Rusiyanın Tula vilayətində erməni əsilli MMA döyüşçüsü və məşqçisi Tiqran Ohanesyan saxlanılıb.
APA-nın Rusiya bürosu yerli Teleqram kanallarına istinadən xəbər verir ki, onun cinayətkar qrupun lideri olduğu məlum olub.
36 yaşlı Ohanesyanın rəhbərliyi altında "saxta" təhlükəsizlik işçilərindən ibarət dəstə soyğunçuluq törədib və pul tələb edib.
İlkin məlumatlara görə, MMA döyüşçüsü beş tələbəsindən ibarət dəstə yaradıb və hamısı Cənubi Qafqaz ölkələrindən olub. Dəstə Şökino və Tula sakinlərini qorxuda saxlayıb. Onlar özlərini güc strukturlarının nümayəndələri kimi təqdim edərək qurbanlarından 500.000 ilə 800.000 rubl arasında pul tələb ediblər.
Dəstə üzvləri saxlanılıb və "soyğunçuluq", "şantaj" maddələri ilə cinayət işləri açılıb.








