Yeri gəlmişkən, II Dünya müharibəsindən sonra dünya ağalığı imkanını ələ keçirən ABŞ Qərbi Avropanın iqtisadiyyatını özü istədiyi kimi bərpa edib “Pax Americana” sistemi yaratmaq üçün Marşall planı hazırlamışdı.
Bu plan üçün o dövrün məzənnəsi ilə təxminən 13 milyard dollar ayırdı. Həmin məbləğ, 2023-cü ilin məzənnəsi ilə 173 milyard dollara bərabər idi. 16 Avropa ölkəsini əhatə edən bu plana Türkiyə də daxil idi. Qardaş ölkəyə, necə deyərlər, “revizorun hesabından” cəmi 137 milyon dollar düşmüşdü.
Avropa dövlətləri Marşall planı sayəsində indiki Rusiyanın adını eşidəndə tumanına zərər vuran hala gəlib düşdü. Çünki ABŞ himayəsindəki sülhə inandırılmış və nə zamansa müharibə olacağını düşünmədən rifah halında yaşamağa öyrəşmişdi. İndi isə ABŞ-ın “Pax Americana” siyasətindən imtina etdiyini görəndə qorxusundan gizlənməyə siçan deşiyi deşiyi axtarır.
Bu da əbədi sülh təklifi ilə dünyanı özündən asılı vəziyyətə salan bir imperializmin həzin sonu.
Heydər Oğuz - "DİA-AZ"