Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                     Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu .....                     Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? .....                     İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR .....                     Korrupsioner direktoru nazir HİMAYƏ EDİR .....                     Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? .....                     Trampla Putin yenidən görüşə bilər .....                     Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI .....                     Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” .....                     Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək .....                     Borclu şirkət necə tenderi UDDU? .....                     Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib .....                     ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir .....                     Lerikin 35 kəndinə cəmi bir həkim var .....                     Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq .....                     Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir .....                     Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib .....                     Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir .....                     Bu su anbarında təmir işləri aparılacaq .....                     Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb .....                     Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib .....                     Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: .....                     Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər .....                     Rauf Kəngərli yeni vəzifəyə təyin edildi .....                     Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Bu Putinin qələbəsi olacaq .....                     Təbriklər... .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Diaspor və təsir rıçaqları .....                 

Bu adam Gəncəni rəsmən qarət edib... - İTTİHAM
Tarix: 11-10-2018, 09:06 | Çap et
Bu adam Gəncəni rəsmən qarət edib...
Gəncə şəhərini uzun illər ərzində talan etmiş, xeyli vətəndaşa saxta sənəd vermiş, onlarla adamın torpaq satmaq adı ilə pulunu alıb mənimsəmiş Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə cinayət işi açılması barədə ötən sayımızda məlumat vermişdik.

Qeyd edək ki, daha əvvəllər (2011-2014-cü illər) Gəncə şəhər Nizami rayonunun icra başçısı olmuş Məharət Mustafayev həmin vaxtlardan yerli əhaliyə, habelə onlarla sahibkara qan uddurub. O, nəhayət, Göygöl rayonunun bələdiyyə sədrini döydükdən sonra vəzifəsindən azad edilmişdi.

Bir müddət sonra - daha dəqiqi, 2016-cı ildə isə M.Mustafayev Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi vəzifəsinə təyin edilib. Bu vəzifədə olduğu müddət ərzində Gəncə şəhərində mülkiyyət, torpaq satışı məsələləri yalnız Məharət Mustafayevin “monopoliyasında” olub.

M.Mustafayevin qanunsuz əməlləri barədə “Yeni Müsavat”ın ötən saylarında yazılar dərc etmişik. Onun çoxlu sayda şəhər sakininə saxta sənədlə torpaq satdığı, faktiki olaraq dələduzluq, sənəd saxtalaşdırma, vəzifə səlahiyyətlərindən su-istifadə kimi cinayət xarakterli əməlləri törətdiyi, habelə onlarla sahibkarın pulunu inzibati qaydada mənimsəməsi haqda məlumat vermişdik. Məsələn, M.Mustafayev Gəncədə bir sıra parkları, binaları dövlət layihəsi üzrə abadlaşdıran iş adamına - “Kolani MMC”nin rəhbərinə 1 milyon 538 min manat pul “atıb”. Dövlət büdcəsindən abadlıq işi üçün ayrılan pullar işləri görən şirkətə ödənməyib, M.Mustafayev tərəfindən mənimsənilib. Şirkətə bu qədər borcu olduğunu icra hakimiyyətinin möhürü ilə də təsdiqləyib, amma bu günədək ödəməyib...

Son məlumatda isə bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb, ondan başqa yerə getməmə haqda iltizam alınaraq müvəqqəti azadlığa buraxılıb.

Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. Şikayətçilər iddialarında qeyd ediblər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.

Nəzərə çatdıraq ki, Gəncədə sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayevi yeni başçı Niyazi Bayramov işdən azad etməklə yanaşı, Memarlıq və Şəhərsalma İdarəsinin rəisinin fəaliyyətinin araşdırılması üçün komissiya yaradılması barədə də qərar vermişdi.

Musavat.com-a daxil olan məlumata görə, komissiyanın araşdırmaları zamanı Məharət Mustafayevin ağlasığmaz qanunsuzluqlar etdiyi bəlli olub.

Məlum olub ki, Gəncənin keçmiş rəhbərliyi şəhərdə müxtəlif obyektlər inşa edib, həmin mülkləri ayrı-ayrı şəxslərin adına rəsmiləşdiriblər. Məqsəd isə bankları xortumlamaq olub! Bütün bu prosesi isə Məharət Mustafayev koordinasiya və icra edib, tapşırıqları, göstərişləri bilavasitə o verirmiş. Musavat.com-u bu haqda məlumatlandıran mənbə bir konkret faktı sadalayıb: “Gəncənin mərkəzində, Cavadxan küçəsində yeni bir hotel tikilib. Bu hotel inşa olunmağa başlayarkən Məharət Mustafayevin təkidi və tələbi ilə Gəncədə tanınmış sahibkar, ”Universam"ın keçmiş müdiri İsmayıl Hüseynovun adına banklardan 15 milyon manat kredit rəsmiləşdirilib. Daha dəqiqi, tikinti başlayanda İsmayıl Hüseynov banklardan 15 milyon manat kredit götürüb, bu inşa işlərinə yönəltməyə məcbur edilib. Ona deyilib ki, əgər bütün biznesini itirmək, özü də həbs olunmaq istəmirsə, bu deyilənlərdən imtina etməməlidir. Həmçinin Məharət Mustafayev Hüseynovu arxayın edib ki, hotel sabiq başçının yaxın adamlarından biri üçün tikilir, ona görə narahat olmasın, sadəcə, səs-küyə səbəb olmasın deyə kredit onun adına rəsmiləşməlidir. Kreditlər onun adına alınsın ki, şübhə doğurmasın. İş adamına deyilib ki, bankdan götürülən pulla hotel tikiləcək, sonra ödənişlər vaxtında ediləcək, ona heç bir problem də yaranmayacaq. Amma 2018-ci ilin hələ ilk aylarında İsmayıl Hüseynova bankdan zəng edib deyiblər ki, niyə ödənişləri etmir. Həmin vaxtdan başlayaraq, Məharət Mustafayev və icra hakimiyyətindəki digər vəzifəli şəxslər İsmayıl Hüseynova ödənişlərin texniki səbəbdən gecikdiyini deyərək, onu arxayın salmağa çalışıblar. İyul ayında baş verən məlum olaylardan və Gəncənin rəhbərliyi dəyişəndən sonra isə bank ödənişləri İsmayıl Hüseynovun üzərinə yönəldib. Ona bildirilib ki, aylardır ödəniş olmur və sənədlər də onun adınadır, başqa kimsə məsuliyyət daşıyırsa hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edə bilər, amma ödənişləri etməlidir. İsmayıl Hüseynov tanınmış futbolçu Yunis Hüseynovun böyük qardaşıdır".

Qaynaq deyib ki, Gəncədə bankların xortumlanması yolu ilə inşa olunan obyekt təkcə qeyd edilən hotel deyil: “Gəncədə ”Qrand bazar" da İsmayıl Hüseynovun adına bankdan götürülən pulla tikilib. Köhnə rəhbərlik Gəncədə bütün bazarları bağlayıb, ticarətçiləri zorla bu bazara yönəltmişdi. Yeni başçı Gəncədə camaatla görüşəndə, əksəriyyət bazar problemindən gileylənib. Başçının tapşırığı ilə artıq ikinci aydır Gəncədəki bazarlar nəhayət ki, açılıb".

Mənbə bildirir ki, bu cür oyunlar Gəncədə bir neçə tanınmış iş adamının başına gətirilib: “Onları aldadıblar ki, adına kredit götürürük, sən narahat olma, ödəniləcək. İndi nə Məharət Mustafayevi tapa bilirlər, nə də bankı başa sala bilirlər. Faktiki olaraq banklar da pis duruma düşüb. Hər halda, dövlətin müvafiq qurumları bu məsələyə əncam çəkməlidir. Şəhərə məsul edilmiş şəxslər faktiki olaraq onlarla adamı ağlar vəziyyətdə qoyublar. İnsanlara vurulan bu ziyan necə ödəniləcək?”

Qaynaq deyib ki, Gəncədə onlarla vətəndaş, kiçik iş adamları Məharət Mustafayevə torpaq almaq üçün pul ödəyiblər: “Məharət Mustafayev aylarla onları süründürüb, indi də bəlli durum yaranıb. Bildiyim bir faktı deyim, hazırda konkret olaraq irili-xırdalı 78 mülkə dair şikayətçinin müraciəti Gəncə Şəhər İcra Hakimiyyətində müvafiq şöbələrə təqdim edilib. Hansı ki, həmin 78 mülkün, torpaq sahəsinin hər birinə görə Məharət Mustafayev şəxslərdən 5 min, 10 min, 20 min və daha yuxarı məbləğlər alıb, ancaq heç bir sənəd verməyib. Faktiki olaraq onların pulunu mənimsəyib. İnsanlar indi qalıblar ortada və hər biri də şikayətçidir. Bundan başqa, Məharət Mustafayev xeyli adama bir mülkü təkrar satıb. Məsələn, öyrənirmiş ki, hansısa torpaq sahəsinin sahibi Rusiyadadır, onun mülkünü saxta sənədlə başqasına satırmış”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Dünən, 18:00
ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Dünən, 17:57
Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Dünən, 17:54
Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Dünən, 17:26
Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir - ŞƏRH
Dünən, 17:20
Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:18
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir - KİV
Dünən, 17:15
Bu su anbarında təmir işləri aparılacaq - 6,4 MİLYONLUQ TENDER KEÇİRİLİR
Dünən, 17:12
Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər - AÇIQLAMA
Dünən, 17:08
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb
Dünən, 17:06
Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib
Dünən, 17:02
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Dünən, 16:58
Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər
Dünən, 16:53
Rauf Kəngərli yeni vəzifəyə təyin edildi - ƏMR
Dünən, 16:50
Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb
Dünən, 16:20
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:35
Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Dünən, 15:30
Təbriklər...
Dünən, 15:27
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:11
Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Dünən, 15:09
Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Dünən, 15:06
Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
Dünən, 15:00
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
Dünən, 14:53
Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər - Qərbdən XƏBƏRDARLIQ
Dünən, 14:39
Zelenski Tramp-Putin görüşündən sonra... - ŞOK MƏLUMAT
Dünən, 14:30
Trampa bağlı arzuolunmaz iddia yayıldı – Zəngəzur dəhlizindən imtina…
Dünən, 13:04
İrandan təxribatçı Zəngəzur açıqlaması: - Sərhəddə qoşun yerləşdirdik ki...
Dünən, 12:58
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:42
Milli Məclis 165 min manata nələr aldı? - TENDER NƏTİCƏSİ
Dünən, 12:39
"Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" - ÇAĞIRIŞ
Dünən, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru