“Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu xəttin bu gün uğurla davam etdirilməsi, ölkənin müstəqil dövlət kimi inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Əmiraslanov səsləndirib.
Deputat qeyd edib ki, həm Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursun ideoloji müstəvidə işlənməsi və inkişaf etdirilməsində akademik Ramiz Mehdiyevin mühüm rolu var:
“Harada çalışsaq da, hansı mövqedə olsaq da, Heydər Əliyev irsinə istinad edirik. Ramiz müəllim uzun illər ərzində Ulu Öndərin dövlətçilik təfəkkürünü, dövlət idarəçiliyi ilə bağlı baxışlarını yeni nəslə ötürüb. O, həmçinin müasir dövrdə dövlətçilik ideologiyasının elmi əsaslarla işlənməsinə töhfə verib”.
Azər Əmiraslanov vurğulayıb ki, son 15 ildə Ramiz Mehdiyev Prezident İlham Əliyevin dövlətin inkişafı və idarə edilməsi ilə bağlı baxışlarını, siyasi qərarlarını, tələblərini və gözləntilərini həm vətəndaşlara, həm də dövlət strukturlarına yüksək səviyyədə çatdırıb.
Deputat əlavə edib ki, Ramiz Mehdiyev yüzlərlə dövlət qulluqçusunun və gənc məmurun formalaşmasında müstəsna xidmətlər göstərib:
“İdarəçilik sahəsində Ramiz müəllimdən gənc məmurların öyrəndiyi çoxlu keyfiyyətlər var. Onun dövlətə xidmət fəlsəfəsi bu gün də nümunə olaraq qalır”.
Qeyd edək ki, videonu TV1 kanalı yayıb.








