Azərbaycanda kommunizmə xidmət edən .....                     Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi .....                     Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ .....                     AYNA bu yolu da bərbad hala saldı .....                     Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                     Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər .....                     Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir .....                     Azər Əmiraslanov Ramiz Mehdiyevi "göylərə qaldırdı" .....                     Naxçıvanın Qaz İstismar Xidməti ləğv edilib .....                     Kino Agentliyinin 518 minlik tenderinin qalibi .....                     Əli Kərimlini Ramiz Mehdiyev SATIB .....                     “Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!” .....                     Kərimlidən sonra növbə kimindir? .....                     9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub .....                     AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var... .....                     Bazarlardan yoxa çıxan KƏND YUMURTASI .....                     Çağırışçıların xərcini kim ödəyir? .....                     Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi .....                     Mənzil bazarında böhran olacaq? .....                     Ləmana Türkiyədən gələn həkim də baxdı, .....                     Daha bir rayonda DOST mərkəzi tikiləcək .....                     FED-in növbəti sədri kim olacaq? .....                     Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı .....                     Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu .....                     Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ .....                     Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu .....                     “Mən Cəmil Həsənlini “butulka” ilə vuranda…” .....                     Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” .....                     Dövləti cinayət törədənlərə .....                     Bakının tələbini qəbul etməyə məcbur olduq .....                     Xanlarova buna əsasən işdən çıxarılıb .....                     Kiyevdən Moskvanın istəyinə rədd cavabı .....                     DTX tərəfindən saxlanılan Məmməd İbrahimli barəsində HƏBS QƏRARI .....                     Rusiyada erməni əsilli MMA döyüşçüsü və məşqçisi saxlanılıb .....                     Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır .....                     "Bu, siyasi partiya və lider adına böyük utancdır” .....                     “SOCAR-da 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər” .....                     “Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir .....                     Naxçıvanda səhiyyə nazirini O, ƏVƏZ EDƏCƏK... .....                 

Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu – Kritik gəlişmə, gərgin məhkəmə
Tarix: Bu gün, 16:12 | Çap et

Sabah, dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın “Gilan” MMC-yə, holdinqin sahiblərindən olan Tale Kamaləddin oğlu Heydərova qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, Aygün Mahmudovanın iddiası Bakının mərkəzində, Neftçilər prospekti 60 ünvanında yerləşən, dəyəri milyonlarla ölçülən, 419 kvadrat metr torpaq sahəsi və içindəki 172,5 kvadrat metr əmlakı ilə bağlıdır. Aygün Mahmudova 17 ildir ki, saxta sənədlərə əsasən ələ keçirilmiş torpaq sahəsi və əmlakının geri qaytarılması üçün mübarizə aparır. İddiaçı, sabaha təyin olunan proseslə bağlı məhkəməyə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə vəsatət göndərib. Məqsəd “Gilan” MMC və onun aktivlərinin mümkün manipulyasiyalarla əldən çıxarılmasının qarşısını almaqdır.

Aygün Mahmudova və ailəsi 2007-ci ildə “Gilan” MMC rəhbərliyi ilə özlərinə məxsus əmlakın satılması barədə razılığa gəliblər. Əmlak üçün beh alınıb və müqavilənin rəsmi təsdiqi gözlənilib. Lakin bundan sonra hadisələr tam fərqli istiqamətdə cərəyan edib. “Gilan” MMC rəhbərliyi sövdələşməni uzadıb, əmlak sahibləri ilə görüşlərdən yayınmağa başlayıb. 2009-cu ildə məlum olub ki, torpaq sahəsi şirkət tərəfindən zəbt edilib, Aygün Mahmudovaya məxsus tikili sökülüb və ərazidə inşaat işləri aparılır. Aygün Mahmudovaya sonradan bəlli olub ki, 28 yanvar 2008-ci ildə “Gilan” MMC-nin direktoru Cəmil Muradov rüşvət hesabına saxta alqı-satqı müqaviləsi tərtib etdirib. Bu sənəddə onun adından saxta etibarnamə əsasında Aidə Bayramova adlı şəxs imza atıb. Hadisənin daha dramatik tərəfi isə budur ki, saxta etibarnaməni verən notarius şikayətlərdən bir müddət sonra özünü güllələyib. Ailə iddia edir ki, o, əslində öldürülüb və işin üstü qısa zamanda ört-basdır edilib. Şikayətlər davam etdikcə ailə üzvlərinə qarşı təhdidlər artıb, lakin hüquq-mühafizə orqanlarından heç bir nəticə əldə olunmayıb. Azərbaycanda bütün instansiya məhkəmələri “Gilan” MMC-nin xeyrinə qərarlar çıxardıqdan sonra Aygün Mahmudova ailəsi Avropa Məhkəməsinə şikayət edib.

AİHM 18 yanvar 2024-cü ildə qərar verib ki, Aygün Mahmudovanın bütün hüquqları saxta sənədlər və cinayət tərkibli hərəkətlər nəticəsində aşkar şəkildə pozulub. Bu qərardan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 09.10.2024-cü il tarixli qərarı ilə əvvəlki bütün məhkəmə qərarlarını ləğv edib, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Hazırda iş üzrə ən qalmaqallı epizodlardan biri “Gilan” MMC-nin 2025-ci ilin avqustunda məhkəməyə köhnə tarixli, nömrəsiz, qeydiyyatsız ödəniş tapşırığı təqdim etməsidir. Şirkət iddia edir ki, guya 25 yanvar 2008-ci ildə, 26 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən, Aygün Mahmudovanın əmlakı üçün Aidə Bayramova ilə birlikdə yaşayan Cabir Zayidova 1 milyon 300 min dollar verilib. Aygün Mahmudovanın vəkilləri isə bunu tam absurd və saxta sənəd adlandırır. Deyirlər ki, Aygün Mahmudovaya məxsus olan, dəyəri ödənmədən onun əlindən alınan halal əmlakı bu illər ərzində əldən-ələ keçirilib. Rəsmi dövlət qurumlarının məktublarına əsasən 2008 və 2022-ci illərdə əmlak “Gilan” MMC-nin adına keçirilib. 2023-cü ildə saxta aktla əmlak Tale Kəmaləddin oğlu Heydərov adına keçirilib! 2024-cü ilin mayında isə Tale Kəmaləddin oğlu Heydərov, əmlakı “Aypara” Development MMC-yə satıb. “Aypara” Development MMC-nin də təsisçilərindən biri isə yenə də həmin Tale Kəmaləddin oğlu Heydərovdur.

Vəkillər bildirirlər ki, bu gün Aygün Mahmudovaya məxsus olan, ondan dəyıəri ödənilmədən, saxta sənədlərlə alınan torpaq sahəsində “Crescent Residences” tikilib. Aygün Mahmudova bildirir ki, torpağı ilə bağlı addan-ada keçirilmələr ədalətli məhkəmə qərarının icrasından yayınmaq və əmlakı əlçatmaz vəziyyətə gətirməyə xidmət edir. Aygün Mahmudova Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımova vəsatət təqdim etməklə Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinə əsaslanaraq aşağıdakı müvəqqəti təminat tədbirlərini tələb edir:

“Gilan” MMC-nin bütün əmlakına həbs qoyulsun.

Şirkətə aktivlərini azaltmaq üçün pul və maliyyə əməliyyatları aparmaq qadağan edilsin. “Aypara” Development MMC-nin adına keçirilmiş torpaq sahəsinə həbs qoyulsun. “Crescent Residences” üzrə hər hansı alqı-satqı qadağan edilsin. Eyni torpaq sahəsi üzrə bütün əqdlərin bağlanması dayandırılsın.

Aygün Mahmudovanın vəkilləri bildirir ki, əgər bu tədbirlər görülməsə, əmlak yenidən müxtəlif formalarda gizlədilə bilər. Bu da AİHM qərarının icrasını mümkünsüz edəcək. İş artıq illərdir ki, Azərbaycan ictimaiyyətinin diqqətindədir. AİHM-in ağır ittihamlarla dolu qərarından sonra Bakı Apellyasiya Məhkəməsinin verəcəyi qərar xüsusi əhəmiyyət daşıyır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kommunizmə xidmət edən partiya YOXDUR
Bu gün, 18:00
Bakı-Moskva münasibətlərinin soyumasının səbəbi Rusiya idi - AKTUAL
Bu gün, 17:59
Bakıda binalara verilən istilik Hövsanda bir gün ÇƏKDİ – “Azəristilik” problemi niyə HƏLL edə bilmir?
Bu gün, 17:51
AYNA bu yolu da bərbad hala saldı - “İndi bütün gün tıxacdı”
Bu gün, 17:45
Əli Kərimlinin partiyası ləğv oluna bilər - AÇIQLAMA
Bu gün, 17:43
Paşinyan hakimiyyətdən getsə, yeni müharibə başlaya bilər - ŞƏRH
Bu gün, 17:37
Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar dövlətin təhlükəsizliyi məsələsidir - Siyavuş Novruzov
Bu gün, 17:34
Azər Əmiraslanov Ramiz Mehdiyevi "göylərə qaldırdı" - VİDEO
Bu gün, 17:31
Naxçıvanın Qaz İstismar Xidməti ləğv edilib - QƏRAR
Bu gün, 17:23
Kino Agentliyinin 518 minlik tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 17:21
Əli Kərimlini Ramiz Mehdiyev SATIB - İDDİA
Bu gün, 17:15
“Gültəkin Hacıbəylinin Türkiyədən deport edilməsi QANUN POZUNTUSU DEYİL!” – hüquqşünas BİLİNMƏYƏNLƏRİ AÇIQLADI
Bu gün, 17:13
Kərimlidən sonra növbə kimindir? – Həbslər hakimiyyət daxilinə keçə bilər
Bu gün, 17:11
9-cu sinif şagirdinin intiharının təfərrüatları məlum olub - Kəmalə Ağazadə açıqladı
Bu gün, 17:00
AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var... - MÜRACİƏT
Bu gün, 16:59
Bazarlardan yoxa çıxan KƏND YUMURTASI - "Digər ölkələrlə müqayisədə kəskin bahalaşma..."
Bu gün, 16:46
Çağırışçıların xərcini kim ödəyir? - RƏSMİ
Bu gün, 16:39
Əli Kərimli bunun mümkün olmadığını anlayıb mənimlə Naxçıvana getdi - Qüdrət Həsənquliyev faktları açıqladı
Bu gün, 16:36
Mənzil bazarında böhran olacaq? – Ekspertdən şayiələrə reaksiya
Bu gün, 16:28
Ləmana Türkiyədən gələn həkim də baxdı, ümid Allaha qalıb
Bu gün, 16:26
Daha bir rayonda DOST mərkəzi tikiləcək - 10 MİLYON MANATLIQ TENDER
Bu gün, 16:22
FED-in növbəti sədri kim olacaq? – Tramp namizədini seçib
Bu gün, 16:20
Apellyasiya Məhkəməsi Tarix Əliyev barəsində qərar çıxardı
Bu gün, 16:16
Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu – Kritik gəlişmə, gərgin məhkəmə
Bu gün, 16:12
Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bu gün, 16:06
Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ - FOTO
Bu gün, 15:57
Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 15:55
“Mən Cəmil Həsənlini “butulka” ilə vuranda…” – Ramiz Mehdiyev partiya sədrini necə tənbeh etdirib?
Bu gün, 15:54
Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” – Kremlin daha bir hədəfi…
Bu gün, 15:51
Dövləti cinayət törədənlərə siyasət QADAĞASI
Bu gün, 15:50
Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan
Bu gün, 15:48
Xanlarova buna əsasən işdən çıxarılıb - Rəsmi
Bu gün, 15:45
Kiyevdən Moskvanın istəyinə rədd cavabı - Donbass Rusiyaya verilməyəcək
Bu gün, 15:43
DTX tərəfindən saxlanılan Məmməd İbrahimli barəsində HƏBS QƏRARI - 2 ay 15 gün müddətinə...
Bu gün, 15:33
Rusiyada erməni əsilli MMA döyüşçüsü və məşqçisi saxlanılıb
Bu gün, 15:27
Köhnə oyunçular geri çəkilir, Bakı irəli çıxır - İsraildəki görüşün pərdəarxası
Bu gün, 15:25
"Bu, siyasi partiya və lider adına böyük utancdır” - "Ramiz Mehdiyev işi" üzrə yeni adlar
Bu gün, 15:18
“SOCAR-da 50-60 yaşına çatmış işçilərə psixoloji təsir edirlər” - Mirvari Qəhrəmanlı
Bu gün, 15:12
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir - DİQQƏT!
Bu gün, 15:05
Naxçıvanda səhiyyə nazirini O, ƏVƏZ EDƏCƏK... - SƏRƏNCAM
Bu gün, 15:00
Vəzifəli şəxsi videosu ilə şantaj edənlərin cəzaları azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 14:58
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edilib - QƏRAR
Bu gün, 14:47
Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib - HÖKM
Bu gün, 14:47
Əməkdar artist Mədəniyyət Nazirliyindəki şəbəkəni İFŞA ETDİ - İLGİNC İDDİALAR
Bu gün, 14:44
Əli Həsənov, Səttar Mehbalıyev də istintaqa cəlb edilsin - ÇAĞIRIŞ
Bu gün, 14:36
Sumqayıtda “Buratino Kids” mağazasından ŞOK QANUNSUZLUQ -"İstəyirsiniz, Vergilər Nazirliyinə şikayət edin"
Bu gün, 14:31
Ramiz Mehdiyevi lənətləyirəm - Əli İnsanov da DANIŞDI
Bu gün, 14:29
Taleh Kazımov onu direktor təyin etdi - ƏMR
Bu gün, 14:24
Götürdükləri kreditləri qaytara bilməyənlərin sayı artır? – Məbləğ 805,3 milyona çatıb
Bu gün, 14:17
II Qaregin katolikos taxtını tərk etməyi düşünmür - Eçmiədzin rəsmisi
Bu gün, 14:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru