Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb .....                     Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək .....                     Putindən ermənilərə mesaj .....                     Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq .....                     “Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Dövlət qurumu 40 milyon manata nələr alıb? .....                     İrəvanın yeni cığallığı: .....                     Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? .....                     "Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" .....                     Yağış yağacağı ehtimalı var .....                     Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL: Qadının dodağına süni gel vurub? .....                     “Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..." .....                     "Mən ola-ola həyat yoldaşıma qız tapmışdı" .....                     Prezident İlham Əliyevin Düşənbə İSMARICLARI .....                     Bəs, USAİD-dan qrant alan dövlət orqanları? .....                     Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq .....                     Bu, Suriyaya müharibə elanıdır .....                     Putin Azərbaycanla bağlı məşhur fikrini təkrarladı .....                     "Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir! .....                     Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb... .....                     Bakının hər yerini tırtıllar basıb .....                     Qızılın 1 qramı 274 manat olacaq .....                     Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI .....                     Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə aradan qaldırır .....                     “Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” .....                     İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq? .....                     Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı .....                     Zəngəzurda müharibə başlatmaq üçün hərəkətə keçdilər .....                     Ermənistanda türk adı qarğışa bərabərdir .....                     Zakir Qaralov yenidən BİZNESƏ QAYIDIR? .....                     Yevlaxda İtaliya texnologiyalı dəri istehsalçısı şirkət təsis edilib .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyində korrupsiya sxemi .....                     AÇIQ YEYİNTİ: Naxçıvanda 250 hektarı 1 milyon yarıma SUVARIRLAR... .....                     Daha bir xarici şirkət Azərbaycandakı filialını bağlayır .....                     "Pax Americana"nın həzin sonu .....                     Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi .....                     Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur .....                     Ermənistan Türkiyədən investisiyalar gözləyir .....                     Rusiyadan ilginc Zəngəzur açıqlaması .....                     Tərtərdə məktəbdə 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində korrupsiya sxemi - QHT sədrindən növbəti ŞOK FAKTLAR
Tarix: Bu gün, 09:59 | Çap et

…filankəsi tapşırıblar, ona 20 min manat verdilər, filankəs övladına toy edəcək ona 30 min manat verdilər…

Elə QHT-lər qalib olur ki, onun sədri deputatın həyat yoldaşı, məmurun bacısı və başqa şəxslər olur. Elə QHT-lər var ki, bir ailədən 3 üzv qrant alıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Bu dəfə də “Yenixeber.org”-un qonağı “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızıdır.

-Mətanət xanım, təcrübə göstərir ki, dövlət qurumları da, insan kimidir: özlərində olmayan dəyərlərdən çox danışırlar. QHT-lərə Dövlət Dəstəyi Agentliyini də bu sıraya qatmaq olar. Təkcə siz deyil, xeyli sayda QHT rəhbərləri bizimlə fikirlərini bölüşür və bu cameədə ciddi maxinasiyaların olduğunu bildirirlər. Sadəcə qrant asılılığı olduğu üçün açıq mövqe sərgiləyə bilmirlər.

Siz necə düşünürsünüz, QHT Agentliyinin şəffaflığa əməl etməməsinin səbəbi nədir, bunun arxasında nə gizlənir?

-Mən çalışacam ki, QHT Şurası dönəmi ilə müqayisə edərək bu məsələlərə toxunum. QHT Şurasının ləğvi və onun bazasında QHT Agentliyinin yaranması dövründən elə də çox zaman keçmir, təqribən 4 ildir. Əksinə yeni qurum yarandıqda, köhnənin buraxdığı səhvləri təkrar etməməlidir. İndi nəinki səhvləri təkrar etmək, tamamilə əksinə olaraq hər şey biabırçı vəziyyətə gətirilib.

Səmimi deyim ki, QHT Şurası dönəmində olan şəffaflığın heç 5 faizi indiki QHT Agentliyində yoxdur. Mən çalışıb nümunələr üzərindən danışacam ki, sizlərə də aydın olsun. Məsələn: QHT Şurası o zaman yüzlərlə QHT sədrini bir neçə dəfə yığıb qrant müsabiqəsinin mövzusu ilə bağlı fikirləri öyrənir, QHT-lərin aşkar etdiyi problemləri dinləyirdi. Elan verilərkən QHT-lərin üzə çıxardıqları problemləri nəzərə alır və ona uyğun müsabiqə elan edirdilər. Çünki, bu QHT-lərə dövlətin dəstəyini ifadə edirdi. İndi isə tamamilə əksinə, elan verilir və məlum olur ki, bu QHT-lərin əksəriyyətinin məşğul olmadığı mövzulardır. Məsələn: ötən il COP29-la əlaqədar mövzu qoyulmuşdu. Orada çox vəsait var idi deyə, bu problemlər məşğul olan və olmayan nə qədər təşkilat oraya müraciət etdi. Eləcə də builki elanda, Bakıda keçiriləcək Şəhərsalma Forumu ilə bağlı mövzu qoyulub. İndi sual verin özünüzə, Azərbaycanda nə qədər bu məsələlərlə işləyən təşkilat var. Qrant nəticələrinə də bir neçə aydan sonra diqqət edin, görün kimlər qalib gələcək. Bu mövzuda çox danışa bilərəm, qrant nəticələrini ciddi təhlil etsəniz, qalib gələn təşkilatın profili və aldığı qrantın mövzusuna baxsanız dəhşətə gələrsiniz.

2025-ci ilin qrant nəticələrinə baxın, orada istehlakçı hüquqları ilə bağlı bir QHT rayonlardan birində şəhidimizin təbliği ilə bağlı layihə qalibi olub. Şəhidlər bizim baş tacımızdır, amma bu işlə məşğul olan və nizamnaməsində bu fəaliyyət növü olan yüzlərlə QHT var. İstehlakçı hüququ hara, şəhidimizin təbliği hara. Adam hər şeyi danışa bilmir, dərhal media vasitəsilə üzərinə hücum çəkib, şər-böhtan yağdırmağa başlayırlar.

QHT Şurası o zaman qrant nəticələrini elan edəndə qalib olan və olmayan bütün QHT-lərin adlarını, hətta QHT sədrlərinin adlarını açıqlayırdılar. İndi nə bəladırsa, nəinki qalib olmayan, heç qalib QHT sədrinin adını açıqlamırlar. Sonra şəffaflıq deyirlər. Təbii ki, səbəbini bilirəm. Orada elə QHT-lər qalib olur ki, onun sədri deputatın həyat yoldaşı, məmurun bacısı və başqa şəxslər olur. Elə QHT-lər var ki, bir ailədən 3 üzv qrant alıb. Bunu nəcə açıqlasınlar? Sonra bunlar mediada işıqlanacaq axı.

Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, QHT Agentliyi həm yuxarıları, həm də ictimaiyyəti yalançı statistikalarla aldatmağa çalışır. Mən sadə bir misal göstərəcəm.

Agentliyin mətbuat katibi 2024-cü ilin qrant müsabiqələri zamanı açıqlama verir ki, Agentliyin elan etdiyi son qrant müsabiqələrində iştirak üçün rekord sayda – 800-ə yaxın QHT-dən müraciət daxil olub. Yalandan əlavə edir ki, bu son 15 ildə milli donora bir elan çərçivəsində bu sayda müraciət ilk dəfədir.

2025-ci ildə də utanmadan açıqlayırlar ki, 2025-ci ildə rekord sayda – 915 təşkilat müraciət edib.

Bu məsələni həmkarlarımız da qaldırmışdı ki, Agentlik yalan deyir və ictimaiyyəti aldadır. İndi mən də həmin faktları da sizlərə məhz QHT Şurasının özünün 10 illik hesabat jurnalından təqdim edirəm. Təkcə 2010-cu ildə QHT Şuranın 1 müsabiqəsinə müraciət edən QHT-lərin sayı 845, 2016-cı ildə isə rekord sayda – 1188 QHT olub.

-Təcrübəli jurnalist kimi bunu necə dəyərləndirirsiniz? Belə yalançı statistikalarla kimi aldadırlar, nəyə nail olmaq istəyirlər?

-İki məqamı da qeyd edim ki, yalanlar barədə bir az geniş təsəvvürünüz yaransın. Dediklərimlə, QHT sədri həmkarlarım da razılaşacaq. Bu barədə çox fikir mübadiləmiz olub.

Agentlik qrant elanı edəndə bildirir ki, böyük qrant 50 min, orta 30 min, kiçik qrant isə 15 min manatdır. Zəhmət olmasa özünüz də baxarsınız, görün müraciət edənlərin neçəsinə istədiyi məbləği veriblər. Təkcə, 2025-ci ilin böyük qrantlarını mən analiz etmişəm və baxıram ki, 2 təşkilata 40 min, 1 təşkilata 36 min, 3 təşkilata isə 35 min manat veriblər. Hanı bəs 50 min?

Orta və kiçik qrantlarda da vəziyyət eynidir. Burada keyfiyyət deyil, kəmiyyətə üstünlük verilir. Necə ki, əvvəldə qeyd etdiyim kimi, mətbuat katibi bildirir ki, rekord sayda müraciət edilib. Bəs sual verirəm, rekord sayda maliyyələşdirə bilirsinizmi? Bəs rekord sayda QHT-lərin aqibəti necə olur? Onlar 1 il oturub sizləri gözləyir? Təbii ki, xeyir. Çünki ortada ad və siyahı yoxdur. Demək ki, statistika ilə insanları aldadırlar. Bunu nə zaman istəsələr sübut edə bilərəm.

Bu mövzularda imkan olduqca danışacağam.

-Şəffaflıqdan danışırıqsa, 2025-ci ilin qrant müsabiqəsinin qaliblərinin siyahısını götürdük və bir təhlil apardıq. Aparıcı medialarda bu layihələrin cəmi 5-10-u barədə informasiyaya rast gəlmək olur. Onlar da bəllidir, yəqin xarici ölkədə keçirildiyi üçün özləri çalışır ki, bütün medialara ötürsünlər. Bəs qalanlarının taleyi?

Nəticələrin təhlili ilə bağlı da ilin sonunda bir müzakirə apara bilərik. Siz korrupsiya sxemini tam aydın görə biləcəksiniz.

Mövzudan yayınmadan daha bir şəffaflıq müqayisəsi aparacam. QHT Agentliyi son 1-2 ildir qrant nəticələrindən sonra elan edir ki, narazı qalanlar apellyasiya komissiyasına şikayət edə bilər. Hanı o komissiya, kimdir sədri, haradadır mediada onların iclas fotoları. Bəs nəticələri mediada varmı? Təbii ki, xeyir, formal bir prosedurdu. Narazi adamların başını aldatmaq üçün.

Amma indi də mediada axtarsanız, QHT Şurasının apellyasiya komissiyasının bütün iclaslarının mediada xəbərləri ilə rastlaşa bilərsiniz. Hətta layihəsi dəstəklənənlərdə olurdu. Bax, bu cür şəffaflıq nümunələri qeyd etmək mənim borcumdur.

Əgər yaxşı iş varsa, onu qeyd etmək lazımdır. Ümumiyyətlə, QHT Şurasının fəaliyyətindəki aşkarlıq nəinki ölkəmizdə, hətta başqa ölkələrdəki xarici donorlar üçün də nümunə ola bilərdi. Amma ...

Daha bir nümunə də göstərəcəm. Bu müsabiqədənkənar qrantlarla bağlıdır. QHT Şurası zamanı müsabiqədəkənar layihələrin adları rahatlıqla elan olunurdu. Hamı bilirdi ki, bu layihə nəyə görə növbədənkənar verilib. İndi biz dildən-dilə eşidirik ki, filankəsi tapşırıblar, ona 20 min manat verdilər, filankəs övladına toy edəcək ona 30 min manat verdilər. Baxın budur bunların iş prinsipi.

Bir məsələni də qeyd edim. QHT Agentliyinin qrant müsabiqələri ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qayda var. Orada böyük və orta qrantlarla bağlı tələblər var. Açıq aydın qeyd olunur ki, böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması, orta qrant müsabiqəsinə layihə təqdim edən QHT-lər isə son 3 ildə eyni məlumatların təqdim etməlidir. Buradan hansısa QHT-nin adını çəkməyim düzgün çıxmaz. Amma, 2024-cü və 2025-ci il qrant müsabiqələrində elə təşkilatlara böyük və orta qrant verilib ki, burada nəinki şəffaflıq pozulub, həm də qanun pozuntusu var.

-Mətanət xanım, sonda bir sual da vermək istəyirəm. Bu günlərdə qarşıma çıxdı ki, QHT Agentliyi ilk dəfə olaraq dövlət-özəl və QHT arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafını təşviq etmək üçün BP şirkəti ilə ekoloji mövzuda qrant müsabiqəsi elan edib. Doğurdanmı bu ilk dəfədir? Bir az şübhəli görünür…

-Tamamilə şübhələnməkdə haqlısınız. Belə “ilklər” barədə hələ sizinlə çox məsələləri bölüşəcəm. Amma sualınızla bağlı konkret deyim ki, ilk olması yalandır. Xatırlayıram ilk dəfə belə bir müsabiqəni QHT Şurası etmişdi. “Qaradağ Sement” QSC ilə birgə çox maraqlı bir müsabiqə elan edildi və korporativ sosial məsuliyyət sahəsində həqiqətən çox səmərəli layihələr icra olundu. İndi bunların əlində güclü media resursları var və yalanları rahatlıqla sırıya bilirlər. İnanan inanır, inanmayan da özünü inanmış kimi göstərib qrantını alır. İndi belə bir dövrdü, mövqesizlik göstər və pulunu qazan.

Belə görünür ki, bu təşkilat de-fakto batır…

-Mən Yenixeber.org-a minnətdarlığımı bildirirəm ki, nəhayət QHT Agentliyinin batan bataqlıqdan çıxmasında maraqlısız. Gələn müsahibəmiz sizə maraqlı olsa QHT Agentliyində QHT-lərin hesabatlılıq mövzusuna və qurumun necə “baş sayan” agentlik olmasına toxunacayıq. Məncə bu bütün QHT-lərin ürəyincə olacaq.

(Ardı var)

YENİXEBER.ORG











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və İrəvan arasında tamamilə yeni durum yaranıb - Ermənistan xarici işlər naziri
Bu gün, 12:52
Rusiya hücum etsə, bu vilayəti məhv ediləcək
Bu gün, 12:51
Putindən ermənilərə mesaj - Paşinyanın “sirri” ifşa edildi
Bu gün, 12:44
Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq - ATƏT sədri
Bu gün, 12:40
“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:35
Dövlət qurumu 40 milyon manata nələr alıb? - SİYAHI
Bu gün, 12:34
İrəvanın yeni cığallığı: - 42 kilometri də biz tikəcəyiksə...
Bu gün, 12:26
Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:23
"Biz konkret olaraq deyə bilmərik ki, hər hansı nazirliyə ehtiyac yoxdur" - deputat
Bu gün, 12:16
Yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:14
Kosmetoloq Nazlı Babayeva və pasiyenti arasında QALMAQAL: Qadının dodağına süni gel vurub? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:59
“Röyanı ora Mədəniyyət Nazirliyi göndərməyib..."
Bu gün, 11:53
"Mən ola-ola həyat yoldaşıma qız tapmışdı"
Bu gün, 11:48
Prezident İlham Əliyevin Düşənbə İSMARICLARI - MƏQALƏ
Bu gün, 11:45
Bəs, USAİD-dan qrant alan dövlət orqanları? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Keçmiş icra başçısı Ağstafada dəfn olunacaq
Bu gün, 11:38
Bu, Suriyaya müharibə elanıdır - Şaraa
Bu gün, 11:35
Putin Azərbaycanla bağlı məşhur fikrini təkrarladı – Bakıya qəribə mesaj
Bu gün, 11:31
"Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!
Bu gün, 11:25
Naxçıvanda monopolistlərin DUZ DAVASI: Camaat duza möhtac qalıb... - NARAZILIQ VAR...
Bu gün, 11:08
Bakının hər yerini tırtıllar basıb - SOS
Bu gün, 11:01
Qızılın 1 qramı 274 manat olacaq – Proqnoz
Bu gün, 10:58
Abramyan 44 günlük müharibə və Paşinyanla bağlı SİRLƏRİ AÇDI - İLK DƏFƏ
Bu gün, 10:56
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə aradan qaldırır - BƏYANAT
Bu gün, 10:52
“Övladlarımız sentyabrın 15-dən dərsə gedə bilmir” - GİLEY
Bu gün, 10:49
İnstitutlar Təhsil Nazirliyinə verildi, bəs AMEA-nın taleyi necə olacaq? – Misir Mərdanov deyir ki...
Bu gün, 10:28
Məhkəmə tanışına “120 minə ekskavator alacam” deyən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:24
Zəngəzurda müharibə başlatmaq üçün hərəkətə keçdilər – Akobyan
Bu gün, 10:14
Ermənistanda türk adı qarğışa bərabərdir - Məşəlyan
Bu gün, 10:11
Zakir Qaralov yenidən BİZNESƏ QAYIDIR? - İDDİA
Bu gün, 10:08
Yevlaxda İtaliya texnologiyalı dəri istehsalçısı şirkət təsis edilib
Bu gün, 10:00
QHT-lərə Dövlət Dəstəyi Agentliyində korrupsiya sxemi - QHT sədrindən növbəti ŞOK FAKTLAR
Bu gün, 09:59
AÇIQ YEYİNTİ: Naxçıvanda 250 hektarı 1 milyon yarıma SUVARIRLAR... - BİR ARAŞDIRAN OLSA...
Bu gün, 09:47
Daha bir xarici şirkət Azərbaycandakı filialını bağlayır
Bu gün, 09:45
"Pax Americana"nın həzin sonu - AKTUAL
Bu gün, 09:41
Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi - MƏQALƏ
Bu gün, 09:38
Düşənbə görüşü ölkəmizin növbəti diplomatik uğurudur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:36
Ermənistan Türkiyədən investisiyalar gözləyir - RƏY
Bu gün, 09:28
Rusiyadan ilginc Zəngəzur açıqlaması - o görüşdən sonra...
Bu gün, 09:25
Tərtərdə məktəbdə 11-ci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azarkeşlər də Rövşən Nəcəfə `GET` DEYİR... - ETİRAZ
Bu gün, 09:15
KONTAKT HOME: Yenə də öz amluasında... - AXI NİYƏ?
Bu gün, 09:08
Boş qalan deputat yerinə seçki keçiriləcəkmi? - QANUN DEYİR Kİ...
Bu gün, 08:52
Gömrük rüsumları hesabına ABŞ dünyanın ən zəngin ölkəsinə çevrilib - Tramp
Bu gün, 08:50
Əli Qurbanov AZNEFT-in rəhbərliyindən uzaqlaşdırıldı - BUNDAN SONRA...
Bu gün, 08:47
Azşagirdli siniflərin bağlanması iqtisadi yox, sosial problemdir - Görünəni odur ki...
Bu gün, 07:46
'Azəriqaz'ın daha bir işçisi ETİRAZA QALXDI - MÜRACİƏT
Bu gün, 07:44
ABŞ-nin aparıcı media orqanları Pentaqonu senzurada ittiham etdi - “The Guardian”
Bu gün, 07:21
Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaq – Bu tarixdə
Bu gün, 06:29
Nə ABŞ-nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var - ŞƏRH
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru