Astara rayonu Maşxan kəndində 15-ə yaxın fermerin sitrus bağları 20 gündən artıqdır ki, suyun verilməməsi səbəbindən ciddi təhlükə ilə üz-üzədir. Sahibkarların sözlərinə görə, bu müddət ərzində bağlara ötürücü kanallar vasitəsilə su çatdırılmadığından min bir əziyyət bahasına əkdikləri naringi və kivi ağacları qurumağa başlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, fermer Elvin Həsənov bildirir ki, iki il əvvəl 50 sot torpağa 500 ədəd naringi ağacı əkib, lakin 20-25 gündür su verilmədiyindən o problemlə üzləşib.
Fermerlər deyir ki, onlara qonşu olan kəndlərin su ötrücü kanallarında su bol olduğu halda, Maşxan kəndinə isə su yoxdur. Əgər vəziyyət belə davam etsə, onların iki il ərzində çəkdikləri zəhmət tamamilə məhv olacaq və əkdikləri sitrus ağacları susuzluqdan tam quryacaq.
Sakinlər bildirirlər ki, kəndlərində suyun olmamasını aidiyyəti qurumlara çatdırsalar da, problem hələ də həllini tapmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.