“Görürsən sənətkardır, sənəti var, sənətindən sual ver. Sənəti olmayandan nə istəyirsən, soruş…”
Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
O, bəzi aparıcıları qınayıb:
“Bəzi aparıcılara baxıram, verilişə gələn qonağı tanımır. Yazıçını çağırıb, amma onun bir əsərini belə oxumayıb. Nəinki oxumayıb, heç adını bilmir. Biz o vaxt bir qonaq dəvət edəndə, həmin adamın yaradıcılığını öyrənirdik, hansı suallara verəcəyimizi yüz ölçüb, bir biçirdik. İndi belə deyil. Kitab oxuyan yoxdur. Aparıcı sənətkarı çağırır verilişə, sənəti qalıb qıraqda, şəxsi suallar verir. O qədər sənəti olmayan var ki, həmin sualları onlara verin. Sənətkar qoyun oxusun, onun sənətindən danışsın. Elə, belə etdikləri üçün də sənət adamlarını efirlərdən küsdürürlər. Bütün aparıcılara məsləhət görürəm, verilişinizə dəvət etdiyiniz qonağı tanıyın, bilin kimdir, hansı əsərləri, hansı musiqiləri var”.