Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur .....                     BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI .....                     Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən .....                     Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı .....                     Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? .....                     Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı .....                     Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı .....                     Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi .....                     Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı .....                     Demilitarizasiya olmadan sülh mümkün görünmür .....                     Əmrullayev təhsilə ayrılan pulları israf edir .....                     Əli Həsənova məxsus köşklər yığışdırılır? .....                     Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? .....                     "Gileyliyəm, bu gün heç nə yoxdur" .....                     Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu .....                     Havanın 21 dərəcə isti olacağı gözlənilir .....                     Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu .....                     “Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? .....                     Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? .....                     “Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” .....                     Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır .....                     Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir .....                     Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var .....                     BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... .....                     11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş .....                     Müəllimini aldadıb ona 355 min “atdı” .....                     Məcnun müəllim üçün vacib məlumat... .....                     Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır .....                     Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdi .....                     Hansı dövlət qurumları ləğv olunacaq? .....                     Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş .....                     "Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" .....                     “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” .....                     YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü .....                     Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... .....                     Ət idxalında KƏSKİN AZALMA .....                     NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... .....                     “Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... .....                     "Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." .....                     Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər .....                 

Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Tarix: Bu gün, 13:25 | Çap et

Şabran rayonunun icra başçısı Asif Hüseynov daha bir rayon sakinini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Musavat.com xəbər verir ki, Asif Hüseynovun Şabran Rayon Məhkəməsinə təqdim etdiyi şikayətdə Məhəmməd Əvəz oğlu Məmmədovun onunla bağlı məlumatları ictimailəşdirməsindən narazı olduğu qeyd edilib.

Məhəmməd Məmmədov 7times-ə açıqlamasında Asif Hüseynovun hazırda dövlətə xəyanət ittihamı ilə ev dustaqlığında olan Ramiz Mehdiyevə, eləcə də onun arvadı Qalina Mehdiyevaya Siyəzəndə torpaq sahələri verdiyini bildirib. Bundan sonra icra başçısı Asif Hüseynov Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (ağır nəticələrə səbəb olan böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verib.

Bundan əvvəl isə Asif Hüseynov rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradov barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) üzrə xüsusi ittiham qaydasında şikayət etmişdi. Başçını narazı salan isə kənd sakinlərinin mətbuat vasitəsilə ondan pullarını tələb etmələri idi. Məlumata görə, başçının qəzəbli reaksiyasına səbəb Vüsal Muradovun mətbuat üzərindən ondan borcunu istəməsi olub. Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.

Şabran Rayon Məhkəməsi icra başçısının xüsusi ittiham qaydasında verdiyi həmin şikayəti baxılmamış geri qaytarıb. Səbəb kimi isə rayon sakinlərinin şikayətlərini ictimailəşdirən media resursunun (7times.az) Xaçmaz rayonunda yerləşməsi göstərilib. Başçıya tövsiyə olunub ki, aidiyyəti yurisdiksiyanı nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətini Xaçmaz Rayon Məhkəməsinə təqdim edə bilər. Vaxtilə Şabranda vəzifə tutmuş Məhəmməd Məmmədovla bağlı da məhkəmənin eyni məzmunlu qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, ictimailəşmiş məlumatlarda icra başçısı Asif Hüseynovun Ramiz Mehdiyevin Qalaaltıda yerləşən villasını təmir etdirdiyi, hətta ona villa tikib bağışladığı iddia olunur. Məhəmməd Məmmədov həmçinin icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, lakin həmin quyulardan çıxan suyun əhaliyə verilmədiyini bildirib.

22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Ramiz Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəli şəxslər Mehdiyevin hüzuruna gedərək onun qeyri-rəsmi tələb və göstərişlərini dinləyir, daha sonra isə vəzifələrinin icrasına başlayırdılar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas fiqurlar rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik etmiş məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.

Ramiz Mehdiyevə Qəbələdə fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən qala tipli imarət hədiyyə edilməsi ilə bağlı da iddialar var idi. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgə sakinləri illərdir həmin versiyanın dolaşdığını deyirlər. Onların sözlərinə görə, Mehdiyev imarətinə yalnız ildə bir dəfə - əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

Mənbələrin iddialarına görə, Mehdiyevin Qəbələdə daha 2 bahalı villasının da olduğu bildirilir. Hər 2 mülk onun qızı Kamilə Əliyevanın adına rəsmiləşdirilib. Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə bir çox icra başçısına özünə ev və digər mülklər tikdirdiyi artıq yeni xəbər deyil. Məsələn, Xaçmaz rayonunun Nabran istirahət zonasında 1 hektar ərazidə yerləşən 4 mərtəbəli villa 2012-ci ildə həmin rayonun keçmiş icra başçısı Şəmsəddin Xanbabayev tərəfindən tikilərək Mehdiyevə hədiyyə edilib. Villanın daxilində hovuz və idman meydançası da mövcuddur.

Ramiz Mehdiyevə villa hədiyyə edən icra başçıları arasında Siyəzən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Novruz Novruzov da yer alır. O, Şabran rayonuna rəhbərlik etdiyi dövrdə Kilvar kəndində meşəyə bitişik iki mülk tikdirərək Mehdiyevə təqdim edib. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən bu mülklərdə istirahət etməyə üstünlük verib. Həmin kənddə Mehdiyevin mülkünə bitişik ərazidə köhnə erməni kilsəsi də mövcuddur. Kilvar rayon mərkəzindən təxminən 30 km məsafədə yerləşən ucqar kənddir. Bu kənddə Ramiz Mehdiyevə məxsus daha bir villa da mövcuddur.

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa İslamov da sabiq PA rəhbərinə villa hədiyyə edən məmurlar sırasında olub. Şüvəlan bağlarında, “Gülçülük sovxozu” adlanan elit ərazidə inşa edilmiş 1000 kvadratmetrlik villa ötən il 1 milyon 300 min manata satışa çıxarılıb. Bu villa Mehdiyevin kürəkəni İlham Əliyevin adına sənədləşdirilmişdi.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov da Mehdiyevin kadrlarından biri olub. Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin ediləndə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev onu kollektivə təqdim etmişdi. O, icra başçısı olduğu illərdə Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndindəki dəbdəbəli malikanələrini tikdirib. Həmin malikanələrdən biri Qusar–Laza yolunun kənarında, meşənin içərisinə qədər uzanan 40 sotluq ərazidə inşa olunub. Üçmərtəbəli bu malikanə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur. Onun fotolarını isə 2020-ci ildə Mehdiyevin qızı Kamilə Əliyeva sosial şəbəkə hesabında paylaşmışdı.

Musavat.com-a daxil olan məlumata görə, hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir. Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib. Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.

Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi formalaşdırdığı şəbəkə indi öz içərisindən çözülməyə başlayıb. Bir zamanlar kiminsə ona hədiyyə etdiyi villalar indi həmin şəxslərin öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə zamanında sədaqət göstərənlər indi ya etirafla özlərini xilas edəcəklər, ya da susmaqla talelərini riskə atacaqlar. Gələn məlumatlara görə, bu şəxslərin bir qisminə ən ağır cəzaların verilməsi də istisna edilmir. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və ölkənin siyasi idarəetmə sistemində ən yüksək qərarların icrasında iştirak edən əsas fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyannamələrində bu miqyasda əmlak heç vaxt göstərilməyib. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi ilə bağlı araşdırmalar davam edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvandakı bankomatların 92%-i 2 banka məxsusdur
Bu gün, 14:52
BSU-nun sabiq rektorunun Ramiz Mehdiyevlə bağlı dedikləri SENSASİYA YARATDI - VİDEO
Bu gün, 14:49
Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - Cavab
Bu gün, 14:39
Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı - "Qızınız Kama xanım mənə…"
Bu gün, 14:35
Cəlilabadda icra başçısı ƏMRLƏRİ KİMDƏN ALIR? - QALMAQAL
Bu gün, 14:12
Mehdiyevin villa, Qalinanın torpaq məsələsi Şabranı qarışdırdı – başçı bu dəfə də xüsusi ittihamla çıxış etdi
Bu gün, 13:25
Qalmaqallı psixoloq bu dəfə “arvadağız” kişilərdən danışdı - "O, artıq milyonlara çıxmaq istəyir..."
Bu gün, 13:14
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 13:10
Tanınmış iş adamı Fuad Allahverdiyev yenidən məhkəmə qarşısına çıxarıldı
Bu gün, 13:00
Demilitarizasiya olmadan sülh mümkün görünmür - ŞƏRH
Bu gün, 12:56
Əmrullayev təhsilə ayrılan pulları israf edir – Dosent
Bu gün, 12:53
Əli Həsənova məxsus köşklər yığışdırılır? – Foto
Bu gün, 12:49
Bakı rayonlarının icra başçıları: Məmurlar tərcümeyi-hallarını niyə gizlədirlər? - AKTUAL
Bu gün, 12:47
"Gileyliyəm, bu gün heç nə yoxdur"
Bu gün, 12:42
Yekaterinburqda Dağıstandan olan kriminal avtoritetə hökm oxundu
Bu gün, 12:41
Havanın 21 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Azərbaycanda ŞOK OLAY: Sevdiyi qızın 13 yaşlı bacısını hamilə qoydu - TƏFƏRRÜAT
Bu gün, 12:26
“Kommunal pulu” adı ilə yığılan milyardlar... hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:10
Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur? - İLGİNC
Bu gün, 12:07
“Neft Fondundan büdcəyə transferti 1,7 milyard azaltmaqdansa, həmin məbləği maaşlara, “uşaqpulu”na yönəltmək daha doğru olardı” - Tahir Kərimli
Bu gün, 11:57
Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır - İcazə verin, şübhələnək...
Bu gün, 11:50
Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə
Bu gün, 11:44
Eks-bankir Zal Yusifovun oğlu yenidən həbs edildi: Bir milyondan çox ziyan var - TƏFƏRRÜAT
Bu gün, 11:38
BU NƏDİ BELƏ: Yumurta bahalaşdı... - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:34
11 min manatı ələ keçirilən həkim Aytən Səfərova imiş - TƏFƏRRÜAT
Bu gün, 11:29
Müəllimini aldadıb ona 355 min “atdı” - Atası bulvarda intihar etmişdi...
Bu gün, 11:27
Məcnun müəllim üçün vacib məlumat... - Bəlkə də bilir...
Bu gün, 11:23
Konstitusiya dəyişikliyi Paşinyana risklər yaradır - onun əvəzinə yeni saziş imzalana bilərmi?
Bu gün, 11:19
Nura Suri jurnalistlərdən Baş prokurora şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Hansı dövlət qurumları ləğv olunacaq? - Plan hazırlandı
Bu gün, 11:12
Əfsanəvi kəşfiyyatçı Mühüd Orucovun ailəsi ilə görüş - FOTOLAR
Bu gün, 11:10
"Tələsirik deyə edilən səhv geridönüşü olmayan nəticə yaradır" - Rövşən Tağıyev
Bu gün, 11:07
“Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” - Namiq Mənadan Vüqara CAVAB
Bu gün, 11:03
YAP-ın yubiley tədbirində Veysəloğlu Şirkətlər Qrupu mükafata layiq görüldü - FOTO
Bu gün, 10:49
Təməlinə haram qatılmış ev: “Yasamal 33 İnşaat Konstruksiyaları”... -Rauf Əliyev ölkədə ev tikən yox, ev yıxan kimi tanınır
Bu gün, 10:45
Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?
Bu gün, 10:41
NDU-nun dosenti suriyalı alimin elmi məqaləsini OĞURLADI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39
“Zaur Baxşəliyevlə barışmaq istəyirəm, vicdan əzabı çəkirəm... - anam da deyir ki...”
Bu gün, 10:33
"Ərzaq köhnələndə onu camaata "sırımaq" üçün endirimə qoyurlar..." - NARAZILIQ VAR...
Bu gün, 10:32
Türkiyə ilə əlaqələrin tam tənzimlənməsi Azərbaycanla normallaşmaya müsbət təsir göstərə bilər - Mirzoyan
Bu gün, 10:23
“Deputat hədə-qorxu gəldi, maşınımı vurmaq istədilər, üstümə hücum çəkdilər” - parodist-aktyor Ramil Abdullayevdən ETİRAF
Bu gün, 10:20
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum yenidən məhkəmə qarşısında
Bu gün, 10:18
Paşinyanın qarşısını alan qüvvələrin ADLARI AÇIQLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 10:15
Laçında xuliqanlıq edən iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:09
Gəncədə işıqlandırma işləri ilə bağlı 2,2 milyon manatlıq tender - DETALLAR
Bu gün, 10:07
Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər? - AÇIQLAMA
Bu gün, 10:06
Ermənistanın yaratdığı AĞRI(DAĞI)LI ƏNGƏL... - İNCƏLƏMƏ
Bu gün, 10:00
Mərkəzi Bankın avtomobillərini bu şirkət sığortalayacaq - ŞİRKƏT, QALİB
Bu gün, 09:56
Vaşinqton və Moskva "TRİİP" layihəsində anlaşa bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 09:53
Tibb bacısının əri həkimi döydü – GƏNCƏDƏ HADİSƏ
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru