Əsas Səhifə > Güney Press > TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək
TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcəkBu gün, 15:56 |
|
Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, həmçinin TRIPP layihəsinin reallaşdırılması Cənubi Qafqaz regionunu olduqca cəlbedici logistik mərkəzə çevirəcək. APA-nın yerli bürosu xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan gürcü həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata açıqlamasında deyib. O, Gürcüstanın dövlət başçısı ilə görüşdə regional məsələlərin, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında paraflanmış sülh bəyannaməsinin reallaşdırılmasının müzakirə olunduğunu bildirib. Geri qayıt |