Azərbaycanda kommunizmə xidmət edən .....                     Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi .....                     Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ .....                     AYNA bu yolu da bərbad hala saldı .....                     Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                     Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər .....                     Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir .....                     Azər Əmiraslanov Ramiz Mehdiyevi "göylərə qaldırdı" .....                     Naxçıvanın Qaz İstismar Xidməti ləğv edilib .....                     Kino Agentliyinin 518 minlik tenderinin qalibi .....                     Əli Kərimlini Ramiz Mehdiyev SATIB .....                     “Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!” .....                     Kərimlidən sonra növbə kimindir? .....                     9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub .....                     AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var... .....                     Bazarlardan yoxa çıxan KƏND YUMURTASI .....                     Çağırışçıların xərcini kim ödəyir? .....                     Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi .....                     Mənzil bazarında böhran olacaq? .....                     Ləmana Türkiyədən gələn həkim də baxdı, .....                     Daha bir rayonda DOST mərkəzi tikiləcək .....                     FED-in növbəti sədri kim olacaq? .....                     Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı .....                     Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu .....                     Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ .....                     Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu .....                     “Mən Cəmil Həsənlini “butulka” ilə vuranda…” .....                     Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” .....                     Dövləti cinayət törədənlərə .....                     Bakının tələbini qəbul etməyə məcbur olduq .....                     Xanlarova buna əsasən işdən çıxarılıb .....                     Kiyevdən Moskvanın istəyinə rədd cavabı .....                     DTX tərəfindən saxlanılan Məmməd İbrahimli barəsində HƏBS QƏRARI .....                     Rusiyada erməni əsilli MMA döyüşçüsü və məşqçisi saxlanılıb .....                     Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır .....                     "Bu, siyasi partiya və lider adına böyük utancdır” .....                     “SOCAR-da 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər” .....                     “Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir .....                     Naxçıvanda səhiyyə nazirini O, ƏVƏZ EDƏCƏK... .....                 

Kərimlidən sonra növbə kimindir? – Həbslər hakimiyyət daxilinə keçə bilər
Tarix: Bu gün, 17:11 | Çap et

Son həbslər ölkə gündəmini dəyişib. Proseslər hara gedəcək, necə yekunlaşacaq, başqa kimlərin həbsi gözlənir – ictimaiyyəti bu suallar maraqlandırır.

AXCP sədri Əli Kərimlinin saxlanılması, ardından məhkəmənin hökmü ilə ona 2 ay 15 gün həbs verilməsi proseslərin ciddi məcraya yönəldiyi anlamına gəlir.

Ölkə tamamilə yeni mərhələyə keçir. O üzdən bu cür sərt qərarlar alınıb. Görünür, “şıltaq” radikalların kaprizi ilə çox oynamaq istəmir dövlət.

Əslində ortada ciddi faktlar, dəlillər, şübhələr olmasa idi, Əli Kərimli haqda belə kəskin qərar verilməzdi. Neçə illərdir danışır, hakimiyyəti sərt dillə tənqid edir, sosial şəbəkələrdə sistem qurub, narazı elektorata etdiyi xitablarla gündəmdə qalmağa çalışır. Bunlara hakimiyyət dözümlü yanaşıb. Bəzən onun həbsi gözlənilsə də, dövlət soyuqqanlılığını qoruyub.

Əli Kərimli və onun şəbəkəsi 44 günlük Vətən müharibəsi zamanı bir az kamuflyaj olundu. Amma 10 noyabr 2020-ci il tarixindən başlayaraq özlərini çox pis apardı. Qazanılan möhtəşəm qələbəni gözdən salmaq üçün yarışa girmişdilər sanki. Şuşaya bayraq sancan Ali Baş Komandan haqda olmazın iftiralarını deyirdi, yazırdı. Bu azmış kimi, şəbəkə üzvlərini də Azərbaycanın Zəfərinə qarşı səfərbər etmişdi. Rusiya sülh məramlı qüvvələrinin Qarabağa gəlməsini Azərbaycan hakimiyyətinin Qarabağı Rusiyaya satması kimi təqdim edirdi.

“Niyə Xankəndi azad edilmədi?”, “Xocalı işğalda qalıbsa, bu qələbənin mənası yoxdur!”, “İlham Əliyev Laçını Ermənilərə bağışladı” və sair belə şantajlarla dövlətin üstünə yeriyirdi. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatından sonra yenə susmadı. İndi də Rusiya sülhməramlılarının hələ də Qarabağda qaldığını əsas gətirib, az qalsın qələbənin legitim olmadığını söyləyirdi. Rus ordusu da çıxdı Qarabağdan – həm də Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə. Sonra da başladı Zəngəzur “zənguləsi” vurmağa. Bir sözlə, son 5 ildə bu qədər möhtəşəm nəticələrə rəğmən Əli Kərimlini nə məmnun etmək mümkün oldu, nə də razı salmaq.

Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli Böyük Britaniya kraliçası İkinci Elizabetin doğum günü ziyafətində

O, siyasi mübarizəni şəxsi düşmənçiliyə çevirdi. Hakimiyyətə qarşı mübarizə apardığını desə də, Azərbaycanın ən strateji maraqlarına qarşı cəbhə açmışdı.
Dövlət istəsə Ə.Kərimlini belə həssas dövrdə neytrallaşdırardı. İctimai rəyə onu “Azərbaycanın qələbəsini gözü götürməyən xain” kimi təqdim edib, məhkəmə önünə çıxarardı. Fəqət, bu addıma gedilmədi. Əli Kərimli Azərbaycan xalqının öz qələbəsini qürurla yaşamasını, qeyd etməsini gözdən salmaqla məşğul oldu. Az qalırdı desin, “yalandır, Qarabağ işğaldan azad edilməyib”. Bu dərəcədə düşmənçilik edirdi ölkəsi və dövləti ilə.

Dekabrın 1-də Əli Kərimlinin barəsində məhkəmə hökm verdi – 2 ay 15 gün müddətə həbs edildi. Onunla birlikdə həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində də eyni hökm çıxarılıb. Milli Şura üzvü Gültəkin Hacıbəylinin də İstanbuldan Azərbaycana deportasiya edildiyi deyilir. Noyabrın 30-da Milli Şura sədri Cəmil Həsənli DTX-da sorğu-sual edilib.

Bütün bunlar “Mehdiyev işi” ilə bağlıdır. Ramiz Mehdiyevin barəsində oktyabrın 14-də həbs qərarı verildikdən sonra bunun böyük prosesə çevriləcəyi məlum idi. Prezident Administrasiyanın sabiq rəhbərinin Rusiyaya yazdığı məktub aşkarlandıqda onun 50 nəfərdən ibarət Dövlət Şurası yaratmaq istədiyi, Azərbaycanın konstitusion quruluşunu dəyişdirmək niyyətində olduğu bilindi. 50 nəfərlik heyətin tərkibində Əli Kərimlinin və Gültəkin Hacıbəylinin yer aldığı deyildi.

İndi əsas sual budur: Mehdiyevçi şəbəkənin digər üzvləri də həbs ediləcəkmi? Onların ifşası gözlənilirmi? Qalan 48 nəfər kimlərdir? Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən deputatlar, məmurlar da istintaqa cəlb ediləcəkmi? Bu adamları ictimaiyyət tanıyır.

Son günlər Mehdiyev haqda tərif deyən xeyli şəxsin videoları yayıldı. Əsas diqqət çəkənlər deputat Məlahət İbrahimqızı, vitse-spiker Ziyafət Abbasov, Milli Məclisin üzvü Əhliman Əmiraslanov, AMEA prezidenti İsa Həbibbəyli, prezidentin sabiq köməkçisi Əli Həsənov və sairdir. Bunların Ramiz Mehdiyevə yaxın olduqları çoxdan məlumdur. Bu adamların karyerasında Mehdiyein qələmənin, sözünün danılmaz xidməti var. Məsələn, Məlahət İbrahimqızı Ramiz Mehdiyevin ən yaxın qadın tərəfdarlarından olub. İndi az qalsın “Ramiz Mehdiyev kimdir, mən belə birini tanımıram” desin.

Bunlar bilinənlərdir. R.Mehdiyevlə iş, biznes, ideya ortağı olan və adları hələ də çəkilməyən xeyli şəxs var. Deyilənə görə, elə yüksək vəzifəli məmur var, onun biznesindən hələ də Ramiz Mehdiyevin ailəsinə faiz ödənir. Bunun nə qədər səhih məlumat olduğunu deyə bilmərik, çünki faktımız yoxdur. Yalan olduğunu da söyləmək mümkün deyil. Mehdiyevin ən yaxın adamları ilə əlaqəsini, münasibətini kəsməyən deputatların, məmurların olduğu haqda mediada, sosial şəbəkələrdə fikirlər dolaşır.

“Mehdiyev işi” milli təhlükəsizlik məsələsinə çevrilib. Ona görə də dövlətin özünüqoruma mexanizmləri işə düşüb. Bu mexanizmin kimsəyə acıyacağına inanmırıq. Yəqin Əli Kərimlidən, Məmməd İbrahimlidən, Gültəkin Hacıbəylidən sonra növbə hakimiyyətin daxilinə keçəcək. Bir qədər əvvəl Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Daxildə aparılan təmizləmə işləri genişləndirilə bilər. Bu, sosial sifariş halını alıb. Necə deyərlər, dövlət vaxtaşırı bağırsaqlarını təmizləməlidir ki, sağlam olsun. Tibdə bağırsaq insanın ikinci beyni adlandırılır…

Aydın Aslan
Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kommunizmə xidmət edən partiya YOXDUR
Bu gün, 18:00
Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi - AKTUAL
Bu gün, 17:59
Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ – “Azəristilik” problemi niyə HƏLL edə bilmir?
Bu gün, 17:51
AYNA bu yolu da bərbad hala saldı - “İndi bütün gün tıxacdı”
Bu gün, 17:45
Əli Kərimlinin partiyası ləğv oluna bilər - AÇIQLAMA
Bu gün, 17:43
Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər - ŞƏRH
Bu gün, 17:37
Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir - Siyavuş Novruzov
Bu gün, 17:34
Azər Əmiraslanov Ramiz Mehdiyevi "göylərə qaldırdı" - VİDEO
Bu gün, 17:31
Naxçıvanın Qaz İstismar Xidməti ləğv edilib - QƏRAR
Bu gün, 17:23
Kino Agentliyinin 518 minlik tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 17:21
Əli Kərimlini Ramiz Mehdiyev SATIB - İDDİA
Bu gün, 17:15
“Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!” – hüquqşünas BİLİNMƏYƏNLƏRİ AÇIQLADI
Bu gün, 17:13
Kərimlidən sonra növbə kimindir? – Həbslər hakimiyyət daxilinə keçə bilər
Bu gün, 17:11
9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub - Kəmalə Ağazadə açıqladı
Bu gün, 17:00
AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var... - MÜRACİƏT
Bu gün, 16:59
Bazarlardan yoxa çıxan KƏND YUMURTASI - "Digər ölkələrlə müqayisədə kəskin bahalaşma..."
Bu gün, 16:46
Çağırışçıların xərcini kim ödəyir? - RƏSMİ
Bu gün, 16:39
Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi - Qüdrət Həsənquliyev faktları açıqladı
Bu gün, 16:36
Mənzil bazarında böhran olacaq? – Ekspertdən şayiələrə reaksiya
Bu gün, 16:28
Ləmana Türkiyədən gələn həkim də baxdı, ümid Allaha qalıb
Bu gün, 16:26
Daha bir rayonda DOST mərkəzi tikiləcək - 10 MİLYON MANATLIQ TENDER
Bu gün, 16:22
FED-in növbəti sədri kim olacaq? – Tramp namizədini seçib
Bu gün, 16:20
Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı
Bu gün, 16:16
Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu – Kritik gəlişmə, gərgin məhkəmə
Bu gün, 16:12
Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 16:06
Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ - FOTO
Bu gün, 15:57
Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 15:55
“Mən Cəmil Həsənlini “butulka” ilə vuranda…” – Ramiz Mehdiyev partiya sədrini necə tənbeh etdirib?
Bu gün, 15:54
Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” – Kremlin daha bir hədəfi…
Bu gün, 15:51
Dövləti cinayət törədənlərə siyasət QADAĞASI
Bu gün, 15:50
Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan
Bu gün, 15:48
Xanlarova buna əsasən işdən çıxarılıb - Rəsmi
Bu gün, 15:45
Kiyevdən Moskvanın istəyinə rədd cavabı - Donbass Rusiyaya verilməyəcək
Bu gün, 15:43
DTX tərəfindən saxlanılan Məmməd İbrahimli barəsində HƏBS QƏRARI - 2 ay 15 gün müddətinə...
Bu gün, 15:33
Rusiyada erməni əsilli MMA döyüşçüsü və məşqçisi saxlanılıb
Bu gün, 15:27
Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır - İsraildəki görüşün pərdəarxası
Bu gün, 15:25
"Bu, siyasi partiya və lider adına böyük utancdır” - "Ramiz Mehdiyev işi" üzrə yeni adlar
Bu gün, 15:18
“SOCAR-da 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər” - Mirvari Qəhrəmanlı
Bu gün, 15:12
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir - DİQQƏT!
Bu gün, 15:05
Naxçıvanda səhiyyə nazirini O, ƏVƏZ EDƏCƏK... - SƏRƏNCAM
Bu gün, 15:00
Vəzifəli şəxsi videosu ilə şantaj edənlərin cəzaları azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 14:58
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edilib - QƏRAR
Bu gün, 14:47
Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib - HÖKM
Bu gün, 14:47
Əməkdar artist Mədəniyyət Nazirliyindəki şəbəkəni İFŞA ETDİ - İLGİNC İDDİALAR
Bu gün, 14:44
Əli Həsənov, Səttar Mehbalıyev də istintaqa cəlb edilsin - ÇAĞIRIŞ
Bu gün, 14:36
Sumqayıtda “Buratino Kids” mağazasından ŞOK QANUNSUZLUQ -"İstəyirsiniz, Vergilər Nazirliyinə şikayət edin"
Bu gün, 14:31
Ramiz Mehdiyevi lənətləyirəm - Əli İnsanov da DANIŞDI
Bu gün, 14:29
Taleh Kazımov onu direktor təyin etdi - ƏMR
Bu gün, 14:24
Götürdükləri kreditləri qaytara bilməyənlərin sayı artır? – Məbləğ 805,3 milyona çatıb
Bu gün, 14:17
II Qaregin katolikos taxtını tərk etməyi düşünmür - Eçmiədzin rəsmisi
Bu gün, 14:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru