“Bu il 65 yaşım tamam olur. İki ay sonra mənə də təqaüdçü deyə bilərsiniz”.
Bu sözləri Globalinfo.az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, doğum gününü Bakıda qeyd etməyəcəyini bildirib:
“Adətən, həmin tarixi təmtəraqlı keçirmirəm. Bu il də qeyd etməyəcəyəm. 65 yaşımı övladlarımın yanında, xarici ölkədə keçirəcəyəm”.
Qeyd edək ki, Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olub.