İrəvanın yeni cığallığı: .....                     Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? .....                     "Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" .....                     Yağış yağacağı ehtimalı var .....                     Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL: Qadının dodağına süni gel vurub? .....                     “Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..." .....                     "Mən ola-ola həyat yoldaşıma qız tapmışdı" .....                     Prezident İlham Əliyevin Düşənbə İSMARICLARI .....                     Bəs, USAİD-dan qrant alan dövlət orqanları? .....                     Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq .....                     Bu, Suriyaya müharibə elanıdır .....                     Putin Azərbaycanla bağlı məşhur fikrini təkrarladı .....                     "Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir! .....                     Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb... .....                     Bakının hər yerini tırtıllar basıb .....                     Qızılın 1 qramı 274 manat olacaq .....                     Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI .....                     Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə aradan qaldırır .....                     “Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” .....                     İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq? .....                     Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı .....                     Zəngəzurda müharibə başlatmaq üçün hərəkətə keçdilər .....                     Ermənistanda türk adı qarğışa bərabərdir .....                     Zakir Qaralov yenidən BİZNESƏ QAYIDIR? .....                     Yevlaxda İtaliya texnologiyalı dəri istehsalçısı şirkət təsis edilib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində korrupsiya sxemi .....                     AÇIQ YEYİNTİ: Naxçıvanda 250 hektarı 1 milyon yarıma SUVARIRLAR... .....                     Daha bir xarici şirkət Azərbaycandakı filialını bağlayır .....                     "Pax Americana"nın həzin sonu .....                     Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi .....                     Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur .....                     Ermənistan Türkiyədən investisiyalar gözləyir .....                     Rusiyadan ilginc Zəngəzur açıqlaması .....                     Tərtərdə məktəbdə 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır .....                     Azarkeşlər də Rövşən Nəcəfə `GET` DEYİR... .....                     KONTAKT HOME: Yenə də öz amluasında... .....                     Boş qalan deputat yerinə seçki keçiriləcəkmi? .....                     Gömrük rüsumları hesabına ABŞ dünyanın ən zəngin ölkəsinə çevrilib .....                     Əli Qurbanov AZNEFT-in rəhbərliyindən uzaqlaşdırıldı .....                     Azşagirdli siniflərin bağlanması iqtisadi yox, sosial problemdir .....                 

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi - MƏQALƏ
Tarix: Bu gün, 09:38 | Çap et

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Biz bunun isbatını Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında gördük.
Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.
İclasda dövlət başçımızın qardaş Tacikistan xalqına və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsipinə əsaslanır.
Bu səmimi münasibət təkcə siyasi çərçivədə deyil, həm də Azərbaycan xarici siyasətinin əsas fəlsəfəsini - qarşılıqlı etimad, hörmət və bərabərlik prinsiplərini əks etdirir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib.
Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”
Bu yanaşma MDB-nin mahiyyətinə uyğun olaraq, təşkilat daxilində dövlətlərarası münasibətlərin bərabərhüquqlu və səmərəli inkişafı üçün mühüm nümunədir. Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir.
Ölkə rəhbəri İlham Əliyev çıxışında bildirdi ki, bu ilin iyununda Laçında MDB-nin “Mədəniyyət paytaxtı ili”nin açılış mərasimi keçirilib, iştirakçılar şəhərin qısa müddətdə necə dirçəlməsinin şahidi olublar. "Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib".
Bu sözlər Azərbaycanın Zəfərdən sonra dirçəliş modelinin mahiyyətini çox aydın ifadə edir. Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər azad olunmuş bölgələrdə həyata keçirilən nəhəng bərpa layihələri təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də mədəni diplomatiya yönündən böyük önəm daşıyır.
MDB-nin Laçını mədəniyyət paytaxtı elan etməsi Azərbaycanın beynəlxalq imicinə, onun mədəni irsinin təbliğinə və multikultural dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında MDB məkanında dostluğu və əməkdaşlığı möhkəmləndirən mühüm hadisələrdən biri kimi III MDB Oyunlarını xüsusi qeyd etdi. Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində və Azərbaycanın digər altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən bu möhtəşəm idman tədbiri həm ölkəmizin təşkilati bacarığını, həm də MDB dövlətləri arasındakı birliyi nümayiş etdirdi.
13 ölkədən, o cümlədən MDB-yə üzv və qonaq dövlətlərdən 1600-dən çox idmançının iştirakı bu oyunları həm miqyas, həm də məzmun baxımından beynəlxalq səviyyəli tədbirə çevirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Gəncə kimi qədim və zəngin mədəni irsə malik şəhərin belə tədbirə ev sahibliyi etməsi həm Azərbaycanın idman diplomatiyasının, həm də mədəni potensialının nümayişidir. III MDB Oyunları təkcə idman yarışları deyil, xalqları bir araya gətirən, sülh, dostluq və həmrəyliyin bayramına çevrilən hadisə oldu. Düşənbə çıxışı Prezident İlham Əliyevin beynəlxalq siyasətə yanaşmasının mahiyyətini – praktik realizm və humanitar diplomatiyanın vəhdətini aydın şəkildə ortaya qoydu. Prezident bir daha göstərdi ki, Azərbaycanın xarici siyasət doktrinası təkcə siyasi maraqlarla deyil, həm də mədəni, humanitar və mənəvi dəyərlərlə uzlaşır.
Azərbaycan MDB daxilində etibarlı tərəfdaş, sabitlik dayağı və əməkdaşlıq mədəniyyətinin təşviqçisidir. Bu mövqenin formalaşmasında ölkəmizin balanslaşdırılmış siyasəti, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə sadiqliyi mühüm rol oynayır.
MDB məkanında Azərbaycanın fəal rolu həm də Prezident İlham Əliyevin şəxsiyyətindən və liderlik vizyonundan qaynaqlanır. Onun təşəbbüsləri sayəsində ölkəmiz təkcə regional deyil, həm də beynəlxalq müstəvidə əməkdaşlıq, sabitlik və inkişafın etibarlı dayağına çevrilib.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın yeni cığallığı: - 42 kilometri də biz tikəcəyiksə...
Bu gün, 12:26
Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:23
"Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" - deputat
Bu gün, 12:16
Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:14
Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL: Qadının dodağına süni gel vurub? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:59
“Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..."
Bu gün, 11:53
"Mən ola-ola həyat yoldaşıma qız tapmışdı"
Bu gün, 11:48
Prezident İlham Əliyevin Düşənbə İSMARICLARI - MƏQALƏ
Bu gün, 11:45
Bəs, USAİD-dan qrant alan dövlət orqanları? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq
Bu gün, 11:38
Bu, Suriyaya müharibə elanıdır - Şaraa
Bu gün, 11:35
Putin Azərbaycanla bağlı məşhur fikrini təkrarladı – Bakıya qəribə mesaj
Bu gün, 11:31
"Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!
Bu gün, 11:25
Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb... - NARAZILIQ VAR...
Bu gün, 11:08
Bakının hər yerini tırtıllar basıb - SOS
Bu gün, 11:01
Qızılın 1 qramı 274 manat olacaq – Proqnoz
Bu gün, 10:58
Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI - İLK DƏFƏ
Bu gün, 10:56
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə aradan qaldırır - BƏYANAT
Bu gün, 10:52
“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” - GİLEY
Bu gün, 10:49
İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq? – Misir Mərdanov deyir ki...
Bu gün, 10:28
Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:24
Zəngəzurda müharibə başlatmaq üçün hərəkətə keçdilər – Akobyan
Bu gün, 10:14
Ermənistanda türk adı qarğışa bərabərdir - Məşəlyan
Bu gün, 10:11
Zakir Qaralov yenidən BİZNESƏ QAYIDIR? - İDDİA
Bu gün, 10:08
Yevlaxda İtaliya texnologiyalı dəri istehsalçısı şirkət təsis edilib
Bu gün, 10:00
QHT-lərə Dövlət Dəstəyi Agentliyində korrupsiya sxemi - QHT sədrindən növbəti ŞOK FAKTLAR
Bu gün, 09:59
AÇIQ YEYİNTİ: Naxçıvanda 250 hektarı 1 milyon yarıma SUVARIRLAR... - BİR ARAŞDIRAN OLSA...
Bu gün, 09:47
Daha bir xarici şirkət Azərbaycandakı filialını bağlayır
Bu gün, 09:45
"Pax Americana"nın həzin sonu - AKTUAL
Bu gün, 09:41
Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi - MƏQALƏ
Bu gün, 09:38
Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:36
Ermənistan Türkiyədən investisiyalar gözləyir - RƏY
Bu gün, 09:28
Rusiyadan ilginc Zəngəzur açıqlaması - o görüşdən sonra...
Bu gün, 09:25
Tərtərdə məktəbdə 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azarkeşlər də Rövşən Nəcəfə `GET` DEYİR... - ETİRAZ
Bu gün, 09:15
KONTAKT HOME: Yenə də öz amluasında... - AXI NİYƏ?
Bu gün, 09:08
Boş qalan deputat yerinə seçki keçiriləcəkmi? - QANUN DEYİR Kİ...
Bu gün, 08:52
Gömrük rüsumları hesabına ABŞ dünyanın ən zəngin ölkəsinə çevrilib - Tramp
Bu gün, 08:50
Əli Qurbanov AZNEFT-in rəhbərliyindən uzaqlaşdırıldı - BUNDAN SONRA...
Bu gün, 08:47
Azşagirdli siniflərin bağlanması iqtisadi yox, sosial problemdir - Görünəni odur ki...
Bu gün, 07:46
'Azəriqaz'ın daha bir işçisi ETİRAZA QALXDI - MÜRACİƏT
Bu gün, 07:44
ABŞ-nin aparıcı media orqanları Pentaqonu senzurada ittiham etdi - “The Guardian”
Bu gün, 07:21
Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaq – Bu tarixdə
Bu gün, 06:29
Nə ABŞ-nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var - ŞƏRH
Bu gün, 06:26
Şagirdi dərslərlə yükləmək bütün fənlərdən uzaqlaşdırır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:03
Əliyevlə Paşinyanın təmasları sıxlaşır - ONA GÖRƏ DƏ...
Bu gün, 02:58
Ərdoğan təyyarəsini az qala geri qaytaracaqdı... - GƏLİŞMƏ
Bu gün, 02:54
"Biz tələbələr insan deyilik?" - ETİRAZ VAR!
Bu gün, 02:48
Sosial şəbəkələrdə "ağzına gələni yazanlar"la dolu rəy bölməsi... – Azad fikir, yoxsa aqressiya meydanı?
Bu gün, 02:39
Pirallahıda dövlət bayrağımıza SAYĞISIZLIQ - VİDEOFAKT
Bu gün, 02:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru