"Bir gülməli iş gəldi başıma sizinlə bölüşürəm. Gecə olduğu üçün karta pul ata bilmədim birbank tətbiqi vasitəsi ilə 5 manat kredit götürdüm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Rizvan Əliyev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Hesabıma 7 manat borc yazıldı.
Səhərisi 49 qəpik də bir tutdular... 5 manat oldu 7 manat 49 qəpik. Götürdüyüm məbləğın tam yarısı qədər bir günə mənə borc yazdı birbank . Gördüm bu 5 manat çox qalsa, axırda evi satıb verəcəm kapitalbanka səhərisi günü 7 manat 49 qəpik ödəyib borcu bağladım.
İndi səksəkədəyəm ki, birdən yenə borc yazarlar mənə..."










