Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, həmçinin TRIPP layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunu olduqca cəlbedici logistik mərkəzə çevirəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata açıqlamasında deyib.
O, Gürcüstanın dövlət başçısı ilə görüşdə regional məsələlərin, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh bəyannaməsinin reallaşdırılmasının müzakirə olunduğunu bildirib.










