Pirallahı rayonunda, "Gənclər parkı"nda, uzunluğu təxminən 70 metr olan bayraq dirəyi boş qalıb. Bayraq yığışdırılaraq, aparılıb.

Məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar zaman-zaman bayraq cırıldığı üçün Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən belə bir qərar verilib.
Sakinlərin "Sitat.info"ya dediklərinə görə, yalnız bayramdan-bayrama bayraq görürlər. Normal hava şəraitində belə bayraq asılmır. Ərazidə olduğumu zaman məlumatlar əldə etdik.
Bildirildi ki, bayraq cırılıb, hazırda icra hakimiyyətində saxlanılır.
Məsələ ilə bağlı Pirallahı RİH-lə əlaqə saxladıq. Təəccüblüsü odur ki, onlar da bu məsələdən xəbərsizdir.
Bildirək ki, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı İmanov Vasif Həsən oğludur. O, bu vəzifəyə 7 mart 2013-cü ildə təyin edilib.
"DİA-AZ" videonu təqdim edir: