Xəbər verdiyimiz kimi, “Respublika” və “Xalq” qəzetləri birləşir.
Belə ki, 1 sentyabrdan etibarən, “Respublika” qəzeti çapını dayandırılacağı deyilir.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, qəzetin kollektivinin bir hissəsi “Xalq” qəzetində çalışacaq.
Ancaq deyilənə görə, digər hissə işsiz qalacaq.
“Respublika qəzeti”-nin baş redaktoru Hümbət Musayev isə yaş senzinə görə təqaüdə göndərilir.
Onun birinci müavini isə Əflatun Amaşovunun birinci müavini olacaq.
Qeyd edək ki, birləşmədən sonra da qəzet “Xalq” qəzetinin ənənəvi formatında çıxacaq.