Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender yekunlaşıb.
"DİA-AZ" xəbər verir ki, sözügedən tener “təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılması” ilə bağlı elan edilmişdi.
Tenderin qalibi "Enermus" QSC (VÖEN: 2003641611) olub.
Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 990 088 AZN təşkil edir.
Qeyd edək ki, "Enermus" QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbrus Məmmədov Kamal oğludur. Hüquqi ünvanı AZ1110, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149, m.25 ünvanındadır.