Yaşar Kərimov VTB (Azərbaycan)bankının İdarə Heyətinin üzvü təyin edilib. Bu vəzifədə o, bankın pərakəndə biznesinə rəhbərlik edəcək.
"DİA-AZ" banka istinadən xəbər verir ki, o, 20 ildən çox bankçılıq təcrübəsinə malikdir və Yelo Bank və Expressbank da daxil olmaqla bir sıra Azərbaycan banklarında rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan)-a təyinatdan əvvəl Unibank-da Pərakəndə Biznes üzrə İcraçı Direktor vəzifəsində çalışıb.
Yaşar Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və “Mühəndis iqtisadiyyatı və idarəetmə” üzrə bakalavr və magistr dərəcələrinə malikdir.










