Binəqəqdidə daha bir YAŞIL TERROR: Başçı bu işdə maraqlıdırsa... .....                     Bu xanım hakimə yeni vəzifə verildi .....                     Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq .....                     Musayevin bıçaqlanması .....                     Xocavənddə daha 140 ev və binalar təmir olunacaq .....                     Afət Fərmanqızından sürpriz siyahı .....                     İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür .....                     Tiktok-da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırtdı .....                     Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi .....                     Böyükşor bataqlığa çevrilir .....                     Azərbaycan Vəhdət Partiyasının funksioneri ürək köçürmə dələduzluğunda ittiham olunur .....                     "Bu dəfə əclafın biri olacağam" .....                     Suraxanıdakı poliklinikada yeniyetmə ölümdən döndü .....                     Yeni dünya nizamı: "Transxəzər altılığı" Avrasiya gücünün yeni qütbüdür .....                     “ “Azərbaycanfilm” kinostudiyası ölüb, .....                     Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi .....                     “Alim Qasımov muğamları, qızı da mahnılarımızı zay etdi, bu ixtiyarı sizə kim verib?” .....                     DSX-nin əsgəri özünü güllələdi .....                     Sabiq hərbi hissə komandirinə hökm oxunub .....                     İqtisadçıdan nazirə şok sözlər .....                     Ramiz Mehdiyevlə yanaşı, onlar da YAP-ın Veteranlar Şurasından çıxarıla bilər .....                     FHN-nin bu qurumu müvafiq lizenziyası olmayan MMC ilə müqavilə bağlayıb .....                     Ramiz Mehdiyevin xüsusi əməliyyatı .....                     Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı .....                     Sarayda 26,4 milyon manata binalar tikəcək şirkət .....                     Naxçıvanda uşaq xəstəxanasında DƏRMAN BÖHRANI: Körpələrimiz təhlükədə... .....                     Sabiq icra başçısının ölkədən çıxışına “stop” qoyulub .....                     Bakıda doğulan qadın vitse-qubernator oldu .....                     Xalq artisti Roza Cəlilova vəfat edib .....                     5 ildir MAAŞ ARTIMI gözləyən SOCAR işçilərinə XƏYALPLOV... .....                     "Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər" .....                     Kreml Ermənistanda “taxıl müharibəsi”nə başladı .....                     Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub .....                     Cəlilabadın `hərbi komissarının` OLİQARX HƏYATI... .....                     ABŞ Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmağa çalışır .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı .....                     Agentlik Sevinc İsgəndərovadan yenə ofis icarəyə götürdü .....                     Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi? .....                     Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi .....                 

Kürdəmirdə fermerə təzyiqlər səngimir - VİDEOŞİKAYƏT
Tarix: 18-04-2016, 11:07 | Çap et
Kürdəmirdə fermerə təzyiqlər səngimir
Ötən sayımızda Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, Qarabağ müharibəsi veteranı, sahibkar Nicat Muradovun sahibkarlıq fəaliyyətinə törədilən əngəllərin və bu əngəllərin arxasında yerli məmurların dayandığını barədə yazı dərc etmişdik. N.Muradov sahibkarların fəaliyyətinə məmurlar tərəfindən edilən qanunsuz müdaxilələrə son qoyulması barəsində ölkə rəhbərinin tapşırığından sonra da Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevin və sahə inspektoru Mahmud Mahmudovun qanunsuz əməllərindən əl çəkmədiklərini, ondan rüşvət tələb etdiklərini demişdir.

Qeyd edək ki, Nicat Muradov şikayətinin yerində araşdırılması üçün əməkdaşımızı rayona dəvət etmişdir. Bu məqsədlə aprelin 10-da Kürdəmir rayonuna yollandıq. Rayonun Qarasaqqal kəndində Nicat Muradovla görüşüb birlikdə onun yaratdığı fermer təsərrüfatına getdik…
Suallarımızı cavablandıran N.Muradovun prezident İ.Əliyevə, Baş prokuror Z.Qaralova və daxili işlər naziri R.Usubova ünvanlı video-müsahibəsindən məlum olur ki, Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsi 2000-ci ildən onun icarəsindədir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin 22 oktyabr 2010-cu il tarixli, 130 saylı sərəncamı ilə sözügedən otlaq sahəsi onun istifadəsinə və icarəsinə verilib. Həmin sərəncama uyğun olaraq 1 noyabr 2010-cu il tarixdə icra hakimiyyəti ilə N.Muradovun arasında 64 saylı torpaq icarə müqaviləsi bağlanıb. O, həmin torpaq sahəsindən son 15 il ərzində daimi olaraq istifadə edib. Bu müddət ərzində icarə müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirib, hər il torpaq sahəsinin vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəyib.
N.Muradovun sözlərinə görə, 25 mart 2015-ci il tarixdən Kürdəmir rayonunun Qarasaqqal kənd sakinləri Salahov Ziyad Oruc oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Azad İsmayıl oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu, Əliyev Əhsən Ədalət oğlu, Salahov Mərifət Fəxri oğlu, Salahov Şəmil Tofiq oğlu və Salahov Sücaət Tofiq oğlu heç bir əsas olmadan onun icarəsində olan torpaq sahəsinin bir hissəsini zəbt ediblər.
Onlar öz mal-qaralarını N.Muradovun qoyunçuluq təsərrüfatını inkişaf etdirmək və təbii yem artırmaq məqsədilə icarəyə götürdüyü 80 hektar qış otlaq sahəsinə (biçənək üçün qoruyub saxladığı təxminən 30 hektara yaxın sahəyə) salaraq otarmaqla oranı yararsız hala salıblar. N.Muradovun dəfələrlə onlardan icarəsində olan torpaq sahəsindən çıxmalarını tələb etməsinə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməsinə baxmayaraq, həmin adamlar əməllərinə son qoymayıb, sözügedən torpaq sahəsindən istifadə edərək sahibkara külli miqdarda maddi ziyan vurublar. Eyni zamanda, keçirmiş olduğu psixoloji gərginlik və depressiyaya düşməsi nəticəsində isə ona mənəvi ziyan vurulub.
Belə olan halda, Nicat Muradov Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğluna qarşı əmlak hüququnun təmin edilməsi, torpaq sahəsindən çıxarılma, çəkilmiş taxta hasarın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
7 aprel 2015-ci il tarixli iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edən N.Muradov məhkəmədən xahiş edib ki, cavabdehlərin ona məxsus Kürdəmir rayonunun ərazisində yerləşən 65 saylı “Maqsudbağı” adlanan qış otlaq sahəsinin 80 hektar hissəsindən çıxarılmaları, həmin torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın cavabdehlərin hesabına sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənişməsi tələbinə dair qərar qəbul edilsin.
9 iyun 2015-ci il tarixdə sözügedən iddia üzrə mülki işə baxan Kürdəmir rayon Məhkəməsinin hakimi Rafiq Bağırov iddianı qismən təmin edib. Hakim qət edib ki, “cavabdehlər Salahov Azad İsmayıl oğlu, Salahov Lütvi Lətif oğlu, Salahov Hörmət Bahadur oğlu, Salahov Barat Əjdər oğlu, Salahov Ülvi Əjdər oğlu, Salahov Ziyad Oruc oğlu, Muradov Qubad Rəhim oğlu, Əliyev Cahid Əlisafa oğlu və Əliyev Əhsən Ədalət oğlu Kürdəmir rayonunun Qarasaqqal kəndinin ərazisində yerləşən, iddiaçı Muradov Nicat Rəhim oğlunun icarəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılsınlar.
Həmin torpaq sahəsində cavabdehlər Muradov Qubad Rəhim oğlu və Salahov Ziyad Oruc oğlu tərəfindən çəkilmiş taxta hasar onların hesabına sökülsün”.

В«Qış otlaq sahəmi otaranlar icra nümayəndəsi Cahid Abdullayevin qohumlarıdırВ»

N.Muradov dedi ki, məhkəmə qətanməsinə əsasən, icarəsində olan torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş taxta hasarın sökülməsinə baxmayaraq, həmin adamlar bu gün də onun sahibkarlıq fəaliyyətinə mane olur, öz mal-qaralarını qış otlaq sahəsində otarırlar: В«Dəfələrlə onlardan icarəmdə olan torpaq sahəsindən çıxmalarını tələb etsəm də, həmin adamlar qanunsuz əməllərini davam etdirərək, mənə maddi ziyan vurmağa çalışırlar. Üzləşdiyim problemlə bağlı rayon rəhbərliyinə, rayon polis şöbəsinə, prokurorluğa məlumat verərək, sahibkarlıq fəaliyyətimə yaradılan süni maneələrin aradan qaldırılmasını xahiş etsəm də, məsələ hələ də öz həllini tapmayıb. Əksinə, Kürdəmir rayon İcra Hakimiyyətinin Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahid Abdullayevlə sahə inspektoru Mahmud Mahmudov mənim sahibkarlıq fəaliyyətimə əngəllər törədən adamları müdafiə edirlər. Sahə inspektoru Mahmud Mahmudov deyir ki, sən mənim canıma qurban olarsan onlar mal-qaralarını sahəndən çıxartsa. Onu da qeyd edim ki, qış otlaq sahəmi otaranlar icra nümayəndəsi Cahid Abdullayevin qohumlarıdır. Ona görə də mənə deyirlər ki, mal-qara oradan çıxmayacaq. Qarabağ müharibəsi iştirakçısıyam, özümün və mənimlə birlikdə çalışan insanların yeganə gəliri bu kiçik fermer təsərrüfatındandır ki, onunla da məşğul olmağa imkan vermirlər. İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov məqsədli şəkildə təsərrüfatımı çökdürmək istəyirlər. Dəfələrlə rayon polis şöbəsində olmuşam, polis rəisi Oqtay Məmmədovun qəbuluna düşmək istəmişəm, lakin sahə inspektoru Mahmud Mahmudov imkan verməyib. Ancaq bütün maneələrə baxmayaraq, bir dəfə rəisin qəbulunda ola bildim. Onda da polis rəisi Oqtay Məmmədov mənə dedi ki, get, torpağının bir hissəsini ver onlara, səndən əl çəksinlər. Mən isə rəisə öz etirazımı bildirdim. Dedim ki, o adamların kifayət qədər otlaq sahələri var, lakin onlar məqsədli şəkildə mənə zərər vurmağa çalışırlar. Eyni zamanda, məsələ ilə bağlı rəis müavini Həsən Həsənovun, sahə inspektorlarının rəisi Urman Ağayevin qəbulunda olmuşam. Lakin heç bir müsbət nəticəsi olmayıbВ».

В«Sahə inspektoru Mahmud Mahmudov dedi ki, pul vermirsənsə, onda qoyun verВ»

В«İcra nümayəndəsi Cahid Abdullayev və sahə inspektoru Mahmud Mahmudov təsərrüfatıma ziyan vuran adamların qarşısını almaq üçün məndən dəfələrlə pul tələb ediblər. Mən də məcburiyyət qarşısında qalıb onların istəklərini yerinə yetirmişəm. Hər birinə 200 manat pul vermişəm. Ancaq onlar bununla kifayətlənməyərək, daha yüksək məbləğdə pul tələb edəndə vermədiyim üçün başıma bu oynları gətirirlər. Hətta sahə inspektoru Mahmud Mahmudov dedi ki, pul vermirsənsə, onda qoyun ver, taxta hasarı sökdürüm. Dedim, sən hasarı sökdür, mən qoyunu verəcəm. Amma o, hasarı sökdürmədi. Otən ilin mart ayının 18-də mənə zəng edib dedi ki, bayramqabağıdır, qoyunu gətir ver, məsələni həll edim. Mən də dedim ki, Mahmud müəllim, yanvar ayının 18-də sizə ərizə ilə müraciət etdim, üstəlik də, 200 manat verdim ki, hasarı sökdür, ondan sonra qoyununu da verim. Ancaq o, mənimlə razılaşmadı. Bir dəfə də o, fermaya gəlib, işçilərimin yanında dedi ki, toya gedirəm, mənə pul ver. Mən də cibimdən 50 manat çıxarıb ona verdim. Əvvəl verdiyim 200 manatdan başqa. Özü də o, fermaya gələndə həmin adamların mal-qarası otlaq sahəmdə idi. Mal-qaranı ona göstərib dedim ki, Mahmud müəllim, bax görursən, Cahid Abdullayevin qohumları otlaq sahəmi necə məhv edirlər?! Dedi, narahat olma, həll edərikВ».

В«Sahə inspektoru Mahmud Mahmudov icra nümayəndəsi Cahid Abdullayevə deyib ki, Nicatın çoxlu pulu var, necə olur-olsun o pulları onun əlindən almaq lazımdırВ»

В«Sonra da eşidirəm ki, sahə inspektoru Mahmud Mahmudov icra nümayəndəsi Cahid Abdullayevə deyib ki, Nicatın çoxlu pulu var, necə olur-olsun o pulları onun əlindən almaq lazımdır. Bu adamlar birləşib mənim təsərrüfatımı və məni məhv etmək istəyirlər. Hətta Mahmud Mahmudovla Cahid Abdullayev otlaq sahəmi otaranlardan birinin uşağı vasitəsilə üzərimə şər-böhtan atıb məni ötən ilin avqust ayında üç sutkalıq həbs etdirdilər. Guya ki, mən həmin uşağı döymüşəm. Uşaq da üzümə durdu ki, onu döymüşəm, bədəninə xəsarət yetirmişəm. Sahəmi otaranlardan beş nəfəri də yalandan şahidlik etdi. Belə bir şər-böhtanla Kürdəmir rayon polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında üç gün saxlanıldım. Sonra həmin uşaqla söhbət etdim, soruşdum ki, səni döymüşəm? Dedi, yox. Dedim, sənə xəsarət yetirmişəm? Cavab verdi ki, yox. Dedi ki, mənə tapşırdılar ki, sənin üzünə durum ki, məni döymüsən, mən də onlar deyəni elədim. Onu da deyim ki, Kürdəmir rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin ekspert rəyinə əsasən, xəsarət dərəcəsi təyin edilməyib. Əslində, bu ekspert rəyinin özü də saxta idi, çünki heç bir döyülmə faktı yox idi.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu il mart ayının 14-də sahə inspektoru Mahmud Mahmudov təsərrüfatıma ziyan vuran adamların evinə gələrək, mənə və işçilərimə şər-böhtan atmalırı üçün plan hazırlayıblar. Guya mən təsərrüfatımda çalışan insanları qanunsuz işlədirəm. Halbuki bizim təsərrüfatın fəaliyyətində heç bir qanunsuzluq yoxdur. Təsərrüfatımızı inkişaf etdirmək məqsədi ilə bankdan kredit götürmüşəm. Hazırda da borcumu banka ödəyirəm. Lakin sahə inspektoru Mahmud Mahmudov, icra nümayəndəsi Cahid Abdullayev və bir qrup adam işləməyimizə imkan vermirВ».
Sonda dövlət başçısından dəstək istəyən N.Muradov onun təsərrüfatımı məhv etmək istəyən adamların, onlara havadarlıq edən vəzifəli şəxslərin cəzalandırılması, sahibkarlıq fəaliyyətimə edilən qanunsuz müdaxilələrə son qoyulması üçün aidiyyəti qurumlara tapşırıq verilməsini xahiş etdi.

В«Halal, qanuni mülkiyyətimizi əlimizdən almaq, bizi işsiz, ailəmizi çörəksiz qoymaq istəyirlərВ»

Fermada çalışan digər işçilərlə də görüşüb söhbət etdik. Həmsöhbətlərimizdən nələrin baş verdiyini öyrəndikdə vəziyyətin heç də ürəkaçan olmadığını anladıq.
5 ildir ki, fermada çalışdığını söyləyən Mədət Muradov ölkə prezidenti İ.Əiyevin sahibkarlara göstərdiyi böyük qayğının bu kənddə də öz əksini tapdığını söylədi. Fermer təsərrüfatının genişləndirilməsinin sahibkarlar qarşısında yeni imkanlar açdığını və bu imkanların ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, işsizliyin aradan qaldırılmasında da mühüm rol oynayadığını dilə gətirdi. N.Muradov tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən M.Muradov
çalışdığı təsərrüfatın genişləndirilməsinə bəzi adamların maneələr yaratdığını söylədi. O, sahə inspektoru Mahmud Mahmudov, icra nümayəndəsi Cahid Abdullayev və onların havadarlıq etdiyi bir qrup adamın hədə və təzyiqləri ilə qarşılaşdıqlarını dedi: В«Halal, qanuni mülkiyyətimizi əlimizdən almaq, bizi işsiz, ailəmizi çörəksiz qoymaq istəyirlər. Biz buna görə aidiyyəti orqanlara şikayətimizi etmişik. Lakin sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev gəlib bizdən rüşvət istəyirlər. Deyirlər ki, burada işləmək istəyirsinizsə, bizə də В«görüm-baxımВ» edin. Bizə hədə-qorxu gəlir, mülkiyyətimizi əlimizdən almaq istəyirlər. Hər gün bizi narahat edir, işləməyimizə müxtəlif yollarla mane olmağa çalışırlar.
Qeyd etmək istəyirəm ki, bizim burada işləməyimizdə heç bir qanunsuzluq yoxdur. Əgər fəaliyyətimizdə hər hansı bir qanunsuzluq varsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Havadarlarına arxalanan bu adamlar davamlı olaraq otlaq sahəmizi otarmaqdan, məhv etməkdən çəkinmirlər. Bizə hədə-qorxu gəlirlər, çıxılmaz vəziyyətdəyikВ».
M.Muradov onlara təzyiqlər edildiyini və bu səbəbdən də həyatlarının təhlükə aldtında qaldığını söylədi.
В«İndi biz neyləyək? Gedib evimizdə oturub ac qalmalıyıq?, - deyə həmsöhbətimiz baş verənlərə qəti etirazını bildirdi.

В«Sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev bizə gün verib, işıq vermirlərВ»

Xanımnənə Allahverdiyeva üzləşdikləri bu haqsızlıqlara son qoyulmasını istədi: “Bəzi ağzıgöyçəklər deyirlər ki, guya Nicat Muradov bizi burada qanunsuz işlədir. Elə şey yoxdur. Mən 5 ildir burada çalışıram. Kimsəsiz qadınam, heç kimim yoxdur. Gəlib sığınmışam bu ailəyə. Sağ olsun, Nicat Muradov, mənimlə baçı-qardaş, bir ailənin üzvü kimi davranır. Bu illər ərzində hər bir çətinliyimə yardımçı olub. Ondan çox razıyam. Amma son vaxtlar bəzi adamlar işimizə mane olur. Sahə inspektoru Mahmud Mahmudovla icra nümayəndəsi Cahid Abdullayev bizə gün verib, işıq vermirlər. Demək olar ki, zülm çəkirik. Allah xatirinə bizə kömək edin. Sizi buraya dəvət etdik ki, bizi dinləyib dərdimizi qəzetiniz vasitəsilə ölkə başçısının diqqətinə çatdırasınız. Prezident cənab İlham Əliyevdən kömək istəyirəm. Xahiş edirəm ki, bizə zülm edən bu məmurların barəsində tədbir görülsünВ».
Məsələ ilə bağlı adı çəkilən şəxslərin mövqeyini öyrənmək cəhdimiz alınmadı. İcra nümayəndəsi Cahid Abdullayev isə zənglərimizə cavab vermədi. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq.

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binəqəqdidə daha bir YAŞIL TERROR: Başçı bu işdə maraqlıdırsa... - ŞOK FOTOLAR: Yüzlərlə ağac məhv edilib...
Bu gün, 12:21
Bu xanım hakimə yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:09
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq - MƏQALƏ
Bu gün, 12:07
Musayevin bıçaqlanması - federasiya prezidenti həbsdən buraxıldı
Bu gün, 12:03
Xocavənddə daha 140 ev və binalar təmir olunacaq - 4 ŞİRKƏTƏ 12 MİLYON MANATLIQ SİFARİŞ
Bu gün, 11:57
Afət Fərmanqızından sürpriz siyahı - İlk “beşlik”də Vəfa da var
Bu gün, 11:51
İş, məktəb, xəstəxana ardınca: Kəndlər boşalır, əhali şəhərə köçür - BELƏ HARA GEDİRİK?..
Bu gün, 11:43
Tiktok-da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırtdı - Azərbaycanda QEYRİ-ADİ OLAY
Bu gün, 11:41
Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi
Bu gün, 11:38
Böyükşor bataqlığa çevrilir - Demə, gölü “çirkab suları” yaşadırmış
Bu gün, 11:34
Azərbaycan Vəhdət Partiyasının funksioneri ürək köçürmə dələduzluğunda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:27
"Bu dəfə əclafın biri olacağam" - Əməkdar artist
Bu gün, 11:25
Suraxanıdakı poliklinikada yeniyetmə ölümdən döndü – həkim səhlənkarlığı
Bu gün, 11:18
Yeni dünya nizamı: "Transxəzər altılığı" Avrasiya gücünün yeni qütbüdür - İNCƏLƏMƏ
Bu gün, 11:15
“ “Azərbaycanfilm” kinostudiyası ölüb, oranı diriltmək lazımdır, təmirə ehtiyacı var”
Bu gün, 11:11
Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək
Bu gün, 11:08
“Alim Qasımov muğamları, qızı da mahnılarımızı zay etdi, bu ixtiyarı sizə kim verib?” - QALMAQAL
Bu gün, 11:07
DSX-nin əsgəri özünü güllələdi - TƏFƏRRÜAT
Bu gün, 11:05
Sabiq hərbi hissə komandirinə hökm oxunub
Bu gün, 11:02
İqtisadçıdan nazirə şok sözlər - "Günün az qala 2-3 saatını yollarda keçirib..."
Bu gün, 11:00
Ramiz Mehdiyevlə yanaşı, onlar da YAP-ın Veteranlar Şurasından çıxarıla bilər - SİYAHI
Bu gün, 10:58
FHN-nin bu qurumu müvafiq lizenziyası olmayan MMC ilə müqavilə bağlayıb – Bu açıq-aşkar qanunsuzluqdur
Bu gün, 10:56
Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası
Bu gün, 10:53
Balakəndə 32 yaşlı kişi qadını təhqir etdi, qızının videosunu sosial şəbəkədə paylaşdı - TƏFƏRRÜAT
Bu gün, 10:50
Sarayda 26,4 milyon manata binalar tikəcək şirkət - MƏLUM OLDU
Bu gün, 10:47
Naxçıvanda uşaq xəstəxanasında DƏRMAN BÖHRANI: Körpələrimiz təhlükədə... - BU NƏDİ BELƏ?
Bu gün, 10:44
Sabiq icra başçısının ölkədən çıxışına “stop” qoyulub - TƏFƏRRÜAT
Bu gün, 10:37
Bakıda doğulan qadın vitse-qubernator oldu - FOTO
Bu gün, 10:36
Xalq artisti Roza Cəlilova vəfat edib
Bu gün, 10:31
5 ildir MAAŞ ARTIMI gözləyən SOCAR işçilərinə XƏYALPLOV... - Əslində isə...
Bu gün, 10:27
"Orta Asiya respublikalarının Məşvərət Şurası bu mənada önə çıxa bilər" - Sərdar Cəlaloğlu
Bu gün, 10:13
Kreml Ermənistanda “taxıl müharibəsi”nə başladı - NƏ BAŞ VERİR?
Bu gün, 10:09
Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb, hamısı vurulub - Rusiya MN
Bu gün, 10:01
Cəlilabadın `hərbi komissarının` OLİQARX HƏYATI... - İcazə verin, şübhələnək...
Bu gün, 09:50
ABŞ Rusiyanı Cənubi Qafqazdan tamamilə çıxarmağa çalışır - GƏLİŞMƏ
Bu gün, 09:42
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:36
Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 09:26
Agentlik Sevinc İsgəndərovadan yenə ofis icarəyə götürdü – 262 minə
Bu gün, 09:25
Səfirliyimizə atılan raketin Ramiz Mehdiyevlə nə əlaqəsi? - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Heydər Əliyevin Mehdiyevə görə işdən qovduğu tərcüməçi – SENSASİON DETALLAR
Bu gün, 09:20
Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? –ETSN hələ da susur…
Bu gün, 09:17
“Freedom House” yenidən anti-Azərbaycan mövqedə - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
"Gomas Auto” MMC-nin vergi borcu artıb - 1 milyon 118 min AZN
Bu gün, 09:05
Vahid Ələkbərovun milyardları uğrunda mübarizə: biz niyə yoxuq... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
LEO-BANK müştərini belə yola verir... - Bunun başqa adı yoxdur...
Bu gün, 08:58
Rusiya-Ukrayna savaşında tərəfə çevrilmək... - AKTUAL
Bu gün, 08:08
Ruslar bu şəhərə hücuma başladı - Kotenok
Bu gün, 08:03
Maaşları aşağı salınan müəllimlər Prezidentdən kömək istədilər - MÜRACİƏT
Bu gün, 07:52
Əmrullayevin Azərbaycan təhsilinə vurduğu zərbələr... - Bir deyil... iki deyil...
Bu gün, 07:48
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -Satılıq və icarə QHT-lər var
Bu gün, 07:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru