .....                     Ağdamdakı İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə 32 milyonluq müqavilə bağlayıb .....                     Ermənistan “təhlükəli sularda üzür” .....                     Qazaxda 2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və payız suvarması ilə bağlı müşavirə keçirilib .....                     Rusiyanın bəxş etdiyi KÖLƏLƏŞMƏ MEXANİZMİ .....                     BDU rektoru tələbələri KAHIYA TUTUB... .....                     Moskvanın Qarabağ üçün “B planı” var? .....                     "Bu qərarı verən direktor, dövlətdən ağıllıdır?" .....                     Sabiq nazirlərin pensiyası nə qədər olacaq? .....                     "Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirmək, kölgə salmaq istəyirlər" .....                     “Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur... .....                     Goranboyda ŞÜBHƏLİ TENDER oyunbazlığı... .....                     Ölkədə SSRİ bayrağı daşıyanlardan daha "təhlükəli" adamlar var... .....                     Yaş həddi standartlarımız... .....                     Özəl xəstəxanalardakı fantastik analiz qiymətləri .....                     “Bakıda SSRİ bayrağı qaldırmaq dövlətə xəyanət kimi dəyərləndirilməlidir...” .....                     "Musiqi həmişə insanları birləşdirən bir vasitə olaraq qalacaq" .....                     DÖVLƏT BABA evi plana düşənlərə sahib çıxmırsa... .....                     Ermənistan “yaxşı-pis polis” taktikasından istifadə edir .....                     "Trendyol" üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70 %-nə daha tez çatacağını açıqlayıb .....                     Direktor itlərə görə cərimələndi .....                     Rusiya aktivlərinin müsadirə planı hazırdır .....                     Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələrin “oyanmaq” cəhdləri .....                     Qarabağa qayıdan köçkünlərə ikiqat “çörəkpulu” verilir? .....                     Ramiz Mehdiyev ətrafında sirli gedişat .....                     Bakı Dövlət Sirki itlərə görə cərimələnib .....                     Siyəzəni abadlaşdıracaq "Safari": Keçmiş nazirin oğlunu şirkətlə nə bağlayır? .....                     300 km məsafədən təyyarəni məhv edə bilirlər .....                     Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? .....                     "Özünü “Kapital Bank” əməkdaşı kimi təqdim edən dələduz..." .....                     “Bakı İrəvan hökumətinə “humanitar yardım” edir” .....                     Erməni deputatlar Bakıya .....                     Mədəniyyət Nazirliyində nə baş verir? .....                 

Moskvanın Qarabağ üçün “B planı” var? - Donbasdan çıxan kimi...
Tarix: Bu gün, 09:00 | Çap et

“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda “CivilNet” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycan “əsirliyində” olan Ruben Vardanyanı unutmadığını, sadəcə, Ukraynadakı müharibədə resursların itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirib.
O, erməni jurnalistə deyib ki, “əgər Qarabağ müharibəsinin bitdiyini hesab edirsinizsə, səhv edirsiniz. Rusiya üçün Qarabağ məsələsi bitməyib. Moskva hər zaman erməniləri (azərbaycanlılara nisbətən) daha yaxın hesab edib”.

Əgər Rusiyanın “demokratik” jurnalist hesab ediləni belə deyirsə, gör indi digərləri nə düşünür? Sanki Rusiya Venediktov vasitəsilə mesaj verir ki, onlar üçün Qarabağ məsələsi bitməyib. Digər rus jurnalisti Oleq Kaşin də provokativ status yazıb. Demək ki, Rusiyanın liberal görünən nasist düşüncəli yazarları hərəkətə keçib.

Əslində təəccüblü deyildi ki, Rusiya Ukrayna cəbhəsində başı açılan kimi diqqəti Cənubi Qafqaza yönəldəcək. Çünki Qarabağ müharibəsinin nəticələri, sülhməramlıların regiondan erkən gedişi, ermənilərin bölgəni öz xoşu ilə tərk etməsi Rusiyanın 200 illik planlarına zidd idi. Hətta Kremlin tənqidçiləri belə bu mövzuda sərsəm çıxışlar etməyə başlayıblar ki, Qarabağda məsələ bitməyib.

Hərçənd Qarabağdan gedən ermənilərin heç biri qayıtmaq istəmir. Onlardan bəziləri isə sülhməramlı qüvvənin təminatı altında geri dönməyə razıdır. Baş nazir Paşinyan isə Qarabağa qayıdışı sülh prosesi üçün ziyanlı sayır. Elə məhz Rusiyanın bu mövqeyini bildiyi üçün...

Çünki Rusiya bu mövzunu qapatmaq niyyətində görünmür və Qarabağda hazırkı reallığı həzm etmir. Ermənistan isə yaxşı başa düşür ki, Rusiyanın ona canı yanmır, sadəcə, Cənubi Qafqazda təsirini saxlamaq üçün keçmiş münaqişəni yenidən gündəmə gətirməyə çalışır. Bu dəfə müəmmalı olan isə “liberal” rus jurnalistlərin məsələyə belə yanaşmasıdır.

Məlum məsələdir ki, Qarabağ müharibəsi artıq qapanıb. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və bu, təkcə beynəlxalq hüququn tələblərinin icrası deyil, həm də 30 il ərzində pozulmuş tarixi ədalətin bərpasıdır. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa edilib və regiondakı proseslər Bakının iradəsi, dayanıqlı diplomatik xətti və yeni regional tərəfdaşlıqlar çərçivəsində formalaşır. Kənardan verilən nostalji bəyanatlar, köhnə imperiya düşüncəsinin xülyaları və revanşist çağırışlar artıq formalaşmış reallığı nə dəyişə, nə də geri çevirə bilər.

Regionun təhlükəsizlik arxitekturası bu gün yeni prinsiplər üzərində qurulur: suverenlik, bərabərhüquqlu qonşuluq münasibətləri, iqtisadi əməkdaşlıq və dayanıqlı sülh.

Azərbaycan qarşıdakı mərhələ üçün strateji kursunu müəyyən edib - sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, regional əməkdaşlığın dərinləşdirilməsi, Cənubi Qafqazın gələcəyinin müharibə ritorikasından tamamilə uzaqlaşdırılması.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Elxan Mirzəyev Venediktovun erməni mediasına müsahibəsində məhz o cəmiyyətin könlünü xoş etmək üçün belə danışdığını güman edir. Onun fikrincə, rusiyalı jurnalist erməni auditoriyasına xitab edib: “Bununla onları inandırmağa çalışıb ki, ermənisiz Qarabağ guya müvəqqətidir və Rusiyaya hər bir halda güvənə bilərlər. Amma bu cəfəngiyyatdır və ciddi səslənmir. Ermənilərin də ağlı varsa, vaxtaşırı eşidilən belə çatlaq səslərə əhəmiyyət verməzlər. Çünki Rusiya Qarabağla bağlı onlara vəd verirsə, deməli, növbəti fəlakətə çağırır. Ermənilər işğal dövründə də Qarabağda yaşamaqla bir gün görmədilər. Məlum oldu ki, Rusiyanın himayəsi ilə separatçı rejim torpaqların sərvətini istismar edir, dinc əhali isə ac-yalavac yaşayır”.

E.Mirzəyevin sözlərinə görə, Rusiya rəsmilərinin çıxışlarında bu haqda heç nə deyilmir və məsələ çoxdan bağlanıb: “Əlbəttə ki, Kreml başqa mənzərə istərdi. Lakin Azərbaycan onun planlarını pozdu. İkincisi, Rusiyanın regionla bağlı indi dərdi 10 noyabr sənədini qüvvədə saxlaya bilməkdir. Buna da ciddi reaksiya verilmir. O deməkdir ki, Moskvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı yenidən qızışdırıcı addımlar atmaq üçün əlində rıçaqlar qalmayıb. Eyni zamanda bölgədə yeni reallıqlar var - Türkiyə, Pakistan, "Tramp marşrutu" və sair. Bütün bunlar Rusiyanın Cənubi Qafqazda köhnə siyasətini yenidən təkrarlaması imkanlarını sıfırlayır".

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə hesab edir ki, Rusiya müharibə səbəbindən Cənubi Qafqazda əvvəlki təsirə malik olmasa da, gələcəyə ümid edir: “Ukrayna savaşından sonra Rusiyaya elə gəlir ki, bölgədə öz ssenarisini həyata keçirə biləcək. Xüsusən də bir neçə min ermənini Xankəndinə qaytarmaqla köhnə "val"ı işə salmağı planlaşdırır. Biz bilməliyik ki, şimal qonşumuz həmişə problemdir və ondan təhlükə gözləmək lazımdır. Həmçinin Azərbaycan da təbliğat işini dayandırmalı deyil. Baxın, erməni lobbisi çalışır və xaricdəki rus jurnalistləri də onların yanında dayanıb. Həmin jurnalistlər Putinin siyasətinə qarşı ola bilər, amma erməni lobbisinin təsiri altında Rusiyanın və ermənilərin xeyrinə çıxış etmələri istisna deyil".

X.Teyyublunun fikrincə, Rusiyanın I Pyotrdan bəri bir Qafqaz siyasəti var və onun zaman-zaman qabarma-çəkilmə şəklində yürüdüldüyünün şahidi oluruq: “Ola bilsin ki, Rusiya bu gün addım ata bilmir. Yəni bölgədə digər güclərlə hesablaşmalı olur. Amma imperiya təfəkkürü və Cənubi Qafqaza "arxa bağçası" kimi baxmaq yanaşması dəyişməyib. Bu da onun fürsət düşən kimi regionda öz hiyləgər planlarını işə salacağı ehtimalını gücləndirir. Ona görə də Azərbaycan güclü dövlət olmalıdır, Ordumuz həmişə qüdrətini artırmalıdır, sərhədlərimiz möhkəm saxlanmalı, müasir silahlar almalı, müdafiə qabiliyyətimizi artırmalıyıq. Çünki yaşadığımız region bunu diqtə edir. Nəzərə alaq ki, şimal və cənubdan həmişə təhdid var, ermənilər isə onların əlində tarixin bütün mərhələlərində alətə çevrilməyə hazırdır".

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərlə NƏ ETMƏLİ - AKTUAL
Bu gün, 10:11
Taleh Qaraşov abadlıq işlərinə 1.4 milyon xərclənəcək
Bu gün, 10:04
Adil Kərimlinin kantoru BURDA DA ADİLLİKDƏN UZAQDIR... - İTTİHAM VAR...
Bu gün, 09:57
“Kanal 13”ün rəhbəri Əziz Orucov azadlığa buraxıldı - Cəza müddəti BİTDİ...
Bu gün, 09:46
Zəngəzur dəhlizi ONLAR ÜÇÜN DƏ MÜHÜMDÜR... - İNCƏLƏMƏ
Bu gün, 09:45
Fuad Nəcəflinin kadrları... BİR-BİR `VURULACAQ`... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:38
O, atasına büst qoyduran YEGANƏ İCRA BAŞÇISIDIR - DOSYE
Bu gün, 09:35
II Qaregin tezliklə vəzifəsindən uzaqlaşdırılacaq - “Joqovurd”
Bu gün, 09:32
Ağdamdakı İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə 32 milyonluq müqavilə bağlayıb
Bu gün, 09:30
Ermənistan “təhlükəli sularda üzür” - Paşinyan bunu edərsə...
Bu gün, 09:21
Qazaxda 2026-cı ilin məhsulu üçün aparılan səpin işləri və payız suvarması ilə bağlı müşavirə keçirilib
Bu gün, 09:17
Rusiyanın bəxş etdiyi KÖLƏLƏŞMƏ MEXANİZMİ - Hələ də işləkdir...
Bu gün, 09:15
BDU rektoru tələbələri KAHIYA TUTUB... - AXI NİYƏ?
Bu gün, 09:06
Moskvanın Qarabağ üçün “B planı” var? - Donbasdan çıxan kimi...
Bu gün, 09:00
"Bu qərarı verən direktor, dövlətdən ağıllıdır?" - ETİRAZ!
Bu gün, 08:58
Sabiq nazirlərin pensiyası nə qədər olacaq? – Özləri danışdı
Bu gün, 07:53
"Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirmək, kölgə salmaq istəyirlər" - FAKT BUDUR!
Bu gün, 07:37
“Lukoyl” özünü satışa çıxarır: ABŞ bundan qorxur... - ARAŞDIRMA
Bu gün, 07:05
Goranboyda ŞÜBHƏLİ TENDER oyunbazlığı... - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Ölkədə SSRİ bayrağı daşıyanlardan daha "təhlükəli" adamlar var... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Yaş həddi standartlarımız... - ŞƏRH
Bu gün, 06:55
Özəl xəstəxanalardakı fantastik analiz qiymətləri - "268 manata qan analizi olar?"
Bu gün, 06:43
“Bakıda SSRİ bayrağı qaldırmaq dövlətə xəyanət kimi dəyərləndirilməlidir...” - ÇAĞIRIŞ
Bu gün, 06:28
"Musiqi həmişə insanları birləşdirən bir vasitə olaraq qalacaq"
Bu gün, 06:24
DÖVLƏT BABA evi plana düşənlərə sahib çıxmırsa... - Mərkəzdə yaşayanlar Biləcəridən o yana köçmək zorunda...
Bu gün, 06:21
Ermənistan “yaxşı-pis polis” taktikasından istifadə edir - KTMT ətrafında gərginlik
Bu gün, 02:09
"Trendyol" üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70 %-nə daha tez çatacağını açıqlayıb
Dünən, 22:50
Direktor itlərə görə cərimələndi
Dünən, 17:57
Rusiya aktivlərinin müsadirə planı hazırdır - Leyen
Dünən, 17:55
Mehdiyev izi: SSRİ-ni təbliğ edən ideoloji hücrələrin “oyanmaq” cəhdləri - AKTUAL
Dünən, 17:31
Qarabağa qayıdan köçkünlərə ikiqat “çörəkpulu” verilir? - Rəsmi cavab
Dünən, 17:27
Ramiz Mehdiyev ətrafında sirli gedişat – Yeni cinayət işi açıla bilər
Dünən, 17:22
Bakı Dövlət Sirki itlərə görə cərimələnib
Dünən, 17:20
Siyəzəni abadlaşdıracaq "Safari": Keçmiş nazirin oğlunu şirkətlə nə bağlayır? - İLGİNC
Dünən, 17:06
300 km məsafədən təyyarəni məhv edə bilirlər - "Hava-hava" sinfinin ən güclü 7 raketi
Dünən, 16:59
Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? – RƏSMİ AÇIQLAMA
Dünən, 16:55
"Özünü “Kapital Bank” əməkdaşı kimi təqdim edən dələduz..." - DİQQƏT... TƏHLÜKƏ!
Dünən, 16:50
“Bakı İrəvan hökumətinə “humanitar yardım” edir” - KİV
Dünən, 16:45
Erməni deputatlar Bakıya GƏLƏ BİLƏR
Dünən, 16:42
Mədəniyyət Nazirliyində nə baş verir? – 8 milyonluq yeyinti iddiası var, audit yoxlaması aparıldığı bildirilir
Dünən, 16:39
İran yeni vasitəçi axtarır: Vəliəhd seçimi mübahisə doğurub - “Amwaj Media”
Dünən, 16:34
“Monqol əti” şadlıq saraylarında - “AQTA-nın əməkdaşları işdən çıxanda toy başlayır”
Dünən, 16:26
Siyəzəndə abadlıq işlərinə yarım milyon manat xərclənəcək
Dünən, 16:22
Azərbaycandakı Britaniya şirkətinin London birjasında səhm ticarəti dayandırılıb - AÇIQLAMA
Dünən, 16:16
Putinin ƏSKİSİ... - Ehtiyacınız varsa...
Dünən, 16:10
Azərbaycanda ata araq almayan oğlunun burnunu qırdı - TƏFƏRRÜAT
Dünən, 15:57
"SSRİ bayrağını qaldırmaq repressiyalara, kütləvi qətliamlara bəraət qazandırmaqdır" - partiya sədri
Dünən, 15:55
Rusiya Krımın "icarəsi" üçün Ukraynaya borcludur - Bəlkə əvvəlcə köhnə borcları ödəmək lazımdır?
Dünən, 15:52
Deputatdan qızına aid olduğu deyilən görüntülərlə bağlı AÇIQLAMA
Dünən, 15:41
“Bununla bağlı heç bir şərh verməyəcəyəm”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru