Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı .....                     Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb .....                     "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm" .....                     Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır .....                     Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu .....                     Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir .....                     Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir .....                     Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad .....                     “Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” .....                     Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub .....                     Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir .....                     TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək .....                     "19 min ödədim, maşınımı xəbərsiz satdılar" .....                     “Təhsildəki real problemləri gizlətmək düzgün deyil” .....                     AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb .....                     Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! .....                     ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur .....                     Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib .....                     Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB .....                     Azərbaycanda saxta əlillik verənlər .....                     “Bu adam ağlını itirib...” .....                     “Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” .....                     “Mənə qarşı sui-qəsd hazırlanır” .....                     Ermənilərin gecikmiş seçimi .....                     Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub .....                     İstehlakçıları aldatdığı ortaya çıxan "Baku Electronics" və "Kontakt Home" .....                     7 azərbaycanlı Vaşinqtona niyə göndərilib? .....                     "Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..." .....                     Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş... .....                     26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar .....                     “Revanşistlər”in təşəbbüsü, yoxsa Fondun çaşdırması? .....                     "Səba” ASC-nin yığıncağının vaxtı dəyişdirildi .....                     Ermənistana 1,5 milyard dollar .....                     Azərbaycanlı öz xahişi ilə həbs olundu .....                     Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb .....                     Azərbaycan Zəngəzur dəhlizinin ekstorial olmasını və... .....                     Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5-ə yaxın nazir, bəzi deputatlar...” .....                     9 ayda Azərbaycana 362 min baş mal-qara və qoyun gətirilib .....                     Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət .....                 

Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Tarix: Bu gün, 16:27 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan 20–21 noyabr tarixlərində Astanaya rəsmi səfər edəcək. Danışıqlar zamanı tərəflər iqtisadi əməkdaşlıq məsələlərini və qarşılıqlı fəaliyyətin strateji istiqamətlərini müzakirə edəcəklər. Bu səfər İrəvan üçün resurs tədarükünü möhkəmləndirmək və region üzrə yeni nəqliyyat marşrutlarını müzakirə etmək baxımından mühüm fürsət sayılır.

Bu gün Ermənistan faktiki olaraq tamamilə idxaldan asılı vəziyyətdədir. Tədarüklərin əsas hissəsi ölkənin ən böyük ticarət tərəfdaşı olan Rusiyadan gəlir. 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4,5 milyard dollar təşkil edib ki, bu da həmin dövrdə Ermənistanın ümumi xarici ticarət dövriyyəsinin (cəmi təxminən 13 milyard dollar) üçdə birinə yaxın idi. Bu məbləğin yarıdan çoxu – 2,7 milyard dollardan artıq hissəsi əsas məhsulların, sənaye avadanlıqlarının və texnikanın idxalının payına düşür. Müqayisə üçün, eyni dövrdə Aİ ilə ticarət təxminən 1,3 milyard dollar, Çinlə isə 900 milyon dollardan az olub.

Ermənistan üçün xüsusilə maşın və avadanlıqlar, nəqliyyat vasitələri, ərzaq məhsulları və kimya sənayesi məhsullarının tədarükü həyati əhəmiyyət daşıyır. Bütün bunlar ölkə iqtisadiyyatının işləməsi və insanların gündəlik həyatı üçün vacibdir və bu kimi məhsulların böyük qismi hələ də Rusiyadan gətirilir. Bu asılılıq səbəbindən ölkə xarici təlatümlərə qarşı həssas olur, gecikmələr və əlavə xərclər riski artır, bazardakı dəyişikliklərə çevik reaksiya vermək imkanları isə məhdud qalır.

Belə şəraitdə Qazaxıstandan birbaşa tədarüklər Ermənistan üçün strateji seçimə çevrilir. Bu marşrut çatdırılma müddətini qısaldacaq, xərcləri azaldacaq və üçüncü ölkələr üzərindən tranzitlə bağlı riskləri minimuma endirəcək. Qazaxıstandan gələn taxıl, sənaye məhsulları və enerji resursları etibarlı alternativ kimi çıxış edərək ölkəyə sabitlik və iqtisadi təhlükəsizlik təmin edə bilər.

Artıq bu gün, Azərbaycan sayəsində, İrəvan Qazaxıstan buğdasını qəbul edir. Bakı tranzitin təşkili işində əsas halqa rolunu oynayaraq yüklərin öz nəqliyyat şəbəkəsi vasitəsilə keçməsinə imkan yaradıb. Prezident İlham Əliyev 21 oktyabr tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuat üçün bəyanatında qeyd edib ki, Azərbaycan işğal dövründən qalan bütün məhdudiyyətləri Ermənistan istiqamətinə tranzit üzrə aradan qaldırıb.

“Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”-, deyə dövlət başçısı bildirib.

Rusiya, Azərbaycan və Gürcüstan üzərindən keçən Qazaxıstan buğdası ilə dolu ilk qatar artıq İrəvana çatıb. Milli taxıl operatoru “Prodkorporasiya” bildirib ki, ümumi həcmi təxminən 1 000 ton olan 15 vaqonluq qatar, artıq yeni marşrutu uğurla sınaqdan keçirib. Gələcəkdə Azərbaycan müntəzəm tədarüklər üçün etibarlı nəqliyyat dəhlizinə çevriləcək: aylıq taxıl həcmləri 15–20 min tona çata bilər.

Bununla belə, daşımalar heç də asan deyil: yük bir neçə ölkədən keçdiyi üçün nəqliyyatın maya dəyəri artır və gecikmə riski yaranır. Hazırda yük Qazaxıstandan Azərbaycan vasitəsilə, sonra dəmir yolu ilə Gürcüstana, daha sonra isə Ermənistan sərhədində əlavə gömrük nəzarətindən keçərək çatdırılır. Bu, taxıl kimi strateji məhsullar üçün xərcləri artıran amilə çevrilir.

Ermənistan üçün daha sürətli və birbaşa marşrutun olması vacibdir və burada TRIPP (The Trump Route for International Peace and Prosperity) layihəsi köməyə gəlir. Bu nəqliyyat dəhlizi Orta Dəhlizin bir hissəsinə çevrilərək Çini və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək, daşımaların həcmini iki dəfə artıracaq, əlavə olaraq Türkiyəyə və Aralıq dənizinə çıxışı təmin edəcək.

Regionda Bakının nəqliyyat və iqtisadi əlaqələr üçün nə qədər mühüm rol oynadığı çoxdan qəbul edilib. Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması da bunun çoxsaylı təsdiqlərindən biridir. Bu gün Bakı əsas logistika qovşağı kimi çıxış edir: limanlar, dəmir yolları, hava limanları və Xəzər dənizindəki donanma Şərqdən Qərbə və əks istiqamətdə böyük həcmdə yüklərin daşınmasına şərait yaradır.

TRIPP layihəsinin gerçəkləşməsi yalnız İrəvanla Bakı arasında sülh sazişinin mövcudluğu halında mümkün ola bilər – yalnız bu halda Ermənistan beynəlxalq infrastrukturdan istifadə imkanı və iqtisadi faydalar əldə edəcək. Bu istiqamətdə artıq Ermənistan tərəfdən müsbət siqnallar gəlir: Paşinyan 2026-cı ilin ortalarınadək layihənin hüquqi bazasının razılaşdırılmasının başa çatdırılmasının, ilin sonunadək isə dəmir yolunun, daha sonra isə marşrut boyunca elektrik ötürücü xətləri və qaz kəmərlərinin tikintisinə başlanmasının planlaşdırıldığını bildirib.

Beləcə, Paşinyanın Astanaya səfəri bir neçə strateji məqsəd daşıyır: Qazaxıstanla iqtisadi əməkdaşlığın gücləndirilməsi, ərzaq və sənaye məhsullarının tədarükünün genişləndirilməsi, infrastruktur layihələrinin gerçəkləşdirilməsinə dəstək, eləcə də qonşu ölkələrlə münasibətlərin praktik olaraq yaxşılaşdırılmasına hazırlığın nümayiş etdirilməsi.

Lakin əsas nəticə açıq-aydındır: Azərbaycan olmadan bu planların heç birinin uğur qazanması mümkün deyil. Regionda istənilən böyük tranzit layihəsi, o cümlədən TRIPP, Bakının iştirakı olmadan həyata keçirilə bilməz, çünki strateji marşrutlar və infrastruktur məhz Azərbaycanın nəzarətindədir. Azərbaycan artıq bütün imkanları yaradıb, lakin qarşılıq olaraq sülh sazişinin imzalanmasını və təhlükəsizlik zəmanətlərini tələb edir.

Belə güman etmək olar ki, İrəvan konstruktiv davranmağa hazır olduğunu göstərir, beynəlxalq ictimaiyyətə müsbət siqnallar göndərir və praktiki əməkdaşlığı müzakirə etməyə açıqdır. Paşinyan Qazaxıstan və digər tərəfdaşlarla danışıqlar apara, yeni marşrutlar və investisiyaları müzakirə edə bilər, lakin Bakı olmadan bütün bu təşəbbüslər kağız üzərində qalacaq. Azərbaycanın iştirakı olmadan nə marşrut gerçəkləşəcək, nə tədarüklər optimallaşdırılacaq, nə də hansısa infrastruktur layihəsi real icra mərhələsinə keçəcək.

Başqa sözlə, Paşinyanın Astana səfərinin uğuru birbaşa İrəvan–Bakı xəttində əldə olunacaq irəliləyişdən asılıdır: Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistan üçün, Qazaxıstana səfər nə qədər strateji əhəmiyyət daşayır daşısın, növbəti addımlar ancaq bəyanat səviyyəsində qalacaq.

Maryana Əhmədova - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Bu gün, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Bu gün, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Bu gün, 16:48
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Bu gün, 16:42
Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Bu gün, 16:34
Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Bu gün, 16:30
Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:28
Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Bu gün, 16:27
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad - NARAZILIQ VAR...
Bu gün, 16:21
“Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” - ŞƏRH
Bu gün, 16:17
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Bu gün, 16:07
Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR
Bu gün, 16:03
TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək - Ermənistan Prezidenti
Bu gün, 15:56
"19 min ödədim, maşınımı xəbərsiz satdılar" - GİLEY
Bu gün, 15:40
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” - ETİRAZ
Bu gün, 15:38
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb - DİQQƏT
Bu gün, 15:34
Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! – Fazil Mustafadan ÇAĞIRIŞ
Bu gün, 15:32
ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 15:25
Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib - ƏMR
Bu gün, 15:23
Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB - BUNDAN SONRA...
Bu gün, 15:20
Azərbaycanda saxta əlillik verənlər HAKİM QARŞISINDA
Bu gün, 15:18
“Bu adam ağlını itirib...” – Rəsul Quliyevdən ŞOK sözlər
Bu gün, 15:17
“Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” – Təranə 10 minlərlə pulu necə yığdı?
Bu gün, 15:15
“Mənə qarşı sui-qəsd hazırlanır” - KİV
Bu gün, 15:11
Ermənilərin gecikmiş seçimi – Paşinyan da “yandırılsa”...
Bu gün, 15:10
Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 15:07
İstehlakçıları aldatdığı ortaya çıxan "Baku Electronics" və "Kontakt Home" - "Hamısı məsuliyyətə cəlb edilməlidir"
Bu gün, 14:25
7 azərbaycanlı Vaşinqtona niyə göndərilib? – Ermənilərə icazə verildi, plan açıqlandı
Bu gün, 14:21
"Şirkətin rəhbəri nə zənglərimizə cavab verir, nə də..." - NARAZILIQ VAR...
Bu gün, 14:17
Azərbaycanda müəllim hərbi hissəni partlatmaq istəyirmiş... - Özü isə deyir ki...
Bu gün, 14:07
26 milyonluq borca düşən hospitalın vəzifəli şəxsləri həkimin pulunu oğurlayıblar - TƏFƏRRÜAT
Bu gün, 14:03
“Revanşistlər”in təşəbbüsü, yoxsa Fondun çaşdırması? – Ermənistanda saxta sorğular
Bu gün, 13:59
"Səba” ASC-nin yığıncağının vaxtı dəyişdirildi - DETALLAR
Bu gün, 13:54
Ermənistana 1,5 milyard dollar SƏRMAYƏ QOYACAQ
Bu gün, 13:43
Azərbaycanlı öz xahişi ilə həbs olundu - Görünməmiş OLAY
Bu gün, 13:02
Avropa İttifaqı Rusiyaya qarşı plan hazırlayıb - “Politico”
Bu gün, 13:01
Azərbaycan Zəngəzur dəhlizinin ekstorial olmasını və... oradan öz yüklərinin yoxlanılmamasını TƏLƏB EDİR
Bu gün, 12:56
Gələn il Azərbaycanda maraqlı hadisələr olacaq: “5-ə yaxın nazir, bəzi deputatlar...” - Məşhur astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:55
9 ayda Azərbaycana 362 min baş mal-qara və qoyun gətirilib – Ölkələr və qiymətlər
Bu gün, 12:50
Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət - “Diqqətsizliyin, qayğısızlığın nümunəsidir”
Bu gün, 12:39
“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA
Bu gün, 12:37
Ramiz Mehdiyevlə bağlı hələ də rəsmi açıqlama verilməməsinin səbəbi nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:35
Binəqəqdidə daha bir YAŞIL TERROR: Başçı bu işdə maraqlıdırsa... - ŞOK FOTOLAR: Yüzlərlə ağac məhv edilib...
Bu gün, 12:21
Bu xanım hakimə yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:09
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq - MƏQALƏ
Bu gün, 12:07
Musayevin bıçaqlanması - federasiya prezidenti həbsdən buraxıldı
Bu gün, 12:03
Xocavənddə daha 140 ev və binalar təmir olunacaq - 4 ŞİRKƏTƏ 12 MİLYON MANATLIQ SİFARİŞ
Bu gün, 11:57
Afət Fərmanqızından sürpriz siyahı - İlk “beşlik”də Vəfa da var
Bu gün, 11:51
İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür - BELƏ HARA GEDİRİK?..
Bu gün, 11:43
Tiktok-da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırtdı - Azərbaycanda QEYRİ-ADİ OLAY
Bu gün, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru