Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                     Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu .....                     Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? .....                     İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR .....                     Korrupsioner direktoru nazir HİMAYƏ EDİR .....                     Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? .....                     Trampla Putin yenidən görüşə bilər .....                     Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI .....                     Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” .....                     Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək .....                     Borclu şirkət necə tenderi UDDU? .....                     Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib .....                     ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir .....                     Lerikin 35 kəndinə cəmi bir həkim var .....                     Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq .....                     Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir .....                     Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib .....                     Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir .....                     Bu su anbarında təmir işləri aparılacaq .....                     Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb .....                     Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib .....                 

“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Tarix: Bu gün, 09:30 | Çap et

Avqustun 15-də Azərbaycan teatr və kino sənətinin parlaq simalarından, səhnəmizin unudulmaz obrazlarının yaradıcısı, Xalq artisti Afaq Bəşirqızı ömrünün 70-ci baharını qarşılayıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Afaq Bəşirqızı Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

“Yeni Müsavat”ın suallarını cavablandıran Afaq Bəşirqızı ilə yubiley söhbətimizi təqdim edirik:

- Afaq xanım, həm “Şərəf” ordeni almağınız, həm də 70 illik yubileyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirik. Sənətkar üçün bu yaş nə deməkdir - uğurların hesabatı, yoxsa hələ də həyata, səhnəyə qarşı planların olması?

- Hər bir aktyor üçün ən böyük mükafat tamaşaçının sevgisi, səhnədə ayağa qalxaraq güllərlə, alqışlarla ifadə etdiyi minnətdarlıqdır. Lakin dövlətin ali diqqətini qazanmaq, sənətkar əməyinin ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilməsi isə bu sevincə xüsusi bir dəyər qatır. Elə bu gün də - ölkəmizin Prezidenti həm daxili, həm də xarici siyasətdə gərgin və qızğın fəaliyyətlə məşğul olduğu bir dövrdə onun məhz sənət dünyasının bir nümayəndəsini, Afaq Bəşirqızını xatırlaması, ona “Şərəf” ordeni təqdim etməsi mənim üçün misilsiz bir xoşbəxtlikdir. Bu, təkcə mənim deyil, sənətə verilən dəyərin, Azərbaycan mədəniyyətinə göstərilən qayğının təntənəsidir. Bunun üçün mən dərin minnətdarlığımı bildirirəm - həm doğma xalqıma, həm də möhtərəm Prezidentimə.

- Həyatınız boyu çox çətin qərarlar vermisiniz. Bu gün dönüb baxanda, hansı qərarlarınızla fəxr edirsiniz, hansında isə “kaş başqa cür olardı” deyirsiniz?

- Heç vaxt “bunu etdim, görəsən nəticəsi nə olacaq?” deyə düşünməmişəm. Artıq bir işi etmişəmsə, deməli, bunu bilərək və ürəkdən etmişəm, istər yaxşı, istər pis.

Qürur hissini isə o zaman yaşayırsan ki, arzuların gerçəkləşir, həyata çevrilir. Həyatın keşməkeşi içində bu arzuları həyata keçirmək üçün mübarizədən qalib çıxırsan - məhz o an insan özünü qürurlu hiss edir.

Təbii ki, bütün arzularımı reallaşdıra bilmədim, çünki illər sürətlə keçdi, həyatın qayğıları çoxaldı. Mənim qayğım təkcə sənətimlə bitmirdi; evim, həyat yoldaşım, ailəm, qohum-əqrabam da diqqətimi tələb edirdi. Bütün bunlarla yanaşı, sən həm də sevdiyin sənətə sadiq qalmalı idin - gündüz həyatın çətinlikləri ilə ağlayır, axşam isə tamaşada komediya oynayırsan.

- Siz teatr və kino səhnəsinin canlı şahidisiniz. Bugünkü Azərbaycan incəsənətinə baxanda, sizi ən çox nə sevindirir, nə isə narahat edir?

- Həmişə teatrın da, kinonun da problemləri məni düşündürüb, narahat edib. Bu problemlər hər zaman olub və olacaq da, çünki yaradıcılıq olan yerdə problem olmadan yaşamaq mümkün deyil. Mənim arzum budur ki, bu problemlər həmişə yaradıcılıqla paralel olsun. Yəni problem olsun, amma yalnız yaradıcılıq problemləri - çünki onları istedad və sevgi ilə dəf etmək mümkündür.

Buna görə də inanıram ki, hər şey yaxşı olacaq. Lakin mən bütün incəsənət xadimlərinə deyirəm: bizə verilən bütün fəxri adlar, ordenlər, mükafatlar böyük bir məsuliyyət deməkdir. Biz bu həqiqətin fərqində olmalı, sabah alnı aşıq olaraq bizi təltif edən insanın qarşısına çıxanda ona layiq olduğumuzu göstərə bilmək üçün hərəkət etməliyik. Bizə mənsub olduğumuz sahənin hesabatını vermək borcumuzdur. Ona görə də hər birimiz buna ciddi yanaşmalı və düzgün riayət etməliyik.

- Bəzən fəxri adların yığışdırılması barədə müzakirələr gedir. Bu məsələyə necə baxırsınız?

- Mən fəxri adların ləğv edilməsi məsələsinə yaxşı baxmıram. Təsəvvür edin, sənətkar illərlə çalışır, zəhmət çəkir ki, zirvəyə çatsın - əvvəl Əməkdar artist, sonra Xalq artisti adına layiq görülsün və onun əməyini tamaşaçı sevgi ilə qiymətləndirsin. Belə adlar yalnız əslinə layiq olan, halal zəhmət çəkmiş sənətkarlar üçün mənalıdır. Təəssüf ki, bəziləri var ki, bu adları halal almayıb. Onlar onsuz da alıblar, amma əsl dəyəri, tamaşaçı sevgisini qazana bilmirlər.

- Uzun illər boyu erməni və azərbaycanlı xalqlar arasında dərin ziddiyyətlər yaşanıb. Sizin fikrinizcə, real və səmimi barışıq mümkündürmü? Yoxsa bu, yalnız kağız üzərində qalacaq bir anlayışdır?

- Bu, siyasətdir. Lakin təəssüf ki, qəlblər siyasətlə sağalmır. Biz saysız-hesabsız şəhidlər vermişik. Doğrudur, dövlətimizin rəhbəri nə deyirsə, mən onunla həmfikirdə olmalı, həmişə dövlətimizin maraqlarını qorumağa çalışmalıyam. Lakin mən bir ana kimi, azərbaycanlı qadın kimi və Azərbaycan mədəniyyətinin aparıcı qüvvəsi kimi heç vaxt düşməni bağışlamıram.

- 44 günlük Vətən müharibəsindən az qala 5 il ötür. Lakin hələ də bu müharibə, qələbəmiz, zəfərimiz barədə film çəkilməyib. Sizcə, səbəb nədir?

- Əvvəla, müharibə mövzusunda film çəkmək heç də asan məsələ deyil. Xüsusilə 44 günlük müharibəni ekranlara gətirmək çox çətindir. Hələ də biz oradakı hadisələri, əsgərlərimizin qəhrəmanlıqlarını qulaqdan qulağa eşidirik və dramaturqlar, yazarlar özləri üçün qeydlərini edir, onlarda fikirlər yaranır. Beləliklə, hesab edirəm ki, hadisələrin tam mənzərəsini əks etdirmək üçün erkəndir.

İkincisi, biz rejissorlarımıza lazım olan qayğını göstərə bilmirik. Azərbaycanda çox istedadlı kino adamları var, lakin onlara dəstək olmaq, lazımi şərait yaratmaq vacibdir. Müasir aparaturalar təmin edilməli, yaradıcılıq imkanları genişləndirilməlidir ki, onların istedadı özünü tam şəkildə göstərsin.

- Siz hər zaman sözünüzü açıq deyən sənətkar kimi tanınmısınız. Heç olubmu ki, açıq danışmaq sizə həm peşəkar, həm də şəxsi həyatda baha başa gəlsin?

- Heç vaxt. Çünki mən həmişə doğru danışmışam. Heç kimə şər atmamışam, heç kimin şəxsiyyətinə sataşmamışam. Kiminsə ayağından dartmamışam, həqiqətən olan problemləri danışmışam. Ən böyük əhəmiyyətlisi isə budur ki, mən şəxsi ambisiyamı güdüb heç vaxt hər hansı məsələni dilimə gətirməmişəm. Mən olanı olduğu kimi danışmışam və bunu tənqidi yox, kömək məqsədilə etmişəm. Çünki həmin problem 2-3 adama ziyan vurmur, ümumi bir quruma, sənət sahəsinə ziyan vurur. Ona görə də mən nə danışdığıma görə peşman olmamışam, heç vaxt da olmayacağam. Həmişə istəmişəm ki, hər kəs fikirlərini açıq söyləsin və cəmiyyətə düzgün çatdırsın.

- “Evləri köndələn yar” filmində Darçınbəyim, “Yaşıl eynəkli adam”da Zəhra, “Bala başa bəla”da Suğra və əlbəttə ki, “Söylü” obrazı - tamaşaçıların yaddaşına həkk olunmuş rollarınız çoxdur. Amma Afaq Bəşirqızı deyəndə çoxlarının göz önünə məhz Söylü gəlir. Bəs sizin üçün bu obrazlardan hansı daha doğmadır və niyə?

- Bütün obrazlar mənim ən sevimli “balalarımdır”. Ana övladlarını tək qoymadığı kimi, mən də obrazlarımı tək qoymuram. Lakin hər bir obraz mənim ruhumdan, enerjimdən bir parça aparıb, bəzən sağlamlığımı da sınağa çəkib. Buna baxmayaraq, onların hamısı mənim üçün doğmadır və hər biri mənim yaradıcılığımın bir parçasıdır.

- Teatrda olduqca zəngin yaradıcılıq yolunuz olsa da, kinoda sizi çox az görmüşük. Bu sizin şəxsi seçiminizdir, yoxsa çəkilmək istədiyiniz rollar sizə təklif olunmur?

- Heç məni filmə dəvət etməyiblər. Dəvət etsinlər ki, gedim. Amma tamaşalarım, bəli, çoxdur.

- Dünyada elə bir insan, bir şəxsiyyət varmı ki, onunla söhbət etmək, bir masa arxasında oturmaq arzunuz olsun?

- Bəli, belə bir arzum olub. Heydər Camal... Bilirsiniz ki, o, Moskvada yaşayan görkəmli ziyalımız idi. Təəssüf ki, özü də, oğlu Orxan Camal da artıq dünyasını dəyişib. Heydər Camal mənim üçün həmişə əlçatmaz bir qüvvə, bir mələk və həddindən artıq zəka və dərinliyə malik şəxsiyyət olub. Onun artıq aramızda olmaması mənim üçün böyük bir itki və təəssüf doğurur.

Bununla yanaşı, mənə ən çox təsəlli verən, ruhumu qidalandıran əsərlər Oşonun romanlarıdır. Onların dərinliyi və hikməti həmişə mənə ilham verib.

- 70 yaş yubileyinizdə ən böyük arzunuz nədir - şəxsi həyatla, sənətlə və Azərbaycanla bağlı?

- Mən həmişə Azərbaycanın inkişafını arzulamışam, xalqımın rifahını istəmişəm və ölkəmizin lider dövlət olaraq ön sıralarda olmasını arzulamışam. Həmişə Prezidentimizin qətiyyətli qərarları ilə Azərbaycanın bu yüksək mərtəbəyə çatmasını istəyirdim. Ona cansağlığı, xalqıma isə rifah və xoşbəxtlik arzulayıram.

Və yaşımdan asılı olmayaraq, yaşamaq istəyirəm. Arzum indi balalarımızın sağ-salamat böyüməyi, nəvələrimdən heç olmasa birinin toyunu görmək istəyirəm. Onları xoşbəxt görmək istəyirəm...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Bu gün, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Bu gün, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Bu gün, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Bu gün, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Bu gün, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Bu gün, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Bu gün, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Bu gün, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Bu gün, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Bu gün, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Bu gün, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Bu gün, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Bu gün, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Bu gün, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Bu gün, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Bu gün, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Bu gün, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Bu gün, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Bu gün, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Bu gün, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Bu gün, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Bu gün, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Bu gün, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Bu gün, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Dünən, 18:07
Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Dünən, 18:00
ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Dünən, 17:57
Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Dünən, 17:54
Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Dünən, 17:26
Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir - ŞƏRH
Dünən, 17:20
Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:18
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir - KİV
Dünən, 17:15
Bu su anbarında təmir işləri aparılacaq - 6,4 MİLYONLUQ TENDER KEÇİRİLİR
Dünən, 17:12
Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər - AÇIQLAMA
Dünən, 17:08
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb
Dünən, 17:06
Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib
Dünən, 17:02
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Dünən, 16:58
Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər
Dünən, 16:53
Rauf Kəngərli yeni vəzifəyə təyin edildi - ƏMR
Dünən, 16:50
Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb
Dünən, 16:20
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:35
Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Dünən, 15:30
Təbriklər...
Dünən, 15:27
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Dünən, 15:11
Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Dünən, 15:09
Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru