Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib
"Report"un yerli bürosunun məlumatına görə, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub.
Ramil Eminov bundan əvvəl Bakıda FHN-in Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb.