Azərbaycan Kino Agentliyi “Baku Cinema Breeze 2025” film festivalı çərçivəsində tədbirlərin təşkili xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
"DİA-AZ" xəbər verir ki, satınalma üzrə qalib “Mozg Media Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 517 min 902 manat məbləğində müqavilə imzalanıb. Ehtimal olunan qiymət isə 832 min 20 manat idi.








