2023-cü ilin sentyabrından Ermənistanda məskunlaşan Qarabağ ermənilərinin demoqrafik vəziyyəti ilə bağlı yeni məlumatlar verilib.
Musavat.com erməni mətbuatına istinadlaxəbər verir ki, Ermənistanda sığınacaq tapan 15 mindən çox şəxs sonradan ölkəni tərk edib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin "CivilNet" nəşrinə təqdim etdiyi rəsmi statistikaya əsasən, 1 oktyabr 2025-ci il tarixinə qədər Qarabağdan köçən 44 566 nəfər Ermənistandan çıxıb, 28 785 nəfər isə geri qayıdıb. Beləliklə, hazırda Ermənistandan gedib geri dönməyənlərin sayı 15 781 nəfər təşkil edir.
Ermənistan Daxili İşlər Nazirliyinin 18 sentyabr tarixli məlumatına görə, Qarabağdan köçən 17 612 nəfər Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib, onlardan 12 064 nəfərə vətəndaşlıq verilib.