ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüş zamanı Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə etmək niyyətində olduğunu deyib.
APA xəbər verir ki, o həmçinin bu məsələ ilə bağlı yekun qərarın Moskva və Kiyevdə qalacağını bildirib.
"Bəli, ərazi mübadiləsi müzakirə olunacaq, lakin mən Ukraynaya qərar vermək imkanı verəcəyəm, inanıram ki, onlar düzgün qərar verəcəklər. Mən burada Ukrayna üçün danışıqlar aparmaq üçün deyil, onları danışıqlar masası arxasında əyləşdirmək üçün gəlmişəm", - Tramp qeyd edib.