Dünya ölkələrində dövlətin hakimiyyəti zorla ələ keçirmə, konstitusiya quruluşunu zorla dəyişdirməyə ittihamı üzrə müxtəlif cəza növləri mövcuddur.
Yəni dövlət çevrilişinə cəhdə görə azadlıqdan məhrumetmə ilə yanaşı, bu cinayəti törətmiş şəxslərin siyasi fəaliyyətlə məşğul olmaq da qadağan edilir. Çünki belə şəxslər dövlətçilik və ölkədə siyasi sabitlik üçün ciddi təhlükə hesab edilirlər.
Təcrübə göstərir ki, hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək cəhdinə görə qadağan edilmiş partiyaların rəhbərləri sonradan başqa ad altında siyasi təşkilat yaradaraq öz əməllərini davam etdirirlər. Hətta həbs cəzası belə qanunsuz üsullarla siyasi mübarizəyə üstünlük verənləri öz məqsədindən çəkindirmir.
Onlar yenidən siyasətə qayıdaraq zorakı şəkildə hakimiyyəti ələ keçirməyə çalışırlar. Buna daha çox siyasi fəaliyyətlə məşğul olmaq qadağasının olmadığı hallarda rast gəlinir. Son günlər Əli Kərimlinin başçılıq etdiyi bir qrup radikal müxalifətçinin hakimiyyəti zorla ələ keçirmə, saxlama və konstitusiya quruluşunu zorla dəyişdirmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməsi sözügedən qadağanın Azərbaycanda da tətbiqi məsələsini gündəmə gətirir.
Belə ki, AXCP Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb və onunla bağlı məhkəmə tərəfindən 2 ay 15 günlük həbs qətimkan tədbiri seçib.
Onunla yanaşı, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə də eyni ittiham irəli sürülüb. Əli Kərimlinin və ətrafındakıların cəzasını çəkdikdən sonra yenidən eyni əməlləri törətməyəcəyinə hər hansı zəmanət yoxdur. Yəni AXCP-nin fəaliyyəti dayandırılsa da, Əli Kərimli başqa ad altında partiya yaradıb öz təhlükəli əməllərini davam etdirə bilər.
Ona görə də istər Əli Kərimlinin, istərsə başqalarının bu sayaq qanunsuz hərəkətlərə yol verməsinə birdəfəlik son qoymaq üçün onların siyasi fəaliyyətinin məhdudlaşdırılmasına ehtiyac var. Yəni qeyri-konstitusion yolla dövlət hakimiyyətini ələ keçirmək istəyənlərə siyasətlə məşğul olmaq qadağan edilməlidir.
Bu, bir çox ölkələrin hüquqi və siyasi təcrübəsində mövcud olduğundan, Azərbaycanda həyata keçirilməsi mümkün haldır.
“Cebheinfo.az”








