Nicat Əliyev "Olympus Park" şirkətindən aldığı evlə bağlı ciddi narazılıq edib.
32gun.az-ın məlumatına görə, O bildirib ki, ödənişləri tam və vaxtında etdikləri halda, nə qaz təchizatı var, nə normal işıq (sayğac yoxdur), nə həyətyanı sahə, nə də parkinq mövcuddur.
Müştəri qeyd edib ki, müxtəlif layihələr – 28 May, Zabitlər, Botanika Bağı – üzrə ev alanlar da eyni problemlərlə üzləşiblər. Nicat Əliyev əlavə edib ki, şirkət rəhbərləri 100 minlik avtomobillərlə hərəkət edərkən, vətəndaşlara “pulunuz yoxdur” deyirlər.
“Biz müraciət etmədiyimiz dövlət qurumu qalmayıb, amma heç kim kömək etmir. Qətiyyən və qətiyyən həmin şirkətdən heç bir ev almayın! Biz o səhvi etmişik, siz etməyin,” – deyə Nicat Əliyev bildirib.
32gun.az-ın əldə etdiyi məlumatlara görə, "Olympus Park" MMC-nin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Sərxan Səmədzadədir. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, akademik Murtuza Nağıyev küçəsi, ev 4, m 19-dur..