Azərbaycanda əsasən “Apple” markalarının satışını həyata keçirən “ASBC” MMC-nin (“iSpace və ya əvvəlki “Alma Store”) direktoru dəyişib.
Banker.az xəbər verir ki, Aryna Dromina şirkərin direktoru təyin edilib. O buna qədər şirkətdə direktor müavini idi.
Bu vəzifədə o, Tural Əlləzov Əlləz oğlunu əvəzləyib.
“ASBC” MMC 2017-ci ildə yaradılıb və 900 min ABŞ dolları (1 milyon 530 min AZN) nizamnamə kapitalına sahibdir.